Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Texniki Universitetində (AzTU) “Huawei” şirkətinin Bakı ofisinin nümayəndələri Kang Jia və Eldəniz Əliyevlə görüş keçirilib.  Görüşdə AzTU rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov qonaqlara universitet haqqında məlumat verib. Həmçinin AzTU-nun “Huawei”lə əməkdaşlıq əlaqələrinin inkişaf etdiriliməsində maraqlı olduğu bildirilib. “Huawei”in nümayəndələri tələbələr üçün nəzərdə tutulan “Seeds for the Future” layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində “Huawei” ekpertlərinin Azərbaycandan olan 30 tələbəyə İT sahəsi üzrə təlimlər verməsi nəzərdə tutulur. Daha sonra AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub, şirkətin təhsillə bağlı digər layihələri istiqamətində fikir mübadiləsi aparılıb.  

Azərbaycan Texniki Universitetində (AzTU) “Huawei” şirkətinin Bakı ofisinin nümayəndələri Kang Jia və Eldəniz Əliyevlə görüş keçirilib.  Görüşdə AzTU rektorunun beynəlxa ..

2022-06-09
AzTU

AzTU-nun rektoru universitetin İdman klubunun müəllimləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin İdman klubunun müəllimləri ilə görüş keçirib.Rektor ölkədə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən danışıb. Bildirib ki, AzTU-nun İdman klubunda da tələbələrin mütəmadi idanla məşğul olmalarına şəraitin yaradılması, onların respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir. Rektor AzTU tələbələri arasında dünya və Avropa çempionlarının olmasının qürurverici olduğunu bildirib.Görüşdə İdman klubunda görülən işlər və mövcud problemlər barədə məlumat verilib. Həmçinin İdman klubunun perspektiv inkişafı ilə bağlı müəllimlərin təklifləri dinlənilib. Rektor qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini diqqətə çatdırıb.   

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin İdman klubunun müəllimləri ilə görüş keçirib.Rektor ölkədə bədən tərbiyəsi və idmanın inkişafı i ..

2022-06-09
AzTU

AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda "AzTU-da İT ixtisaslarının proqramlarına verilən tələblər, əmək bazarının tələb etdiyi bilik-bacarıqlar, ixtisas məzmunu (kontenti)” mövzusunda müzakirələr aparılıb. Şura üzvləri bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin zəruriliyini qeyd ediblər. Həmçinin universitet-sənaye işbirliyinin dayanıqlı inkişafını təmin etmək məqsədilə İT ixtisaslarının proqramlarına müasir çağırışlara uyğun dəyişiklik edilməsinin vacibliyi bildirilib. Şura üzvləri beynəlxalq sertifikatlar alan tələbələrə müvafiq istiqamət üzrə güzəştlərin tətbiqi və digər məsələlərlə bağlı təkliflər səsləndiriblər. AzTU-nun rektoru Vilayət Vəliyev irəli sürülən təkliflərin universitetlərdə rəqəmsal transformasiyanın sürətlənməsinə və İT sahəsində kadr hazırlığının inkişafına töhfə verəcəyinə əminliyini bildirib.   

Azərbaycan Texniki Universitetinin (AzTU) rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda "AzTU-da İT ixtisaslarının proqramlarına verilən təl ..

2022-06-09
AzTU

AzTU-nun “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkdaşları və tələbə-müəllim heyəti iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”in Azərbaycanda keçirilməsinin önəmindən danışıb. Rektor festivalın başlamasından bir gün öncə Türkiyənin “Baykar” şirkətinin texnoloji lideri, TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri, “Qarabağ” ordenli Selçuk Bayraktarın AzTU-nun qonağı olmasını və ona universitetin fəxri doktoru adının verilməsini xüsusi qeyd edib. Bildirib ki, müdafiə sənayesi üzrə dünyanın ən tanınmış mütəxəssislərindən olan Selçuk Bayraktarın AzTU-nun fəxri qonağı olması, tələbələrlə görüşü həm universitet, həm də ölkə üçün mühüm hadisə idi. Bu görüş, həmçinin universitetin gördüyü işlər və həyata keçirdiyi layihələrlə bağlı məsuliyyətini daha da artırıb. “TEKNOFEST Azərbaycan”da  iştirak edən AzTU komandalarının uğurlarını qeyd edən rektor, növbəti “TEKNOFEST” festivallarında universitetin komandalarının daha böyük nailiyyətlər qazanacağına ümidvar olduğunu bildirib. Vilayət Vəliyev “TEKNOFEST Azərbaycan”da “Sosialyönümlü texnologiyalar” müsabiqəsinin B kateqoriyasında ikinci yerə layiq görülən AzTU-nun "TwoDice Sabah", “Robotexnika” müsabiqəsinin B kateqoriyasında üçüncü yeri tutan "Hi-Tech", həmçinin “Robotexnika” müsabiqəsinin A kateqoriyasında ikinci olan AzTU-nun mentorluq etdiyi şəhid ailələrinin övladlarından ibarət “Zəfər” komandasını təbrik edib. Sonra AzTU-nun rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev “TEKNOFEST Azərbaycan”la bağlı universitetin gördüyü işlər, komandaların festivala hazırlıq prosesi və digər məsələlər haqqında geniş təqdimatla çıxış edib. Tədbirin sonunda AzTU-nun “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandalarına sertifikat təqdim olunub.            

Azərbaycan Texniki Universitetinin (AzTU) “TEKNOFEST Azərbaycan”da iştirak etmiş komandaları ilə görüş keçirilib. Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, universitetin əməkda ..

2022-06-08
AzTU

Türkiyənin Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında imzalanan üçtərəfli əməkdaşlıq protokolu çərçivəsində Qazi Universitetinə ezam olunan AzTU-nun magistr, doktorant və əməkdaşlarından ibarət heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib. Görüşdə Qazi Universitetinin rektoru Musa Yıldız, universitetin professor və müəllimləri, həmçinin MDU-nun heyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə çıxış edən Qazi Universitetinin rektoru Musa Yıldız iştirakçılara uğurlar arzu edib, Azərbaycan universitetləri ilə əməkdaşlıqların bundan sonra da davam edəcəyini bildirib. Qeyd edək ki, 2 ay müddətində təcrübə keçmək imkanı verən AzTU-nun “Tədqiqat-Təcrübə Proqramı” çərçivəsində 1 mart 2022-ci il tarixində 18 nəfərlik 1-ci qrup, 5 may 2022-ci il tarixində isə 14 nəfərlik 2-ci qrup Türkiyənin tanınmış universitetlərinə ezam olunub.  

Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında imzalanan üçtərəfli əməkdaşlıq protokolu çərçivəsində Qazi ..

2022-06-07
AzTU

AzTU-da DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüşün məqsədi DİM tərəfindən 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin İKT istiqamətli ixtisaslarına keçiriləcək qəbul imtahanı üçün proqramın, imtahan modelinin, həmçinin abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanan vəsaitin və s. məsələlərin müzakirəsi olub. AzTU-nun rektoru, professor Vilayət Vəliyev görüşün məqsədi, eləcə də informasiya texnologiyaları, süni intellekt, rəqəmsal bacarıqlar sahəsində universitetdə görülən işlər haqqında məlumat verib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz görüşün qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində hər iki tərəf üçün faydalı olacağını bildirib. Görüşdə çıxış edən DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva informatika fənni üzrə qəbul proqramı və imtahan modelinin ötən ildən hazırlanaraq, dim.gov.az saytında yerləşdirildiyini qeyd edib. A.Batıyeva qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzuların daxil edildiyini bildirib, eyni zamanda imtahan modeli haqqında danışıb. O, həmçinin imtahana hazırlıq çərçivəsində DİM-in internet saytında informatika fənni üzrə Mərkəzlə əməkdaşlıq etmək istəyənlərin elektron qeydiyyat sistemi və qəbul imtahanında istifadəsi nəzərdə tutulan qiymətləndirmə vasitələrinin tərtibi, ekspertizası və yoxlanılması (marker) ilə bağlı hazırlıq kursunun elektron qeydiyyat sistemi haqqında iştirakçılara məlumat verib. İclasda abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin nüsxəsi iştirakçıların nəzərinə çatdırılıb. Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev də çıxış edərək informatika fənni üzrə test bankın formalaşması haqqında məlumat verib, iclasın bu sahədə görüləcək işlərdə əhəmiyyətini qeyd edib.     

Azərbaycan Texniki Universitetində (AzTU) Dövlət İmtahan Mərkəzinin (DİM) informatika fənni üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüşün məqsədi DİM tərəfində ..

2022-06-07
AzTU

AzTU-nun 7 tələbəsi "IPMA"nın beynəlxalq sertifikatını alıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Layihələrin İdarəedilməsi Assosiasiyasının (AzPMA) əməşkdaşlığı çərçivəsində təşkil edilən “Layihələrin idarə olunması” mövzusında təlimlərin yekun tədbiri keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, təlimdə iştirak edən tələbələr, müəllimlər və əməkdaşlar iştirak edib. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev belə təlimlərin əhəmiyyətindən danışıb. Rektor universitetdə layihələrin idarə olunması ilə bağlı görülən mühüm işləri və mövcud problemləri də diqqətə çatdırıb. Vilayət Vəliyev bu istiqamətdə layihə əsaslı yanaşmanı genişləndirmək, həmçinin mütəmadi təlimlərin təşkil olunmasını da məqsədəuyğun hesab edib. Qeyd edək ki, təlimlər 3 istiqamətdə ("Ali təhsil müəssisələrində layihələrin idarəedilməsini sistemləşdirmək və effektivliyi artırmaq", "Ali təhsil müəssisələrinin tələbələrinin layihə menecmentinə maraqlarını stimullaşdırmaq və onları beynəlxalq bilik və təcrübə mübadiləsi sisteminə inteqrasiya etmək”, "Ali təhsil müəssisələrində layihə menecmenti kursunun müasir tələblərə uyğun olaraq keyfiyyətini artırmaq") təşkil edilib. Məqsəd layihələrlə iş bacarıqalarının keyfiyyətinin yüksəldilməsində universitetlərə dəstək göstərməkdir. BP-nin maliyyə dəstəyi və AzPMA-nın təşkilatçılığı ilə təşkil edilən təlimlərin sonunda AzTU-nun müxtəlif fakültələrində təhsil alan 7 tələbə "IPMA Level D" beynəlxalq sertifikatını alıb. Onlar Nəqliyyat və logistika fakültəsinin II və III kurs tələbləri Erkin Səmədli və Nihad Abdullazadə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II və III kurs tələbələri Ülviyyə İsmayılova və Röyal Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Samirə Paşayeva, Maşınqayırma və robototexnika fakültəsinin II kurs tələbəsi Ülkər Cabbarlı və “SABAH” qrupunun III kurs tələbəsi Səbinə Hacıyevadır. Bundan başqa, təlimlərdə iştirak edən AzTU-nun müəllim və əməkdaşlarına da sertifikat təqdim olunub. 

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Layihələrin İdarəedilməsi Assosiasiyasının (AzPMA) əməşkdaşlığı çərçivəsində təşkil edilən “Layihələrin idarə olun ..

2022-06-06
Archieve

AzTU-nun əməkdaşları LMQS layihəsi çərçivəsində keçirilən növbəti təlimlərdə iştirak edib

Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistr hazırlığı” (LMQS) layihəsi üzrə növbəti təlimlər keçirilib. AzTU-nun Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayevanın  iştirak etdiyi təlimlər 23-27 may 2022-ci il tarixlərində Yunanıstanın Afina şəhərində layihənin koordinatoru olan Qərbi Attika Universitetində təşkil olunub. Təlimlərdə Qərbi Attika Universitetinin professorları “Səhiyyədə keyfiyyətin və risklərin idarə olunması” ixtisaslaşması üzrə yeni magistr proqramının ixtisas fənlərinin məzmunu haqqında məlumat verib, səhiyyədə idarəetmə sahəsində müasir çağırışlara cavab verən tədrisin təşkili üzrə müzakirələr aparılıb. Təlim və müzakirələrdə AzTU ilə yanaşı, layihənin yerli tərəfdaşlarından Naxçıvan Dövlət Universitetinin və Qazaxıstan universitetlərinin nümayəndələri də iştirak edib.

Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəfdaşı olduğu Erasmus+ KA2 proqramı çərçivəsində yerinə yetirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə stratej ..

2022-06-05
AzTU

AzTU-nun şəhid məzunlarının doğum günüdür

  4 iyun Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları Rauf Əliyev və Raul Piriyevin doğum günüdür. Rauf Əliyev AzTU-nun İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını bitirib. O, 22 oktyabrda Hadrut döyüşləri (Ərgünəş kəndi) zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə Rauf Əliyev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", " Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Raul Piriyev AzTU-nun Dəmir yol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisasını bitirib. O, 13 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə Raul Piriyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətə görə” medalları ilə təltif olunub.  Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

  4 iyun Azərbaycan Texniki Universitetinin (AzTU) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları Rauf Əliyev və Raul Piriyevin doğum günüdür. Rauf Əliyev AzTU-nun İnfo ..

2022-06-04
AzTU

AzTU əməkdaşlarının XI sinif şagirdləri ilə görüşləri davam edir

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq məqsədilə görüşləri davam edir. Belə ki, AzTU əməkdaşları Quba, Qusar rayonları, Bakının Səbail rayonunun 163, Qaradağ rayonunun 110 saylı tam orta məktəblərində təhsil alan XI sinif şagirdləri ilə əyani, Göyçay, Şabran, Qobustan, Siyəzən, Ağsu, Oğuz, Kürdəmir və Xızı rayonları məktəbliləri ilə onlayn formada görüş keçiriblər. Görüşlərdə şagirdlər, onların valideynləri və müəllimlərlə yanaşı regional təhsil idarələrinin və məktəblərin rəhbərlikləri iştirak edib. Görüşlərdə əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra AzTU əməkdaşları universitetdə görülən işlər və yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb. Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər. Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb. Qeyd edək ki, AzTU əməkdaşlarının XI sinif şagirdləri ilə görüşləri mütəmadi olaraq davam etdiriləcək.           

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə yaxından tanışlıq ..

2022-06-03