Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU tələbələri Almaniyada təcrübə keçiblər

AzTU tələbələri Almaniyada təcrübə keçiblər

01.08.2023     1133     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Brandenburq Texniki Universiteti Cottbus-Senftenberg (BTU Cottbus-Senftenberg) arasında əməkdaşlıq uğurla davam etdirilir.

Əməkdaşlıq çərçivəsində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Bir qrup xarici tələbənin Almaniyada tədris təcrübəsi 2023” proqramı üzrə qazanılmış təqaüd əsasında AzTU-nun bir qrup tələbəsi Alman mühəndislik fakültəsinin dekanı, dos. Ərəstun Məmmədovun rəhbərliyi ilə BTU-da, həmçinin bir sıra tədris və istehsalat müəssisələrində təcrübə keçib.    

“Ekoloji təmiz məmulun layihələndirilməsi / Umweltfreundliches Produktdesign“ mövzusuna həsr edilən təcrübə müddətində AzTU tələbələri mövzuya uyğun 4 ayrı qruplarda təcrübələrə cəlb olunub.

Əvvəlcə tələbələrə mövzuya uyğun fərdi tapşırıqlar verilib. Praktiki məşğələlər BTU-nun Metalkəsən dəzgahlar kafedrasının müasir standartlar səviyyəsində təchiz edilmiş tədris və elmi-tədqiqat laboratoriyalarında keçirilib. Hər bir qrup üzrə nəticələr geniş müzakirə edildikdən sonra təcrübənin ümümi nəticəsi haqqında DAAD üçün geniş hesabat hazırlanıb.

Daha sonra tələbələrin "neseef" beynəlxalq şəbəkəsi üzrə AzTU və BTU-nun tərəfdaş universiteti olan Polşanın Zielona Gora Universitetinə səfəri zamanı bu universitetin müasir avadanlıqlarla təchiz edilmiş tədris və elmi-tədqiqat laboratoriyalarına da baxış keçirilib. 

Təcrübə dərsləri çərçivəsində BTU-nun prezidenti professor Gesine Grande AzTU tələbələri ilə görüşüb, onların təəssüratları ilə maraqlanıb. Gesine Grandenin AzTU tələbələri ilə görüşü haqqında BTU-nun rəsmi feysbuk və instaqram səhifələrində də ətraflı məlumatlar verilib.

Təcrübənin sonunda tələbələrə sertifikat təqdim edilib.

Tələbələr Almaniyaya səfər çərçivəsində həftə sonlarında və təcrübədən kənar vaxtlarda bir sıra mədəni-kütləvi tədbirlərdə də iştirak ediblər. Belə ki, tələbələr Berlin şəhərində Reyxstaq və Brandenburg Qapısı, Drezden şəhərində Drezden Qalereyası (Dresdner Zwinger) və Semper Operası, Potsdam şəhərində tarixi Sanssouci Sarayı və s. kimi yerlərlə yaxından tanış olub, onlara Almaniyanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumat verilib.


Related news