Azərbaycan Texniki Universitetində (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Novruz nəğməsi” adlı tədbir keçirilib.
Əvvəlcə fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə stendləri nümayiş olunub.
Novruz bayramı münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru Vilayət Vəliyev bu əziz el bayramının tarixindən, onun milli birlik və həmrəylik rəmzi olmasından bəhs edib. Bu cür milli bayramların və şənliklərin təşkilinin gənc nəslin həm də milli adət-ənənlərə bağlılığını aşıladığını vurğulayıb. Rektor son illər AzTU-nun uğurları, müasir mühəndis kadrların hazırlanması istiqamətində universitetdə həyata keçirilən layihələrdən də danışıb.
Daha sonra universitetin ictimai həyatında fəallıq nümayiş etdirmiş tələbələrə təşəkkürnamə təqdim olunub.
Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.