Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələrinin akademik Yusif Məmmədəliyev Memorial Muzeyinə ekskursiyası təşkil edilib

AzTU tələbələrinin akademik Yusif Məmmədəliyev Memorial Muzeyinə ekskursiyası təşkil edilib

28.11.2025     7     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma və metallurgiya fakültəsi və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi çərçivəsində Neft-Kimya Prosesləri İnstitutunun Yusif Məmmədəliyev Memorial Muzeyinə tələbələrin ekskursiyası təşkil edilib.

Ekskursiya çərçivəsində tələbələr muzeyin iki əsas ekspozisiya otağını ziyarət ediblər. Burada akademik Yusif Məmmədəliyevin həyat yolu, elmi fəaliyyəti, neft kimyası sahəsində yaratdığı fundamental elmi məktəb, əldə etdiyi nailiyyətlər, şəxsi arxiv materialları, fotoları, istifadə etdiyi iş ləvazimatları və digər qiymətli eksponatlar barədə ətraflı məlumat verilib. Alimin Azərbaycan elminin inkişafında oynadığı mühüm rol, dünya kimya elminə verdiyi töhfələr və onun ideyalarının müasir kimya proseslərində hələ də aktuallığını qoruması barədə tələbələrə geniş izah təqdim edilib.

Ekskursiyanın davamında tələbələr Yusif Məmmədəliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmi izləyiblər. Tələbələr həmçinin muzeydə nümayiş olunan nadir arxiv sənədləri ilə tanış olublar.


Digər xəbərlər