Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev azərbaycançılıq ideyalarının təbliği və təşviqi məsələlərini özündə ehtiva edən bu görüşü çox əhəmiyyətli və təqdirəlayiq bir hadisə kimi dəyərləndirib. O, insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında ana dilinin mühüm rol oynadığını xüsusi olaraq vurğulayıb və bu istiqamətdə tələbə gənclərə öz tövsiyələrini verib.  Daha sonra Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və kafedranın professoru Əyyub Kərimov çıxış edərək qeyd ediblər ki, insan şəxsiyyətinin formalaşmasında, onun mənəviyyatının zənginləşməsində dil ən mühüm vasitədir. Bu baxımdan ana dilimizin qorunması və inkişaf etdirilməsi hər bir vətəndaşın müqəddəs borcudur. Maddi və mənəvi irsi mühafizə edib nəsildən nəsilə ötürən ana dilimizdir. Dünyanın ən zəngin dillərindən biri kimi ana dilimizin təşəkkül tapmasında və formalaşmasında yazıçı və şairlərimizin də rolu xüsusi qeyd olunub. Daha sonra AzTU məzunu, "TRT Müzik" telekanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimli, AzTU məzunu Əhməd Vəliyev və AzTU-nun tələbəsi Əlican Əliyev ana dilinə həsr olunan, o cümlədən vətənpərvərlik ruhunu özüdə ehtiva edən bəstəkar mahnılarından ibarət musiqi nömrələri ilə çıxış ediblər.  Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycan dili haqqında dəyərli fikirlərinə həsr olunmuş videoçarx, həmçinin  AzTU tələbələrinin ifasında ana dili ilə bağlı şeir nümunələri əsasında hazırlanan kompozisiyalar nümayiş olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həs ..

2025-02-21
AzTU

MÜSİAD Azərbaycan və GOSB texnoparkın nümayəndələri AzTU-da olub

Azərbaycan Texniki Universitetində (AzTU) Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi və Gebze Organize Sanayi Bölgesi (GOSB) texnoparkının əməkdaşları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir və AzTU-nun nümayəndələri iştirak edib. Rektor Vilayət Vəliyev qonaqları salamlayaraq universitetin fəaliyyəti, mühəndislik və texnologiya istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Daha sonra MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli çıxış edərək təşkilatın ölkəmizdəki fəaliyyəti və sahibkarlıq ekosisteminin inkişafına verdiyi töhfələrdən danışıb. TAU-nun prorektoru Mehmet Şimşir universitetin təhsil və innovasiya sahəsindəki fəaliyyətini qonaqlarla bölüşüb. Görüş zamanı hər iki universitetlə əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Texniki Universitetində (AzTU) Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan nümayəndəliyi və Gebze Organize Sanayi Bölgesi (GOSB) texnoparkının əm ..

2025-02-21
AzTU

“Clarivate” şirkətinin nümayəndəsi AzTU əməkdaşlarına təlim keçib

“Clarivate” şirkətinin nümayəndəsi Meinhard Kettler Azərbaycan Texniki Universitetində (AzTU) təlim keçib. Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə keçirilən onlayn təlimin əsas məqsədi “PQDT Global” və “Web of Science” platformalarının təklif etdiyi imkanlardan daha effektiv istifadə və açıq girişin yayılması ilə bağlı məlumat vermək olub. Təlim zamanı “PQDT Global” və “Web of Science”a ödənişsiz daxil olmaq, elektron tezis və dissertasiyalar, “ProQuest” tərəfindən təklif olunan ödənişsiz “ETD Dashboard” aləti vasitəsilə məlumat əldə etmək, universitetlərin institusional repozitoriyası kimi mövzular müzakirə olunub.

“Clarivate” şirkətinin nümayəndəsi Meinhard Kettler Azərbaycan Texniki Universitetində (AzTU) təlim keçib. Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə keçirilən onl ..

2025-02-20
AzTU

AzTU AASHE-nin tamhüquqlu üzvü oldu

Azərbaycan Texniki Universiteti (AzTU) Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasına (AASHE) tamhüquqlu üzv qəbul edilib. Bu mühüm addım universitetin beynəlxalq səviyyədə mövqeyini gücləndirmək və qlobal davamlılıq təşəbbüslərində fəal iştirak etmək imkanı yaradacaq. AzTU-nun AASHE-yə üzvlüyü universitetin ekoloji, sosial və iqtisadi sahələrdə daha dayanıqlı bir gələcək qurmaq istiqamətindəki səylərini dəstəkləyəcək. Bu platforma AzTU-nun əməkdaşlarına və tələbələrinə beynəlxalq təcrübələrə çıxış imkanı təqdim edəcək və davamlılıq sahəsində yeni yanaşmaların öyrənilməsinə şərait yaradacaq. AASHE-nin üzvü olmaq AzTU-nun davamlı inkişaf sahəsindəki fəaliyyətlərini daha da artıracaq, tələbələrə ekoloji, sosial və iqtisadi dayanıqlılıq mövzusunda geniş bilik və bacarıqlar qazandıracaq. AzTU bu təşəbbüslə müasir dünyada davamlı inkişafın təşviqinə öz töhfəsini verməyi və gələcək təhsil nəsillərinə bu prinsipləri aşılamayı hədəfləyir. AASHE ali təhsil müəssisələrinin davamlılıq sahəsindəki təşəbbüslərini dəstəkləyərək, universitetlər arasında əməkdaşlıq, bilik mübadiləsi və ən yaxşı təcrübələrin paylaşılması üçün qlobal bir platforma təmin edir. AzTU bu platformadan faydalanaraq beynəlxalq əməkdaşlıqlarını genişləndirəcək və davamlı inkişaf sahəsindəki liderliyini daha da möhkəmləndirəcək.

Azərbaycan Texniki Universiteti (AzTU) Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasına (AASHE) tamhüquqlu üzv qəbul edilib. Bu mühüm addım universitetin beynəlxalq səviyyədə m ..

2025-02-20
AzTU

Türkiyənin rabitə sənayesinin nümayəndələri AzTU-da olub

Türkiyənin OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin nəzdində fəaliyyət göstərən Rabitə Texnologiyaları Klasterinə daxil olan müxtəlif şirkətlərin nümayəndələri AzTU-da olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-nun Türkiyə ali təshil müəssisələri və şirkətləri ilə əməkdaşlıq əlaqələrindən danışıb. Türkiyə ali təhsil müəssisələrinin universitet-sənaye əməkdaşlığı ilə bağlı təcrübəsinin AzTU-da tətbiqinin önəmi vurğulanıb. Türkiyə nümayəndə heyətinə rəhbərlik edən Rabitə Texnologiyaları Klasterinin koordinatoru Durali Çiçek və Klasterə daxil olan şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti barədə məlumat verərək elektronika, avtomatlaşdırma, telekommunikasiya, proqramlaşdırma, kibertəhlükəsizlik sahələrində universitet-sənaye əməkdaşlığının vacibliyini qeyd ediblər. Durali Çiçek bildirib ki, AzTU-nun professor-müəllim heyəti və tələbələri Klasterə daxil olan şirkətlərdə tədqiqat və təcrübə fəaliyyətlərinə cəlb edilə bilər. Görüşdə müvafiq istiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Türkiyənin OSTİM Mütəşəkkil Sənaye Bölgəsinin nəzdində fəaliyyət göstərən Rabitə Texnologiyaları Klasterinə daxil olan müxtəlif şirkətlərin nümayəndələri AzTU-da olub. Qon ..

2025-02-19
AzTU

AzTU və TAU tələbələri üçün infosessiya keçirilib

“Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb. Görüşdə Türkiyə-Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir, həmçinin AzTU nümayəndələri iştirak edib. Söhbət zamanı AzTU və TAU ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Sonra “Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin AzTU və TAU tələbələri üçün infosessiyası keçirilib. Əvvəlcə AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov açılış nitqi ilə çıxış edib. Bildirib ki, tələbələr hər il “TEKNOFEST”ə böyük həvəslə hazırlaşırlar. Yarışmanın əhəmiyyətindən danışan prorektor onun tələbələr üçün yeni imkanlar açdığını da qeyd edib. Daha sonra Ahmet Köse “TEKNOFEST-2025”lə bağlı geniş təqdimatla çıxış edib. Sonda tələbələrin sualları cavablandırılıb. 

“Bilim Bakı” Mərkəzinin direktoru, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb. Gör ..

2025-02-19
AzTU

AzTU əməkdaşı “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu”nda çıxış edib

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə keçirilən “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu”nda 600-dən çox müəllimin iştirakı ilə faydalı müzakirələr aparılıb. Forumun “Süni intellekt və etika: Təhsildə dürüstlük və məxfilik məsələləri” adlı I plenar iclasında Azərbaycan Texniki Universitetinin (AzTU) Təhsildə İnformasiya Tenologiyaları və Metodik Dəstək İnstitutunun direktoru Etibar Seyidzadə çıxış edib. O, süni intellekt və akademik dürüstlük, məlumat məxfiliyi və təhsildə süni intellektin tətbiqi, süni intellekt və təhsil sistemində ədalətlilik mövzularında çıxış edərək süni intellektin təhsildə tətbiqində faydalı və zərərli tərəflərini şərh edib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə keçirilən “Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu”nda 600-dən çox müəllimin iştirakı ilə f ..

2025-02-18
AzTU

AzTU-nun 7 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən təhsildə və tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 100 tələbəyə adlı təqaüd təqdim edilib. Onlar arasında Azərbaycan Texniki Universitetinin (AzTU) 7 tələbəsi (Vüsal Bayramov – İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi IV kurs, 641a2 qrup tələbəsi, Fidan Hümbətzadə – İqtisadiyyat və idarəetmə fakültəsi IV kurs, 951a1 qrup tələbəsi, Arif Əliyev– Metallurgiya və kimya texnologiya fakültəsi IV kurs, 411a1 qrup tələbəsi, Fatimə Bədəlzadə – Maşınqayırma və robototexnika fakültəsi III kurs, 502a qrup tələbəsi, Aqil Baxşıyev – SABAH qrupları fakültəsi IV kurs, 681s1 qrup tələbəsi, Orxan Həsənov – Nəqliyyat və logistika fakültəsi IV kurs, 161a1 qrup tələbəsi, Əhədov İbrahim – Xüsusi texnika və texnologiya fakültəsi III kurs, 742a qrup tələbəsi) var. Qeyd edək ki, ATİAHİRK-nın “Adlı təqaüd” layihəsi 1995-ci ildən həyata keçirilir, ölkənin müxtəlif ali məktəblərində əla və yaxşı qiymətlərlə təhsil alan, eyni zamanda tələbə həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən tələbələrin təhsildəki inkişafına dəstək məqsədi daşıyır. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən tə ..

2025-02-18
AzTU

AzTU-da informatika fənni üzrə yarımfinal turu keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (AzTU)  Respublika Fənn Olimpiadalarının  informatika fənni üzrə yarımfinal turu keçirilib. 2 gün davam edən müsabiqədə 8, 9, 10 və 11-ci sinif şagirdləri (ümumilikdə 200 iştirakçı) iştirak edib. İştirakçılara 3 saat ərzində 4 alqoritmik məsələni C++, “Python” proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (AzTU) Respublika Fə ..

2025-02-17
AzTU

Memorandum of Understanding has been signed between AzTU and the University of Uzbekistan

A delegation led by the Rector of the Tashkent International University of Finance and Technology, Azizkhon Nodirov, visited Azerbaijan as part of their trip and was hosted by Azerbaijan Technical University (AzTU). The guests met with AzTU's Rector Vilayet Valiyev and university representatives. During the meeting, discussions were held on establishing cooperation between the universities in relevant fields. Specifically, the preparation of joint programs in economics and management and the implementation of research were discussed. At the end of the meeting, a Memorandum of Understanding was signed between AzTU and the Tashkent International University of Finance and Technology.

A delegation led by the Rector of the Tashkent International University of Finance and Technology, Azizkhon Nodirov, visited Azerbaijan as part of their trip and was hosted by Azerbaijan Technical Uni ..

2025-02-17