Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Ulu Öndərin 102 illiyinə həsr olunmuş XII Spartakiadanın bağlanış mərasimi keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş AzTU əməkdaşları və tələbələri arasında keçirilən ənənəvi XII Spartakiada sona çatıb. AzTU Həmkarlar İttifaqı Komitəsi (HİK), Tələbə Həmkarlar İttifaq Komitəsi (THİK) və AzTU İdman Klubunun təşkilatçılığı ilə keçirilən bağlanış mərasimində ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.  Spartakiadada iştirak edən AzTU əməkdaşları idmanın futbol, voleybol, stolüstü tennis, dama və şahmat üzrə, AzTU tələbələri isə futbol, voleybol, stolüstü tennis, dama, şahmat, basketbol və güləş üzrə yarışıblar. Qalibləri təbrik edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, Spartakiadada 250-ə yaxın əməkdaş və 400-ə yaxın tələbə iştirak edib. Prorektor AzTU-da idmanın, bədən tərbiyəsinin inkişafının hər zaman diqqətdə saxlanıldığını vurğulayıb. Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov və AzTU Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı yarış iştirakçılarına öz təbriklərini çatdırıb və fəal iştirak etdiklərinə görə təşəkkürlərini ifadə ediblər. Çıxışlarda Ümumilli Liderin gənclərin və vətəndaşların idmana və sağlamlığa göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Həmçinin əməkdaşların asudə vaxtlarının səmərəli təşkili və onların sağlamlıqlarının qorunması istiqamətində AzTU-nun Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə əməkdaşlığı və gələcək imkanlar barədə də məlumat verilib. Daha sonra təltifetmə mərasimi olub. Şahmat yarışlarında əməkdaşlar arasından I yerə Nəqliyyat və logistika fakültəsi, tələbələr arasından isə Xüsusi texnika və texnologiya fakültəsi layiq görülüb. Stolüstü tennis yarışlarında əməkdaşlar arasından I yerə Maşınqayırma və robototexnika fakültəsi, tələbələr arasından isə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi layiq görülüb. Dama yarışlarında əməkdaşlar arasından I yerə Ümumi şöbələr komandası, tələbələr arasından isə Maşınqayırma və robototexnika fakültəsi layiq görülüb. Volleybol yarışlarında əməkdaşlar arasından I yerə Ümumi şöbələr komandası, tələbələr arasından isə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi layiq görülüb. Futzal yarışlarında əməkdaşlar arasından I yerə Ümumi şöbələr komandası, tələbələr arasından isə Metallurgiya və kimya texnologiya fakültəsi layiq görülüb. Tələbələr arasında keçirilən basketbol yarışlarında I yerin sahibi Energetika fakültəsi olub. Sərbəst güləş üzrə yarışlarda isə AzTU tələbələri fərqli çəki dərəcələrində I, II və III yerləri bölüşdürüblər. Qaliblər AzTU rektorluğu, HİK və THİK tərəfindən diplom, medal və hədiyyələrlə təltif olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş AzTU əməkdaşları və tələbələri arasında keçirilən ..

2025-05-08
AzTU

AzTU-da ali təhsil sisteminin strateji inkişaf perspektivləri üzrə işçi görüş keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin inzibati rəhbərliyi və professor-müəllim heyətinin, həmçinin Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə ali təhsil sisteminin inkişaf perspektivlərinə həsr olunmuş işçi görüş keçirilib. Məqsəd ali təhsil sistemində mövcud problemlərin, onların mümkün həll yollarının və gələcək inkişaf istiqamətlərinin müzakirəsi olub. Tədbirdə AzTU-nun fakültə dekanları, kafedra müdirləri və digər struktur bölmə rəhbərləri fəal iştirak edib, qanunvericiliyin təkmilləşdirilməsi, mütəxəssis hazırlığının keyfiyyətinin artırılması və ali təhsildə idarəetmənin səmərəliliyinin yüksəldilməsi ilə bağlı müxtəlif sual və təkliflər irəli sürülüb. AzTU-nun rektoru professor Vilayət Vəliyev çıxışında universitetlərin inkişafında dövlət strategiyasının mühim rol oynadığını qeyd edib və ETN-in bu təşəbbüsünü yüksək qiymətləndirib. Rektor ali təhsil müəssisələri ilə aparılan birgə siyasətin dövlət təhsil strategiyasının həyata keçirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. ETN-in Elm, ali və peşə təhsili siyasəti şöbəsinin müdiri Turxan Süleyman ali təhsil sahəsində aparılan islahatlarda universitetlərin dəstəyinin vacibliyini qeyd edib. O, bu məqsədlə ali təhsil müəssisələri ilə keçirilən görüşlərdə toplanan təkliflərin sistemləşdirilərək ayrıca bir portfolio şəklində formalaşdırılacağını və real problemlərin həlli məqsədilə strateji sənədlərdə öz əksini tapacağını bildirib. Həmçinin o, bu formatda görüşlərin ilk dəfə olaraq AzTU-da keçirildiyini və növbəti mərhələdə digər universitetlərdə də davam etdiriləcəyini vurğulayıb. Tədbirdə həmçinin AzTU əməkdaşlarının irəli sürdüyü fikirlər ETN nümayəndələri tərəfindən cavablandırılıb və qeyd olunan təkliflərin hüquqi-normativ bazanın təkmilləşdirilməsində nəzərə alınacağı bildirilib. Görüş iştirakçıları ali təhsil sisteminin davamlı inkişafı və təkmilləşməsi istiqamətində belə açıq dialoq və əməkdaşlıq platformalarının yaradılmasının ali təhsildə keyfiyyətin artırılmasına mühim töhfə verəcəyini vurğulayıblar.

Azərbaycan Texniki Universitetində (AzTU) universitetin inzibati rəhbərliyi və professor-müəllim heyətinin, həmçinin Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin r ..

2025-05-08
AzTU

Rektor “Robotex Azərbaycan - Avrasiya Çempionatı”nda qalib olan AzTU komandaları ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Robotex Azərbaycan - Avrasiya Çempionatı” müsabiqəsində birinci yerə layiq görülən komandalarla görüşüb. Qeyd olunub ki, Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının baş müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbələri Yusif Əliyev, İlahə İsmayılzadə və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə doktorantı Xumarə Qəhrəmanlıdan ibarət komanda “SoftTech Entrepreneurship” kateqoriyası üzrə 1-ci yeri qazanıb.  Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyevin mentorluğu ilə Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova, Nasir Məlikov və SABAH qruplarının 3-cü kurs tələbəsi Əliyoldaş Əmiraslanlının iştirak etdiyi komanda isə "CO2toD Project" layihəsi ilə “Green Entrepreneurship University” kateqoriyası üzrə 1-ci yerə layiq görülüb. Rektor hər iki komandaya iyunda Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Böyük Finalda yüksək nailiyyətlər əldə etməyi arzulayıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Robotex Azərbaycan - Avrasiya Çempionatı” müsabiqəsində birinci yerə layiq görülən komandalarla görüşüb. Qeyd ..

2025-05-08
AzTU

AzTU KİM direktoru "Müasir kitabxana 5.0: Universitet kitabxanalarının yeni missiyası" forumunda çıxış edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan "Müasir kitabxana 5.0: Universitet kitabxanalarının yeni missiyası" forumunda çıxış edib. Azərbaycanın aparıcı universitetlərinin kitabxana direktorlarının iştirak etdiyi forumda ölkəmizdə kitabxanaların vəziyyəti, missiyaları, problemləri və həlli yolları müzakirə olunub.  Xəyalə Hacıyeva məruzəsində AzTU KİM-in fəaliyyətindən bəhs edərək bildirib ki, bu, ölkəmizdə yerli ixtisasçılar tərəfindən ilk dəfə olaraq həyata keçirilən tam beynəlxalq infrastrukturlu bir layihədir. KİM direktoru həmçinin qurulmaqda olan müasir infrastrukturda istifadəçilər üçün yaradılan imkanlardan, göstərilən xidmətlərdən də bəhs edib. Bundan başqa, Xəyalə Hacıyeva AzTU-nun Avropa Komissiyası yanında “OpenAIRE” təşkilatında və DOAJ-da olan fəaliyyətindən danışaraq AzTU KİM-in xidmətlərində müasir beynəlxalq tendensiyalara, tələblərə yönəlik bir fəaliyyətə istiqamətləndiyini, istifadəcilərini də bu istiqamətdə maarifləndirdiyini qeyd edib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan "Müasir kitabxana ..

2025-05-07
AzTU

AzTU tələbəsi autizm festivalında səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin 3-cü kurs tələbəsi Rəşvin Şirəlizadə Milli Aviasiya Akademiyasında “Mən burdayam” mövzusunda keçirilən autizm festivalında səmərəli fəaliyyətinə görə İDDO Psixi Sağlamlıq Proqramının təşəkkürnaməsi ilə mükafatlandırılıb.   AzTU-nun rektoru Vilayət Vəliyev Rəşvin Şirəlizadə ilə görüşərək onun festivalda səmərəli fəaliyyətini müsbət qiymətləndirib. Rektor tələbələrin ictimai-sosial tədbirlərdə fəal iştirakının onların dünyagörüşünün formalaşmasında, insanlarla düzgün kommunikasiya qurmalarında mühüm rolunu qeyd edib. Vilayət Vəliyev həmçinin Rəşvin Şirəlizadənin dərsləri ilə maraqlanıb, müvafiq tövsiyələrini verib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin 3-cü kurs tələbəsi Rəşvin Şirəlizadə Milli Aviasiya Akademiyasında “Mən burdayam” mövzusunda keçiril ..

2025-05-07
AzTU

AzTU ilə “Huawei Technologies Azerbaijan” şirkəti İKT sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Huawei Technologies Azerbaijan” şirkəti arasında İKT sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev və “Huawei Technologies Azerbaijan” şirkətinin səlahiyyətli nümayəndəsi Lin Yanxia imzalayıblar. Memorandum Azərbaycanda rəqəmsal gələcəyin tələblərinə cavab verə biləcək ixtisaslı kadrların hazırlanması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər “Huawei” texnologiyalarının resurs bazasından istifadə etməklə AzTU-da İKT sahəsində dayanıqlı və uzunmüddətli tədris proqramlarının yerinə yetirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Huawei Technologies Azerbaijan” şirkəti arasında İKT sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AzTU-nun rekt ..

2025-05-07
AzTU

AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Çinin “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə şirkətinin vitse-prezidenti Angela Linin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə şirkətin təqdim etdiyi təhsil və təqaüd proqramları, iş imkanları və düzgün müraciət qaydaları AzTU tələbələrinə təqdim olunub. AzTU-nun rektoru Vilayət Vəliyev “Açıq qapı” gününün iştirakçılarını salamlayıb, həmçinin “Huawei” şirkəti ilə AzTU arasında imzalanmış anlaşma memorandumunun məzmunu haqqında məlumat verib. Bu əməkdaşlığı yüksək qiymətləndirən rektor gələcəkdə universitet-sənaye işbirliyi çərçivəsində şirkətlə birgə layihələr planlaşdırıldığını deyib. “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Vanq Çi (Wang Qi) bildirib ki, şirkət informasiya kommunikasiya texnologiyaları (İKT) və ağıllı cihazlar sahəsində aparıcı qlobal provayderdir. O, şirkətin missiyası və vizyonu haqqında geniş təqdimatla çıxış edib. “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə İnsan resursları departamentinin rəhbəri Vei Zijian (Wei Zijian) bildirib ki, AzTU Azərbaycanın texnika və texnologiya sahəsində istedadlı gənclərinin yetişdirilməsində birbaşa iştirak edən ali təhsil müəssisəsidir. Universitet qlobal sahədə tanınmış brendlərlə əməkdaşlıq edərək tələbələrin yüksəkixtisaslı kadr  kimi hazırlanmasını təmin edir. O, AzTU tələbələrinin “Huawei”in imkanlarından bəhrələnəcəyini, şirkətin isə istedadlı gənclərin potensialının aşkara çıxarılmasında dəstək olacağını qeyd edib. AzTU-nun radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasının məzunu, eyni zamanda “Huawei”in əməkdaşı Tural Qəribov şirkətdəki fəaliyyəti, peşəkar karyerası və şəxsi inkişafa verdiyi töhfələr barədə təcrübəsini bölüşüb.   “Huawei”in Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə İKT İstedadların İnkişafı Proqramının direktoru Alice Duan şirkətin AzTU tələbələri üçün təklif etdiyi təhsil, təqaüd və təcrübə, sertifikasiya proqramlarından, eləcə də İKT Akademiyası, İKT yay düşərgəsi, istedadlı gənclər üçün karyera sərgilərindən bəhs edib və tələbələri bu imkanlardan yararlanmağa dəvət edib. Çıxışlardan sonra AzTU tələbələri üçün sual-cavab viktorinası keçirilib. Qaliblər “Huawei” şirkətinin hədiyyələri ilə mükafatlandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Çinin “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə şirkətinin vitse-prezidenti Angela Linin başçılıq ..

2025-05-07
AzTU

AzTU-nun iki komandası “Robotex Azərbaycan - Avrasiya Çempionatı”nda birinci olub

Azərbaycan Texniki Universitetinin (AzTU) iki komandası “Robotex Azərbaycan - Avrasiya Çempionatı” müsabiqəsinin qalibləri olub. Ümumilikdə Azərbaycanın fərqli təhsil müəssisələrindən 187 komanda, 845 şagird və tələbənin təmsil olunduğu yarışmada iştirakçılar 21 fərqli kateqoriya üzrə yarışıblar. Maşınqayırma və robototexnika fakültəsinin 1-ci kurs tələbələri Anabacı Əmiraslanova, Nasir Məlikov və SABAH qruplarının 3-cü kurs tələbəsi Əliyoldaş Əmiraslanlının iştirak etdiyi komanda qlobal problemin həllinə fokuslanmış "CO2toD Project" layihəsi ilə “Green Entrepreneurship University” kateqoriyası üzrə 1-ci yerə layiq görülüb. Müsabiqədə tələbələrin mentoru Elektrotexnika kafedrasının müəllimi Şamxal Əliyev olub.   Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının baş müəllimi Türkanə Qəhrəmanlının mentorluğu ilə İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin 1-ci kurs tələbələri Yusif Əliyev, İlahə İsmayılzadə və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə doktorantı Xumarə Qəhrəmanlıdan ibarət digər komanda isə “SoftTech Entrepreneurship” kateqoriyası üzrə 1-ci yeri qazanıb.  Hər iki qalib komanda iyunda Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Böyük Finala vəsiqə qazanıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) iki komandası “Robotex Azərbaycan - Avrasiya Çempionatı” müsabiqəsinin qalibləri olub. Ümumilikdə Azərbaycanın fərqli təhsil müəssisələr ..

2025-05-06
AzTU

AzTU-da “Startup School 3” layihəsinin infosessiyası keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşkilatçılığı ilə “Startup School 3” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) infosessiya baş tutub. Tədbirdə universitetin tələbələri, texnoloji sahəyə marağı olan gənclər və innovativ düşüncəyə malik startap həvəskarları iştirak ediblər. İnfosessiyanın məqsədi layihə ilə bağlı iştirakçıları məlumatlandırmaq, proqramda iştirak imkanlarını izah etmək və onların innovasiya sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verməkdir. "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov infosessiyada çıxış edərək “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı haqqında ətraflı məlumat verib. O bildirib ki, bu proqram yaşıl texnologiyalar və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən startapları dəstəkləməyə, innovasiya mühitinin genişlənməsinə, regional əməkdaşlığın gücləndirilməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir. İnteraktiv formatda keçirilən infosessiya zamanı iştirakçılar proqramın mərhələləri, seçim meyarları, təlim və mentorluq imkanları, həmçinin yerli və beynəlxalq tərəfdaşlıq perspektivləri barədə ətraflı məlumat əldə ediblər. Sessiya müddətində iştirakçıların sualları cavablandırılıb və startapların inkişafına dair mühüm tövsiyələr verilib. Qeyd edək ki, “Startup School 3” layihəsi yerli və beynəlxalq innovasiya təşəbbüsləri ilə inteqrasiya olunaraq həyata keçirilir və Azərbaycanda texnologiyayönümlü startap ekosisteminin formalaşmasına, gənc mühəndislərin və təşəbbüskarların potensialının inkişafına, eləcə də onların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşkilatçılığı ilə “Startup School 3” layihəsi çərçivəsində Az ..

2025-05-06
AzTU

Ömürboyu Öyrənmə Məktəbinin direktoru Cənubi Koreyada KIEP Qonaq Tədqiqatçı Proqramında iştirak edib

Cənubi Koreyanın Sejong şəhərində Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) tərəfindən 1-30 aprel 2025-ci il tarixlərində təşkil edilən Qonaq Tədqiqatçı Proqramı (Visiting Scholar Program) başa çatıb. Proqramda Azərbaycan Texniki Universitetini (AzTU) Ömürboyu Öyrənmə Məktəbinin direktoru, İqtisadiyyat və statistika kafedrasının dosenti Aynurə İsmayılova təmsil edib. Aynurə İsmayılova proqram çərçivəsində “Beynəlxalq əmək bazarında peşə hazırlığının roluna təsir edən amillərin təhlili” mövzusunda tədqiqat aparmaq üçün ölkəmizdən müraciət edən 20 müraciətçi arasından seçilib.   Sözügedən Qonaq Tədqiqatçı Proqramı çərçivəsində əsasən beynəlxalq  iqtisadi siyasətlər üzrə tədqiqatların aparılması prioritet istiqamətlərdir. Ümumilikdə Qonaq Tədqiqatçı Proqramlarının dünyada bilinən faydaları – müsbət tərəfləri əsasən (1) akademik, (2) peşəkar inkişaf və (3) beynəlxalq sosiallaşma kimi üç əsas cəhətlə xarakterizə edilir. Bu vasitə akademik və təşkilatlararası bilik mübadiləsi yeni metodologiyalara çıxışların və yanaşmaların müzakirəsi, fənnlərarası əməkdaşlığın təşviqi, yüksək faktorlu elmi nəşr imkanları, institusional reputasiyanın gücləndirilməsi kimi çoxsaylı müxtəlif təsir amilləri ilə ölçülür.   Məlumdur ki, dünyada qabaqcıl təcrübələr arasında peşə hazırlığı və beynəlxalq əmək bazarına inteqrasiya sahəsində bir-neçə ölkənin uğurlu modelləri mövcuddur ki, bura Koreya modeli – TVET və iş təcrübəsinin birləşməsi, Almaniya modeli - Dual təhsil sistemi, Kanada və Avstraliya isə - ixtisaslı miqrantlar üçün peşə təhsili daxildir. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun (KIEP) təşkil etdiyi proqrama təqdim edilən mövzu heç də təsadüfən seçilməyib. Aparılan tədqiqatda məqsəd sertifikasiya proqramlarının qurulmasında beynəlxalq əmək bazarının tələbləri nəzər alınmaqla məqsədyönlü kurrikulumların formalaşması, AzTU-nun Ömürboyu Öyrənmə Məktəbi əməkdaşlığı üzərindən yerli və beynəlxalq bazar tərəfdaşları ilə əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, peşə qurumları ilə birgə layihələrə çıxış imkanları əldə etməkdir. 

Cənubi Koreyanın Sejong şəhərində Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KIEP) tərəfindən 1-30 aprel 2025-ci il tarixlərində təşkil edilən Qonaq Tədqiqatçı Proqramı (Visit ..

2025-05-05