Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarklar İttifaqının (THİK) təşkilatçılığı ilə Teatr Klubunun Milli Teatr Günü münasibətilə hazırladığı iki tamaşa nümayiş etdirilib.
Milli Teatrın 152 illiyinə həsr olunmuş tamaşalar dramaturq Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsəri və Afaq Bəşirqızının “Bağça müəllimi” tamaşası əsasında səhnələşdirilib. Qeyd edək ki, tamaşalar AzTU-nun və UNEC Yaradıcılıq Mərkəzinin tələbələrinin 3 aylıq məşqləri nəticəsində ərsəyə gəlib.
Tamaşaları izləyənlər sırasında əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və Elxan Yunis də olub. Əməkdar artistlər tamaşanın sonunda tələbələri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonda tamaşaların ərsəyə gəlməsində zəhməti olan gənclərə təşəkkürnamə təqdim olunub.