Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Xalq şairi Bəxtiyar Vahabzadənin yubileyi qeyd olunub

Azərbaycan Texniki Universitetində (AzTU)  xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə keçirilən tədbirin aparıcısı şair Cəbrayıl Qənbər milli poeziyamızın görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2025-cü il 21 fevral tarixli Sərəncamının əhəmiyyətini qeyd edib. Diqqətə çatdırıb ki, bu Sərəncam əsasında ölkənin bütün təhsil müəssisələrində və mədəniyyət ocaqlarında şairin silsilə yubiley tədbirləri keçirilir. AzTU-nun prorektoru Rəşad Əliyev Azərbaycan poeziyasının görkəmli nümayəndəsi kimi Bəxtiyar Vahabzadə yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib. Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev isə vətənpərvərlik duyğuları ilə zəngin Bəxtiyar Vahabzadə irsinin Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini bildirərək qeyd edib ki, şair dərin ictimai-siyasi və poetik-fəlsəfi məzmunlu əsərləri ilə Vətənə, millətə, doğma ana dilinə sonsuz məhəbbətini ifadə edib, milli müstəqillik şüuruna, azərbyacançılıq məfkurəsinə, ümumtürk ideallarına yüksək mənada bağlığlığını nümayiş etdirib. Həmçinin o, respublikamızın çox ağır və məşəqqətli günlərində yüksək vətəndaşlıq, əsl ziyalılıq prizmasından çıxış edərək taleyüklü məsələlərin həllində cəsarətli mövqe nümayiş etdirib və bu fədakarlığı sayəsində xalqın dərin rəğbətini qazanıb. Tədbirin bədii hissəsində Azərbaycanın və Özbəkistanın Xalq artisi Gülyanaq Məmmədova Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnmiş sevilən musiqi nömrələri ilə tədbir iştirakçılarına xoş bir ovqat  bəxş edib. Sonra AzTU-nun məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimli, ADMİU-nun tələbəsi Ceyran Abbaslı, AzTU-nun tələbələri Əlican Əliyev, Lamiyə Zahidova və Maksim Frolov şairin sözlərinə yazılmış mahnıları ifa ediblər. Daha sonra Bəxtiyar Vahabzadənin poeziya nümunələrindən “Axı dünya fırlanır...”, “Qocalmır”, “Bir salama dəymədi”, “Uşaqlıq”; “Muğam”, “Unutmaq istərəm...”, “Bayraq” şeirləri qiraətçi Cəbrayıl Qənbər, dosent Həbib Mirzəyev, tələbələr Durna Həsənli, Fatih Emir Torun və Canpolad Quliyev tərəfindən  səsləndirilib. Tədbir zamanı Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını, o cümlədən ulu öndər Heydər Əliyevin şair haqqında fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin şairin “Azərbaycan-Türkiyə” və “Torpaqdan pay olmaz!” kimi şeirləri Türkiyə Cünhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ifasında ekranda nümayiş etdirilməklə tədbr iştirakçılarının diqqətinə çatdırılıb.  Tədbirin sonunda Xalq artisti Gülyanaq Məmmədovaya və aparıcı - qiraətçi, şair Cəbrayıl Qənbərə AzTU rəhbərliyi adından təşəkkürnamə təqdim edilib. Tədbir şairin sözlərinə bəstələnmiş “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.

Azərbaycan Texniki Universitetində (AzTU) xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. AzTU-nun Humanitar fənlər kafedrası və Tələbə Həmkarlar ..

2025-10-21
AzTU

AzTU-da qızların mühəndisliyə təşviqi ilə bağlı təlim keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) “O, sadəcə qız deyil, mühəndisdir” mövzusunda təlim keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə universitetin xanım tələbələri iştirak edib. Təlimin məqsədi qızların mühəndislik sahəsinə marağının artırılması və gender bərabərliyinin təşviq edilməsidir. Təlimçi, Dünya Robot Olimpiadasında ikinci yerin sahibi, AzTU-nun Maşınqayırma və metallurgiya fakültəsinin 2-ci kurs tələbəsi Anabacı Əmiraslanova tələbələri mühəndislikdə qadınların rolu, dünya və Azərbaycan mühəndis qadınlarının uğur hekayələri, STEM-də iştirak edən qadınların statistikası, xanımlar üçün startap imkanları, onların liderlik bacarıqlarının inkişafı və digər istiqamətlərdə vacib məlumatlar verib. Daha sonra iştirakçılar komandalara bölünərək mövzu ətrafında müzakirələr aparıblar.

Azərbaycan Texniki Universitetində (AzTU) “O, sadəcə qız deyil, mühəndisdir” mövzusunda təlim keçirilib. AzTU-nun Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə keçirilən təlim ..

2025-10-21
AzTU

“Rebuild Karabakh” sərgisində AzTU tələbələrinin startapları nümayiş olunub

Bakı Ekspo Mərkəzində 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) keçirilib. Tədbirin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, bölgədə sosial-iqtisadi infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və digər prioritet sahələrin inkişafına dəstək verməkdir. Sərgidə Aqrar İnnovasiya Mərkəzinin təqdim etdiyi stenddə Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Nihad Əliyev, Maşınqayırma və metallurgiya fakültəsinin tələbələri Anar Məmmədov və Ömər Məmmədzadənin startapları nümyaiş olunub. Qeyd edək ki, 14-16 oktyabr tarixlərində keçiriləcək “Rebuild Karabakh” sərgisi Qarabağın bərpası prosesinə dövlət və özəl sektorun, həmçinin beynəlxalq tərəfdaşların cəlb olunması baxımından mühüm platforma rolunu oynayır.

Bakı Ekspo Mərkəzində 5-ci yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) keçirilib. Tədbirin əsas məqsədi Qarabağ və Şərqi ..

2025-10-20
AzTU

AzTU-nun Sənaye iqtisadiyyatı və menecment fakültəsinin tələbəsi statistik olimpiadada uğurlu nəticə göstərib

Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi  keçirilib. Qeyd olunub ki, olimpiadada ümumilikdə 3355 nəfər şagird, 198 nəfər tələbə iştirak edib. Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye iqtisadiyyatı və menecment fakültəsinin III kurs tələbəsi Səma Qeybalıyeva olimpiadada uğurlu nəticə göstərib. O, analitik düşüncə və statistik biliklərə görə təltif olunub.  

Oktyabrın 20-də Dövlət Statistika Komitəsində Ümumdünya Statistika Günü ilə bağlı mətbuat konfransı və statistik olimpiadanın qaliblərinin mükafatlandırılması mərasimi keçiril ..

2025-10-20
AzTU

AzTU-da korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici sessiya keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) əməkdaşlar üçün Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair maarifləndirici sessiya keçirilib. Kommunikasiya şöbəsinin əməkdaşı Mehti Namazov korrupsiya ilə mübarizənin yalnız hüquqi məsələ olmadığını, eyni zamanda, mənəvi məsuliyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, AzTU-da sağlam idarəetmə mədəniyyəti formalaşıb və bu cür maarifləndirici tədbirlərin keçirilməsi ənənə halını alıb. Hüquqşünas Şükufə Muradsoy iştirakçıları korrupsiya hüquqpozmaları, bu növ əməllərə görə tətbiq edilən məsuliyyət tədbirləri, korrupsiyanın ictimai və iqtisadi həyata mənfi təsirləri, korrupsiyaya şərait yaradan amillər, ölkəmizdə və beynəlxalq təcrübədə həyata keçirilən antikorrupsiya strategiyalarının əsas istiqamətləri və s. məsələlər barədə məlumatlandırıb.

Azərbaycan Texniki Universitetində (AzTU) əməkdaşlar üçün Azərbaycan Respublikası Prezidentinin 2022–2026-cı illər üzrə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə ..

2025-10-20
AzTU

İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin I forumu keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) I forumu keçirilib. Dekan Leyla Məmmədova TEC-in yaradılmasının əhəmiyyəti və gələcək perspektivlərini tələbələrin diqqətinə çatdırıb. Daha sonra AzTU-nun Tələbə Elmi Cəmiyyətinin sədri Şərəfxanım Əliyeva TEC üzvü olmağın üstünlüklərindən danışıb. Fakültənin sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini Ülviyyə Kərimova TEC-in strukturu, qarşıda duran hədəflər, TEC nəzdində fəaliyyət göstərən klublar haqqında məlumat verib. O, tələbələri fakültə TEC-in “Gələcəyin texnologiyasını birlikdə yaradaq!” şüarı altında fəal olmağa səsləyib. Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev çıxış edərək TEC üzvlərinə uğurlar arzulayıb. Daha sonra yerli və əcnəbi tələbələrdən ibarət bir qrup TEC üzvlərinin seçilmiş layihələri təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) I forumu keçirilib. Dekan Leyla Məmmədova TEC-in y ..

2025-10-20
AzTU

AzTU-da Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik Tədqiqat Klasteri yaradılıb

Müdafiə və kibertəhlükəsizlik sahəsində elmi-tədqiqat potensialını vahid strateji istiqamət altında birləşdirərək bu sahələrdə tədqiqatların təkrarlanmasını aradan qaldırmaq, müasir trendləri və innovasiyaları vahid sistemə gətirmək və dövlət-sənaye-universitet əməkdaşlığını gücləndirmək məqsədilə AzTU-da Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik Tədqiqat Klasteri yaradılıb. Yeni yaradılan klaster avtonom sistemlər, pilotsuz platformalar, süni intellekt əsaslı nəzarət sistemləri, elektromaqnit müdafiə texnologiyaları, şəbəkə və informasiya təhlükəsizliyi, süni intellekt (AI) əsaslı kiberhücumların aşkarlanması, SCADA və sənaye sistemlərinin qorunması, "smart grid", "e-mobility", enerji təhlükəsizliyi və dözümlü infrastruktur modelləri, Big Data və süni intellektlə kritik sistemlərin proqnozlaşdırılması və risklərin azaldılması tədqiqat istiqamətləri üzrə fəaliyyət göstərəcək. Bu təşəbbüs AzTU-nun ölkədə elmi-texniki tərəqqinin qlobal inkişafına verdiyi töhfəni artırmaq, rəqəmsal transformasiya proseslərinə dəstək vermək və milli müdafiə texnologiyaları ekosistemində universitetin aparıcı mövqeyini gücləndirmək məqsədi daşıyır. Klaster bu sahədə tədqiqat ehtiyaclarına uyğun sinerji yaradan platforma olaraq AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun koordinasiyası ilə fəaliyyətini təşkil edəcək.

Müdafiə və kibertəhlükəsizlik sahəsində elmi-tədqiqat potensialını vahid strateji istiqamət altında birləşdirərək bu sahələrdə tədqiqatların təkrarlanmasını aradan qaldırmaq, ..

2025-10-17
AzTU

Xüsusi texnika və texnologiya fakültəsinin tələbələrinə Tələbə Elmi Cəmiyyəti haqqında infosessiya keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin tələbələrinə Tələbə Elmi Cəmiyyəti (TEC) haqqında infosesiyası keçirilib. Dekan Yadullah Babayev fakültə TEC-in məqsəd və vəzifələri barədə məlumat verib. O, Xüsusi texnika və texnologiya fakültəsinin tələbələrinin yerli və beynəlxalq layihələrdə iştirakının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə TEC-in mühüm rol oynadığını qeyd edib. Daha sonra AzTU-nun “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru Azər Bayramov həyata keçirilən layihələr haqqında məlumat verib və gələcəkdə TEC ilə birgə əməkdaşlığın yaradacağı imkanlardan danışıb. AzTU-nun Kommunikasiya şöbəsinin müdiri Səfa Bağırov tələbələri TEC-in müxtəlif klublarında iştiraka dəvət edib. AzTU-nun Ömürboyu Öyrənmə Məktəbinin mühəndisi, fakültənin məzunu Azad Musayev tələbələrlə birgə həyata keçirilən layihələrin onların şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını bildirib, tələbələri bu layihələrdə aktiv iştiraka çağırıb. Sonda sosial məsələlər, ictimaiyyətlə əlaqələr və infrastruktur üzrə dekan müavini, fakültə TEC-in sədri Amin Məmmədov görüləcək işlər barədə təqdimatla çıxış edib. Sonda Xüsusi texnika və texnologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin şüarının “Qərarlılıqla Uğura” olduğunu qeyd olunub, tələbələr bu şüar ətrafında birgə fəaliyyətə dəvət olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin tələbələrinə Tələbə Elmi Cəmiyyəti (TEC) haqqında infosesiyası keçirilib. Dekan Yadullah Babayev ..

2025-10-15
AzTU

AzTU Xankəndidə keçirilən “bootcamp”da təmsil olunub

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində növbəti “bootcamp” keçirilib.  “Bootcamp”da Azərbaycan Texniki Universitetini (AzTU) İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin tələbəsi Nihad Əliyev və “SmartTech” İnnovatorlar Mərkəzinin direktoru Azər Bayramov təmsil edib. Məqsəd aqrar sahədə süni intellekt və rəqəmsal texnologiyaların tətbiqini təşviq etmək, gənclərin bu istiqamətdə bilik və bacarıqlarını artırmaq, azad edilmiş ərazilərin aqrar potensialı ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.Proqram çərçivəsində təşkil edilən infotur zamanı iştirakçılar Suqovuşan su anbarına səfər ediblər. Onlara bölgənin strateji su ehtiyatlarının idarə olunması, aqrar infrastrukturun bərpası prosesində rəqəmsal texnologiyaların rolu və sənaye müəssisələrinin kənd təsərrüfatı istehsalına inteqrasiyası barədə ətraflı məlumat təqdim olunub. İştirakçılar həmçinin aqrar sahədə müasir texnoloji həllərin tətbiqinin məhsuldarlığın artırılması, resursların səmərəli istifadəsi və ixrac imkanlarının genişlənməsi baxımından əhəmiyyətini yerində müşahidə ediblər."Bootcamp” iştirakçıları Xankəndi şəhərində Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkasında da iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərində “Dəqiq kənd təsərrüfatında süni intellekt ..

2025-10-14
AzTU

AzTU Kitabxana İnformasiya Mərkəzi növbəti dəfə beynəlxalq uğura imza atıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və əməkdaşı Məhsəti Əliyeva COAR "Controlled Open Access Repositories" təşkilatnıdan gələn birgə fəaliyyət təklifi ilə Rəqəmsal Repozitariya sahəsində onlayn terminoloji lüğətin Azərbaycan dilinə tərcüməsini həyata keçiriblər. Qeyd edək ki, COAR dünyanın hər yerindən kitabxanaları, universitetləri, tədqiqat institutlarını təmsil edən 130-dan çox üzvü və tərəfdaşı olan beynəlxalq bir assosiasiyadır. COAR Açıq Əlyetərlilik potensialını artırmaq, hüquqi sənədləri inkişaf etdirmək, təcrübələri uyğunlaşdırmaq və repozitariyalar üçün qlobal səs kimi çıxış edərək repozitor şəbəkələri birləşdirir. Təşkilatın fəaliyyətlərindən biri də dünyada elm və təhsil sahəsində tendensiya sayılan və açıq elmə, açıq əlyetərliyə dəstək göstərən rəqəmsal repozitariyaların dünya dillərində tərcümə edilməsidir. Beləliklə, ilk dəfə olaraq Azərbaycan dilində terminologiyanı COAR-ın "Controlled Vocabulary of Open Access Repositories" adlı onlayn lüğətinə daxil etməyə məhz AzTU KİM əməkdaşları müvəffəq olub. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva və əməkdaşı Məhsəti Əliyeva COAR "Controlled Open Access Repositories" təşk ..

2025-10-13