Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbələri beynəlxalq təcrübə proqramında iştirak edəcək

AzTU tələbələri beynəlxalq təcrübə proqramında iştirak edəcək

10.07.2025     113     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri Selcan Kərimli və Xalidə Hacızadə Türkiyənin Orta Doğu Texnik Universiteti (ODTÜ) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşəbbüsü ilə robot texnologiyaları mövzusunda həyata keçirilən yay təcrübə proqramında iştirak hüququ qazanıblar. 

Seçim 7 ölkənin namizədləri arasında aparılıb və ümumilikdə 12 tələbə bu beynəlxalq layihə çərçivəsində yay təcrübə proqramında iştirak imkanı əldə edib. Proqram ümumilikdə 6 həftə davam edəcək və ilk həftəsi nəzəri təlimlərdən ibarət olacaq.

Proqramın əsas məqsədi robot texnologiyalarını inkişaf etdirərək onları praktikada tətbiq edə bilən yeni nəsil tədqiqatçılar yetişdirmək, həm Türkiyə daxilində, həm də beynəlxalq səviyyədə robototexnika sahəsində tədqiqatları dəstəkləmək, robot və süni intellekt üzrə tədqiqatları daha yüksək səviyyəyə qaldırmaq, robot texnologiyalarının sənaye istehsal proseslərinə inteqrasiyasını təmin etmək və bu  texnologiyalardan istifadə edən məhsulları inkişaf etdirmək, eləcə də müdafiə sənayesinin ehtiyaclarına uyğun insansız və ağıllı sistemlər inkişaf etdirməkdir.

Tələbələrin təcrübə müddətindəki bütün əsas xərcləri TİKA tərəfindən qarşılanacaq.


Digər xəbərlər