Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılğı və Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutunun dəstəyi ilə “Proqramlaşdırma yaz düşərgəsi”nə seçim turu keçirilib. Məqsəd beynəlxalq yarışlarda (IOI EJOI, EGOI) ölkəmizi təmsil edəcək məktəblilərdən ibarət komandaları müəyyən etmək və onların hazırlığını təşkil etməkdir.
Seçim turunda 50-yə yaxın 8, 9, 10 və 11-ci sinif şagirdləri iştirak edib. İştirakçılara 4 saat ərzində 3 alqoritmik məsələni C++ proqramlaşdırma dilində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.