Noyabrın 28-də Bakı İdman Sarayında Basketbol üzrə Tələbə Liqasının yeni mövsümünə start verilib.
İlk oyun Azərbaycan Texniki Universitetinin (AzTU) komandası ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası arasında keçirilib.
Gərgin mübarizə şəraitində keçən oyunda AzTU Basketbol Klubu 113–56 hesabı ilə qələbə qazanıb.