Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun əcnəbi tələbələri Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüb

AzTU-nun əcnəbi tələbələri Yeni il münasibətilə valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüşüb

29.12.2025     46     AzTU

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup əcnəbi tələbəsi valideyn himayəsindən məhrum olmuş, həmçinin fiziki məhdudiyyətli ailələrin uşaqlarını ziyarət ediblər.

Ziyarətin əsas məqsədi uşaqlara mənəvi dəstək göstərmək, onlarla səmimi ünsiyyət qurmaq, qayğı və diqqətə ehtiyacı olan balacalara sevinc bəxş etmək olub.

Bayram ab-havasında keçən tədbir zamanı əcnəbi tələbələr uşaqlar üçün musiqili və əyləncəli proqram təşkil edərək, müxtəlif oyunlar oynayıb və onlara xoş anlar yaşadıblar.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.


Digər xəbərlər