Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri ağacəkmə aksiyasında iştirak edib

AzTU tələbələri ağacəkmə aksiyasında iştirak edib

07.07.2025     47     AzTU

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) təşkilatçılığı ilə həyata keçirilən ağacəkmə aksiyasında Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəal üzvləri də iştirak edib.

Aksiya ölkəmizdə ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və gənclərdə ekoloji mədəniyyətin formalaşdırılması məqsədilə təşkil olunub. THİK fəalları müxtəlif növ ağac tingləri əkərək onların suvarılması və ilkin qulluq işlərini həyata keçirib, təbiətin mühafizəsinə töhfə vermək məqsədilə həmrəy olduqlarını nümayiş etdiriblər.

Aksiyada iştirak edən tələbələr belə tədbirlərin gənclərin ekoloji məsuliyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayaraq, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərə həvəslə qoşulacaqlarını bildiriblər.

Ətraf mühitin qorunması ilə bağlı layihələrin dəstəklənməsi və tələbələrin bu prosesdə fəal iştirakının təmin edilməsi AzTU THİK-in prioritet fəaliyyət istiqamətlərindən biridir.

Bu kimi aksiyaların davamlı xarakter alması üçün gənclərin təşəbbüskarlığı və həmrəyliyi mühüm əhəmiyyət kəsb edir.


Digər xəbərlər