Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU Kitabxana İnformasiya Mərkəzində istehsalat təcrübələrini uğurla başa vuran ADMİU tələbələrinə təşəkkürnamə təqdim olunub

AzTU Kitabxana İnformasiya Mərkəzində istehsalat təcrübələrini uğurla başa vuran ADMİU tələbələrinə təşəkkürnamə təqdim olunub

04.07.2025     72     AzTU

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzində (KİM) istehsalat təcrübələrini uğurla başa vurub.

AzTU-nun rektoru Vilayət Vəliyev təcrübəçi tələbələrlə görüşüb, Kitabxana İnformasiya Mərkəzinin yenidənqurulmasında və açılış mərasimində fəal iştiraklarına görə onlara təşəkkürnamə təqdim edib.

Rektora məlumat verilib ki, təcrübə müddətində tələbələr ixtisasları üzrə müasir biliklərə yiyələnib, akademik məlumat bazaları, bibliometriya, kataloqlaşdırma, beynəlxalq kitabişləmə qaydaları və s. üzrə praktiki bilik və bacarıqlar əldə ediblər.

Tələbələr həmçinin KİM-də gedən yenidənqurma işlərində iştirak edib, biblioqrafik və bibliometrik bazalar haqqında məruzə dinləyib, “Web of Science” platforması, "IEEE", "DOAJ", "EBSCO" kimi  akademik bazalar haqqında beynəlxalq vebinarlara qatılıb sertifikatlar əldə ediblər.

Bundan başqa, təcrübəçi tələbələr kitabxana texnologiyasının qurulmasında iştirak edib, yeni texnologiyanın proqram təminatı haqqında təlimatlandırılıb, avadanlığın iş prinsipinə yiyələniblər.


Digər xəbərlər