Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da məzuniyyət növləri haqqında məlumatlandırma təlimi keçirilib

AzTU-da məzuniyyət növləri haqqında məlumatlandırma təlimi keçirilib

04.07.2025     144     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) məzuniyyət növləri haqqında məlumatlandırma təlimi keçirilib. İnsan resurslarının idarə edilməsi departamentinin təşkil etdiyi təlim departamentin müdiri Aytən Şıxalıyeva tərəfindən aparılıb.  

Məqsəd əməkdaşları əmək məzuniyyətinin verilməsi, hesablanması, istifadə qaydaları, eləcə də bunların əmək qanunveriliciyində əks olunması barədə məlumatlandırmaqdan ibarət olub.

Aytən Şıxalıyeva bildirib ki, əmək məzuniyyəti işçinin iş ili müddəti, yəni əməkdaşın işə başladığı tarixdən növbəti 12 ay müddət üçün hesablanır, burada işçinin iş stajı, iş yükü və digər məqamlar da nəzərə alınır.  

Daha sonra Aytən Şıxalıyeva akademik və inzibati heyət üçün nəzərdə tutulan məzuniyyət müddəti, əsas və əlavə əmək məzuniyyəti, minimum əmək məzuniyyətinin müddəti, onların işləmə prinsipləri və hesablanma qaydası barədə də iştirakçılara ətraflı məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Digər xəbərlər