Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri Fizika İnstitutuna ekskursiya edib

Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri Fizika İnstitutuna ekskursiya edib

28.04.2026     48     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin SABAH qrupları tələbələrinin Fizika İnstitutuna ekskursiyası təşkil olunub.

Ekskursiyada tələbələrlə yanaşı fakültənin dekan müavini Amin Mamedov, SABAH qruplarının koordinatoru Ayçillər Aslanova, müəllimlər Elnur Bağıyev, Günal Hüseynova və İlkin Əliyev də iştirak edib.

Fizika İnstitutunda tələbələr nazik təbəqələrin alınması prosesləri ilə tanış olub, vakuum buxarlanma, püskürtmə və kimyəvi çökdürmə üsulları barədə praktiki məlumat əldə ediblər.

Daha sonra fotolyuminesensiya laboratoriyasında fizika üzrə fəlsəfə doktoru Yusif Eyubovun rəhbərliyi ilə materialların optik xassələri araşdırılıb, sonda isə I–V test laboratoriyasında elektrik xüsusiyyətləri üzrə ölçmələr aparılıb.


Digər xəbərlər