Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU professorunun həmmüəllifi olduğu məqalə beynəlxalq elmi jurnalda nəşr olunub

AzTU professorunun həmmüəllifi olduğu məqalə beynəlxalq elmi jurnalda nəşr olunub

26.11.2025     68     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Biotibbi Mühəndislik İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Nuran Abdullayevin süni intellektin tibb sahəsində tətbiqi mövzusunda həmmüəllifi olduğu elmi məqalə “European Journal of Radiology Artificial Intelligence” jurnalında nəşr olunub. “European Journal of Radiology Artificial Intelligence” jurnalı klinik radiologiyada süni intellektin irəliləyişlərini əhatə edən aparıcı elmi nəşrlərdəndir və tibb sahəsində ən son yenilikləri oxucuların diqqətinə çatdırır.

Profilinin əsasən klinik radiologiyada süni intellektin tətbiqləri olan elmi jurnal həm klinisyenlər, həm də mühəndislər üçün aktual məlumat bazasıdır.

Məqalədə süni intellektin tibbi görüntüləməsi, radiologiyada və klinik qərarvermə proseslərində qərəzsiz istifadəsi, eləcə də Avropa standartlarına uyğunlaşdırılmasından bəhs olunur.

AzTU-nun adının ilk dəfə belə nüfuzlu jurnalda elm mərkəzi kimi yayımlanması Azərbaycan elmi üçün əhəmiyyətli nailiyyətdir.


Digər xəbərlər