Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi tələbələri üçün “Süni intellekt: Məsuliyyətli və etik süni intellekt, süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların mühafizəsi” mövzusunda təlim keçirilib.
Elektron Təhlükəsizlik Xidmətinin rəhbəri Xəyalə Babayeva təlimin məqsədi, Azərbaycanda süni intellekt və məlumat mühafizəsi sahəsində görülən işlər, eləcə də gələcək mühəndis və proqramçıların innovasiyadakı rolu haqqında danışıb.
Daha sonra Elektron Təhlükəsizlik Xidməti nümayəndələri Zeynəb Əliyeva və Rauf İbişov süni intellektə giriş, Süni İntellekt Akademiyası və təlim proqramları, ölkədə həyata keçirilən “AI” layihələri, həmçinin “deepfake” texnologiyaları və onların qarşısının alınması yolları barədə ətraflı məlumat verib.
Tədbir interaktiv sual-cavab sessiyası ilə davam edib.