Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

AzTU rektoru “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb

07.03.2025     349     AzTU

 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Huawei” şirkətinin nümayəndələri ilə görüşüb.

AzTU rektoru Vilayət Vəliyev informasiya-kommunikasiya texnologiyaları sahəsində universitetdə aparılan tədris və tədqiqat fəaliyyəti, habelə bu ali təhsil müəssisəsinin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində mövcud imkanları barədə məlumat verib.

“Huawei” şirkətinin vitse-prezidenti Angela Lin şirkətin təhsil sahəsindəki təcrübəsini AzTU ilə paylaşmaqda maraqlı olduğunu deyib.

Görüşdə informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əlaqələrin genişləndirilməsi, birgə müəllim və tələbə hazırlığı və layihələr istiqamətində əməkdaşlığın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb. 

 


Digər xəbərlər