Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2025-ci ildə sonuncu iclası keçirilib.
Rektor Vilayət Vəliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şura üzvlərini təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Daha sonra universitetin növbəti il üçün Strateji İnkişaf Planı (SİP) təsdiq olunub. Strukturların fəaliyyətində növbəti il ərzində keyfiyyətin daha da artırlıması ilə bağlı tapşırıqlar verilib.