Azərbaycan Texniki Universitetinin (AzTU) mühafizə xidmətində fəaliyyət göstərən “Kapital Security” QSC-nin əməkdaşları mükafatlandırılıb.
Belə ki, AzTU rektoru Vilayət Vəliyev mühafizə xidmətinin kollektivini 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Həmçinin onları il ərzində göstərdikləri səmərəli fəaliyyətə görə fəxri fərmanla təltif edib.