Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU rektoru elmi-tədqiqat və mübadilə proqramının iştirakçıları ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev elmi-tədqiqat və akademik mübadilə proqramlarında iştirak edən müəllimlərlə görüş keçirib. Görüşün məqsədi universitetin beynəlxalq elm və tədris əməkdaşlıqlarının mövcud vəziyyətinin qiymətləndirilməsi, əldə olunan nəticələrin nəzərdən keçirilməsi və növbəti fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub. Qeyd olunub ki, son bir ay ərzində AzTU-nun 74 əməkdaşı və 14 tələbəsi Türkiyə, Pakistan, Qazaxıstan və Özbəkistanın 15 ali təhsil müəssisəsində müxtəlif elmi-tədqiqat və akademik mübadilə, seminar və təcrübə proqramlarında iştirak edib. Bu əməkdaşlıqlar çərçivəsində birgə layihələrin icrası, ikitərəfli tədqiqat təşəbbüsləri, elmi nəşrlərin hazırlanması və yeni tədris istiqamətlərinin formalaşdırılması üzrə ilkin razılaşmalar əldə olunub. Görüş zamanı AzTU-nun beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, müəllim və tələbələrin xaricdə elmi-təcrübə imkanlarına çıxışının artırılması, həmçinin birgə laboratoriya və tədqiqat mərkəzlərinin yaradılması istiqamətində növbəti addımlar müəyyən edilib. Rektor bildirib ki, universitetin qarşıya qoyduğu əsas hədəf beynəlxalq əməkdaşlıqların davamlı institusional əməkdaşlıq mexanizmlərinə və ölçülə bilən elmi nəticələrə çevrilməsidir. Tədbirdə iştirakçılar gələcək perspektivlər, əməkdaşlığın təkmilləşdirilməsi və yeni imkanların dəyərləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. AzTU rəhbərliyi beynəlxalq fəaliyyətlərin universitetin inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirildiyini vurğulayıb və bu sahədə işlərin davam etdiriləcəyini qeyd edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev elmi-tədqiqat və akademik mübadilə proqramlarında iştirak edən müəllimlərlə görüş keçirib. Görüşün məqsədi uni ..

2025-12-30
AzTU

AzTU əməkdaşları Ankarada TUSAŞ və müxtəlif universitetləri ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov, kafedranın məsləhətçi-professoru, Nəriman Rəsulov, kafedranın dosenti, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Sarvan Əziz, kafedranın baş müəllimi Ramil Dadaşov və AzTU-nun Tədris işləri üzrə prorektorunun referenti Fərid Hüseynli mübadilə proqramı ilə Türkiyənin Ankara şəhərində səfərdə olub. Səfər çərçivəsində AzTU-nun nümayəndə heyəti Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ), Orta Doğu Texniki Universiteti (ODTÜ) və Gazi Universitetində bir sıra rəsmi görüşlər keçirib. Məqsəd sözügedən tədris və elmi müəssisələrlə mövcud olan əlaqələrin daha da genişləndirilməsi, elmi əməkdaşlıqların gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçililməsi və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq imkanlarının  müzakirə olunaraq, gələcəkdə yeni mərhələyə çıxarılması olub. Səfər çərçivəsində keçirilən görüşlərdə AzTU ilə Gazi Universiteti, ODTÜ və TUSAŞ arasında birgə tədqiqat layihələri və akademik mübadilə proqramı çərçivəsində elmi əməkdaşlıqların inkişaf etdirilməsi, birgə layihələrin icrası, prioritet tədqiqat sahələri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi müzakirə edilib.  Akademik mübadilə proqramları çərçivəsində müəllim və tədqiqatçıların qısamüddətli elmi ezamiyyətlərinin, magistrant və doktorantlar üçün birgə rəhbərlik (co-supervision) mexanizmlərinin tətbiqi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin sistemli şəkildə həyata keçirilməsi tövsiyə olunub. Səfər çərçivəsində AzTU ilə TUSAŞ, Gazi Universiteti və ODTÜ arasında elmi əməkdaşlığın geniş­ləndirilməsi və ali təhsil sahəsində institusional inteqrasiyanın təşviqi istiqamə­tin­də razılaşmalar əldə edilib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri professor Nizami Yusubov, kafedranın məsləhətçi-professoru, Nəriman Rəsulov, kafedranın dosenti ..

2025-12-30
AzTU

AzTU rektoru Türkiyədə işgüzar səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının universitetlərində işgüzar səfərdə olub. Səfərin əsas məqsədi Türkiyə universitetləri ilə mövcud əməkdaşlıqların genişləndirilməsi, birgə tədqiqatlar, ikili diplom proqramlarının həyata keçirilməsi imkanlarının müzakirəsi olub. Rektor Vilayət Vəliyev Gəbzə və Sakarya şəhərlərində Gəbzə Texniki Universiteti, Sakarya Universiteti və Sakarya Tətbiqi Elmlər Universitetinin rektorları və digər rəhbər heyətlə görüşlər keçirib. Görüşlər zamanı AzTU-da həyata keçirilən layihələr barədə məlumat verən rektor, ikitərəfli tədqiqat layihələrinin yerinə yetirilməsi, qarşılıqlı müəllim-tələbə mübadiləsi, beynəlxalq və regional layihələrin həyata keçirilməsi, birgə elmi məqalələrin nəşri, magistrant və doktorantlar üçün ikili elmi rəhbərliklərin reallaşdırılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Sakarya Vilayəti üzrə Milli Təhsil İdarəsində görüşlər keçirib, Sakarya Ticarət və Sənaye Palatasının Mühərrikli Nəqliyyat Vasitələri Peşə Məktəbini ziyarət edib. Qeyd edək ki, nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alıquliyev, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli, Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri Atif Namazov təmsil olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının universitetlərində işgüzar səfərdə olub. Səfərin əs ..

2025-12-29
AzTU

AzTU-nun əcnəbi tələbələri Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüb

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup əcnəbi tələbəsi valideyn himayəsindən məhrum olmuş, həmçinin fiziki məhdudiyyətli ailələrin uşaqlarını ziyarət ediblər. Ziyarətin əsas məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onlarla səmimi ünsiyyət qurmaq, qayğı və diqqətə ehtiyacı olan balacalara sevinc bəxş etmək olub. Bayram ab-havasında keçən tədbir zamanı əcnəbi tələbələr uşaqlar üçün musiqili və əyləncəli proqram təşkil edərək, müxtəlif oyunlar oynayıb və onlara xoş anlar yaşadıblar. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup əcnəbi tələbəsi valideyn himayəsindən məhrum olmu ..

2025-12-29
AzTU

AzTU tələbələri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya edib

Xüsusi texnika və texnologiya fakültəsinin I kurs tələbələri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər.  Xüsusi texnika və texnologiya fakültəsinin Sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini Amin Mamedov və Humanitar fənlər kafedrasının baş müəllimi Sonaxanım İmamovanın da iştirak etdiyi ekskursiyada tələbələrə Azərbaycan tarixinin ən qədim dövrlərindən indiyədək olan inkişaf mərhələləri barədə məlumat verilib. Muzeydə tələbələrə Azərbaycanın mühüm tarixi hadisələrini, dövlətçilik ənənələrini, mədəni irsi və milli dəyərlərini əks etdirən zəngin eksponatlar ətraflı şəkildə təqdim olunub. 

Xüsusi texnika və texnologiya fakültəsinin I kurs tələbələri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya ediblər. Xüsusi texnika və texnologiya fakültəsinin Sosial məsələlər, icti ..

2025-12-29
AzTU

XRİTDX əməkdaşı AzTU-da ustad dərsi keçib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) arasında imzalanmış əməkdaşlıq Memorandumuna uyğun olaraq hər semestr AzTU tələbələri üçün silsilə ustad dərsləri təşkil olunur. Növbəti ustad dərsində “Rəqəmsal ekspertiza: kibertəhlükəsizlikdə və hüquqi proseslərdə etibarlı sübutların təmin edilməsi” mövzusu keçirilib. Çıxış zamanı rəqəmsal sübutların toplanması, qorunması və təhlili prosesləri, sübutların bütövlüyünün və dəyişməzliyinin təmin olunması, insidentlər zamanı rəqəmsal kriminalistika yanaşmalarının tətbiqi, həmçinin rəqəmsal artefaktların hüquqi qüvvəsinin saxlanılması üçün beynəlxalq standart və metodologiyalar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, kibertəhlükəsizlik insidentlərinin araşdırılmasında ekspertiza proseslərinin rolu və bu sahədə institusional potensialın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Ustad dərsində AzTU-nun Kibertəhlükəsizlik kafedrasının tələbələri və müəllim heyəti iştirak edib.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) arasında imzalanmış əməkdaşlıq Memorandumuna uyğun olaraq hər semes ..

2025-12-29
AzTU

AzTU Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Bahçeşehir Universiteti və Türkiyə Elm və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) İnformatika və İnformasiya Təhlükəsizliyi Tədqiqat Mərkəzində (BİLGEM) işgüzar səfərdə olub. Nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Data Elmi və Süni İntellekt İnstitutunun direktoru Ramiz Alıquliyev, Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli, Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev və Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri Atif Namazov təmsil olunub. İstanbul Texiniki Universiteti (İTÜ), Yıldız Texniki Universiteti və Bahçeşehir Universitetində görüşlər zamanı sözügedən universitetlərlə AzTU arasında tədris və tədqiqat sahələrində mövcud əməkşdaşlığın genişləndirilməsi, o cümlədən ikili diplom proqramının həyata keçirilməsi, kibertəhlükəsizlik, kriptoqrafiya, data elmi və süni intellekt sahələrində birgə elmi-tədqiqatlar, birgə elmi məqalələrin dərc olunması, tədqiqatçıların qarşılıqlı mübadiləsi, birgə doktorant hazırlığı, magistrant və doktorantlar üçün ikili elmi rəhbərlik imkanlarının araşdırılması barədə razılığa gəlinib. TÜBİTAK BİLGEM ilə görüşlərdə AzTU-nun nümayəndə heyətinə kibertəhlükəsizlik, kriptoqrafiya, data təhlili və süni intellekt üzrə BİLGEM tərəfindən həyata keçirilmiş layihələr barədə məlumat verilib. Tərəflər sözügedən istiqamətlərdə birgə mütəxəssis hazırlığı və sənaye müəssisələrinə birgə xidmət göstərilməsi imkanlarının araşdırılması barədə müzakirələr aparıb. Nümayəndə heyəti həmçinin, BİLGEM-in müvafiq tədqiqat mərkəzləri ilə tanış olub.

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universiteti, Yıldız Texniki Universiteti, Bahçeşehir Universiteti və Türkiyə Elm və Texnoloji T ..

2025-12-29
AzTU

AzTU mühafizə xidməti il ərzində göstərdikləri səmərəli fəaliyyətə görə mükafatlandırılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) mühafizə xidmətində fəaliyyət göstərən “Kapital Security” QSC-nin əməkdaşları mükafatlandırılıb. Belə ki, AzTU rektoru Vilayət Vəliyev mühafizə xidmətinin kollektivini 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Həmçinin onları il ərzində göstərdikləri səmərəli fəaliyyətə görə fəxri fərmanla təltif edib.  

Azərbaycan Texniki Universitetinin (AzTU) mühafizə xidmətində fəaliyyət göstərən “Kapital Security” QSC-nin əməkdaşları mükafatlandırılıb. Belə ki, AzTU rektoru Vilayət Vəliy ..

2025-12-29
AzTU

AzTU-da “Əmək bazarı üçün XXI əsr bacarıqları” mövzusunda təlim keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “Əmək bazarı üçün XXI əsr bacarıqları” mövzusunda təlim keçirilib. Əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılmasına həsr edilən təlim ICF standartlı karyera inkişaf koçu, TOT sertifikatlı təlimçi İlkana Əmirova tərəfindən aparılıb. Sessiya zamanı tələbələrə işəgötürənlər tərəfindən tələb olunan əsas bacarıqlar, karyera planlaması, şəxsi inkişaf, adaptasiya qabiliyyəti, effektiv kommunikasiya və kritik düşünmə mövzularında ətraflı məlumat verilib.İnteraktiv formatda keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) “Əmək bazarı üçün XXI əsr bacarıqları” mövzusunda təlim keçirilib. Əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqları ..

2025-12-29
AzTU

“Süni intellekt: Məsuliyyətli və etik süni intellekt, süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi” mövzusunda təlim

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi tələbələri üçün “Süni intellekt: Məsuliyyətli və etik süni intellekt, süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi” mövzusunda təlim keçirilib. Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Xəyalə Babayeva təlimin məqsədi, Azərbaycanda süni intellekt və məlumat mühafizəsi sahəsində görülən işlər, eləcə də gələcək mühəndis və proqramçıların innovasiyadakı rolu haqqında danışıb. Daha sonra Elektron Təhlükəsizlik Xidməti nümayəndələri Zeynəb Əliyeva və Rauf İbişov süni intellektə giriş, Süni İntellekt Akademiyası və təlim proqramları, ölkədə həyata keçirilən “AI” layihələri, həmçinin “deepfake” texnologiyaları və onların qarşısının alınması yolları barədə ətraflı məlumat verib. Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi tələbələri üçün ..

2025-12-29