Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU-nun əməkdaşı Rumıniyanın Arad Aurel Vlayku Universitetində təlimlərdə iştirak edib

Rumıniyanın Arad Aurel Vlayku Universitetində Erasmus+KA1 layihəsi üzrə kadrların mobilliyi proqramı çərçivəsində keçirilən təlimlərdə  Azərbaycan Texniki Universitetinin (AzTU) Xarici əlaqələr şöbəsinin əməkdaşı Mənzər Məmmədli də iştirak edib. Albaniya, Moldova və Türkiyə universitetlərinin nümayəndələrinin də qatıldığı təlimlərdə Erasmus+KA1 layihəsinin həyata keçirilməsində Avropa təcrübəsi və qaydalar haqqında danışılıb. Təlimlərdə Arad Aurel Vlayku Universitetinin  fakültə və laboratoriyaları, universitetdə həyata keçirilmiş layihələr, onların nəticələri, eləcə də həyata keçiriləcək layihələr barədə iştirakşılara ətraflı məlumat verilib. Səfər çərçivəsində keçirilən görüşlərdə Mənzər Məmmədli Azərbaycan Texniki Universiteti (AzTU) haqqında geniş təqdimatla çıxış edib.   

Rumıniyanın Arad Aurel Vlayku Universitetində Erasmus+KA1 layihəsi üzrə kadrların mobilliyi proqramı çərçivəsində keçirilən təlimlərdə  Azərbaycan Texniki Universitetinin (AzTU) ..

2022-06-02
AzTU

AzTU-nun komandası “Zəfər festivalı” adlı idman yarışında III yerə layiq görülüb

İyunun 1-də Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universiteti (ATU), Nəsimi Rayon Gənclər və İdman İdarəsi, ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında "Zəfər festivalı" adlı idman yarışlarının təltifolunma mərasimi keçirilib. 10 ali təhsil müəssisəsinin tələbələri arasında 7 idman növü üzrə keçirilən yarışlarda Azərbaycan Texniki Universitetinin (AzTU) şahmat komandası III yerə layiq görülüb. Final oyununda iştirak edən komandamız kubok və diplomlarla təltif olunub. Qeyd edək ki, futzal, stolüstü tennis, voleybol (qızlar), voleybol (oğlanlar), basketbol (stritbol), badminton və şahmat üzrə yarışlar Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində keçirilib. 

İyunun 1-də Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Tibb Universiteti (ATU), Nəsimi Rayon Gənclər və İdman İdarəsi, ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı il ..

2022-06-02
AzTU

AzTU-da narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib

Mayın 31-də "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keçirilib.“Gələcəyimizi qoruyaq!” adlı tədbirdə çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev narkomanlığa qarşı mübarizədə daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərdən danışıb. O, qeyd edib ki, cəmiyyəti məhv edən bu bəladan xilas olmaq üçün hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti hiss etməli, xüsusilə gənclər bu mövzuda daha ayıq-sayıq olmalı və ən başlıcası özlərini qorumağı bacarmalıdırlar.Daha sonra çıxış edən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu 2021-2022-ci illərdə vətəndaşlar tərəfindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə, “802 qaynar xətt” zəng xidmətinə, eləcə də nazirliyin müvafiq sosial şəbəkə səhifələrinə daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyatların nəticələri barədə danışıb. O, həmçinin bu əməliyyatlarla yanaşı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.     

Mayın 31-də "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) narkomaniyaya qarşı mübarizəyə həsr olunan maarifləndirmə tədbiri keç ..

2022-05-31
AzTU

AzTU-nun komandaları “TEKNOFEST Azərbaycan”- da mükafata layiq görülüb

Mayın 29-da “TEKNOFEST Azərbaycan”-da yarışlar üzrə II və III yerlərin qalibləri mükafatlandırılıb. Azərbaycan Texniki Universitetinin (AzTU) "TwoDice SABAH" komandası “Sosial yönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında “Ağıllı eynək” layihəsi ilə II, "Hi-Tech" komandası isə “Robotexnika” müsabiqəsinin B kateqoriyasında “Inimicus” layihəsi ilə III yerin qalibi olublar. Bundan əlavə, AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandası da “Robotexnika” müsabiqəsinin A kateqoriyasında “Ağıllı suvarma sistemləri” layihəsi ilə II yerə layiq görülüb. Qaliblərin mükafatları rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST" İdarə Heyətinin sədri və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyə Respublikasının sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır tərəfindən təqdim edilib.  

Mayın 29-da “TEKNOFEST Azərbaycan”-da yarışlar üzrə II və III yerlərin qalibləri mükafatlandırılıb. Azərbaycan Texniki Universitetinin (AzTU) "TwoDice SABAH" komandası “Sosial yö ..

2022-05-30
AzTU

AzTU rəhbərliyi “TEKNOFEST Azərbaycan”-ın açılış mərasimində iştirak edib

Mayın 26-da Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində “TEKNOFEST Azərbaycan”-ın açılış mərasimi olub. Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi mərasimdə iştirak edib. Rektor Vilayət Vəliyev, prorektorlar, Boğaziçi Universitetinin prorektoru Gürkan Kumbaroğlu universitetin komandalarının stendləri ilə tanış olub, iştirakçılarla xatirə şəkli çəkdiriblər. Qeyd edək ki, 4 gün davam edəcək tədbirdə iştirak üçün dünyanın 32 ölkəsindən 287 startap (101-i Azərbaycan startapı olmaqla) müraciət edib. Onlardan 15-i xarici ölkə (ABŞ, Argentina, Estoniya, İordaniya, Misir, Pakistan, Türkiyə), 35-i yerli olmaqla 50 startap finala vəsiqə qazanıb. “TEKNOFEST Azərbaycan”-ın akademik tərəfdaşı olan Azərbaycan Texniki Universiteti (AzTU) də 30-dan çox tələbə və mentorun daxil olduğu 7 komandadan ibarət böyük bir heyətlə festivalda təmsil olunur.       

Mayın 26-da Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində “TEKNOFEST Azərbaycan”-ın açılış mərasimi olub. Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliy ..

2022-05-27
AzTU

UDC Kənd Təsərrüfatı, Şəhərlərin Dayanıqlı İnkişafı və Ətraf Mühit Elmləri Kollecinin numayəndələri AzTU-da səfərdə olub

Kolumbiya District Universitetinin nəzdində  (UDC)  Kənd Təsərrüfatı, Şəhərlərin Dayanıqlı İnkişafı və Ətraf Mühit Elmləri Kollecinin (CAUSES) tədqiqatçısı Dylan Mehri və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri Will Hamilton, Elşən Baloğlanov, Tərlan Həmidov Azərbaycan Texniki Universitetində (AzTU olub. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Rektor universitetdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında qonaqlara məlumat verib.  Dylan Mehri də öz növbəsində Kolumbiya District Universiteti haqqında geniş  məlumatla çıxış edib.  Görüşdə bərpa olunan enerji, su idarəçiliyi, dayanıqlı enerji və digər sahələr üzrə əməkdaşlıq istiqamətləri, eyni zamanda magistratura səviyyəsində ikili diplom proqramı haqqında da  müzakirələr aparılıb. Görüşdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndəsi tərəfindən “Özəl Sektorun İnkişafı” layihəsi (PSA) haqqında da məlumat verilib və agentliyin hər iki universitet arasında əməkdaşlığı dəstəkləyəcəyi qeyd olunub.      

Kolumbiya District Universitetinin nəzdində  (UDC)  Kənd Təsərrüfatı, Şəhərlərin Dayanıqlı İnkişafı və Ətraf Mühit Elmləri Kollecinin (CAUSES) tədqiqatçısı Dylan Mehri və ..

2022-05-26
News

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib - VIDEO

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib Mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada  Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirdiyini də diqqətə çatdırıb. Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib. Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib. Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib. Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır. Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib. Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.

Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib Mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumla ..

2022-05-25
Education

AzTU tələbələri “CONIM Cert”in təlimlərində iştirak edib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CONIM Cert” MMC arasında qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir. Əməkdaşlıq çərçivəsində “CONIM Cert” MMC-nin icraçı direktoru Mehriban Osmanova AzTU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün "İSO 9001:2015 Keyfiyyəti idarəetmə sistemlərinin əsasları" mövzusunda təlim keçib. Təlimdə iştirak edən tələbələrə sertifikat təqdim olunub.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CONIM Cert” MMC arasında qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir. Əməkdaşlıq çərçivəsində “CONIM Ce ..

2022-05-24
AzTU

UniClad layihəsi çərçivəsində hazırlanan mobil tətbiq “Caspian Agro 2022” sərgisində nümayiş olunur

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən UniClad layihəsi üzrə hazırlanılan “Yem kalkulyatoru” mobil tətbiqi “Caspian Agro 2022” sərgisində nümayiş olunur.   “Yem kalkulayatoru” mobil tətbiqi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) çərçivəsində pilot olaraq hazırlanıb.   Qeyd edək ki, universitet-sənaye işbirliyinin qurulmasını təşfiq edən UniClad layihəsi çərçivəsində AzTU-da İnnovativ Texnologiyalar Mərkəzi yaradılıb. Gələcəkdə bu mərkəzin informasiya texnologiyaları və sənaye əhəmiyyətli həllər üçün klasterə çevrilməsi nəzərdə tutulub. Mərkəzin işi çərçivəsində pilot olaraq hazırlanan “Yem kalkulyatoru” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi və Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə hazırlanıb.   Layihənin proqram təminatını AzTU-nun Mühəndis riyaziyyatı və suni intelekt kafedrasının baş müəllimi Natiq Qurbanov hazırlayıb. Texniki dəstəyin göstərilməsini AzTU-nun doktorantı Elnur Sadıqov, mobil tətbiqə məlumatların daxil edilməsini isə  AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri həyata keçirib.  Milli "Erasmus +" ofisinin direktoru Pərviz Bağırov da  “Yem Kalkulyatoru” mobil tətbiqinin stendi ilə tanış olub, pilot layihənin funksionallığı ilə yaxından maraqlanıb. Qeyd edək ki, “Caspian Agro 2022”sərgisi mayın 20-də başa çatacaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində həyata keçirilən UniClad layihəsi üzrə hazırlanılan “Yem kalkulyatoru” mobil tətb ..

2022-05-19
Education

“Pəncərə” proqramı çərçivəsində ilk görüş AzTU-da keçirilib

“Pəncərə” - tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi, təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək proqramı çərçivəsində ilk görüş Azərbaycan Texniki Universitetində (AzTU) keçirilib. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən görüşdə AzTU tələbələri iştirak edib. ATGTİ-nin proqram meneceri Nigar Hüseynova tədbiri açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra görüş AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulovun çıxışı ilə davam edib.  “Pəncərə” proqramının əhəmiyyətindən danışan Kamran Rəsulov bunun tələbələrin təklif və iradlarının operativ cavablandırılması baxımından faydalı olduğunu qeyd edib. “Pəncərə” proqramının rəhbəri Fidan Həsənova proqramın missiyası, hədəfləri və fəaliyyət istiqamətləri haqqında danışıb.  Daha sonra AzTU-nun prorektoru Kamran Rəsulov, ATGTİ-nin sədri Pərviz Mirələmli və AzTU TGT-nin sədri Eyvaz Məhəmmədlinin iştirakı ilə sual-cavab sessiyası keçirilib. Sessiya zamanı tələbələr onları maraqlandıran suallara cavab tapıb, TGT-nin fəaliyyətinin genişləndirilməsi və daha effektiv işlərin həyata keçirilməsiistiqamətində öz təkliflərini səsləndiriblər.

“Pəncərə” - tələbə məsələlərinin araşdırılması, müraciətlərin dinlənilməsi, təklif və iradların aidiyyətı üzrə yönləndirilməsinə dəstək proqram ..

2022-05-18