Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News AzTU-nun Elmi şurasının 2022/2023-cü tədris ili üzrə sonuncu iclası keçirilib

AzTU-nun Elmi şurasının 2022/2023-cü tədris ili üzrə sonuncu iclası keçirilib

12.07.2023     638     AzTU

AzTU-nun Elmi şurasının 2022/2023-cü tədris ili üzrə sonuncu iclası keçirilib. Əvvəlcə 2022/2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələri təhlil olunub.

İclasda universitetin təcrübəli və uzunmüddətli elmi-pedaqoji fəaliyyətlə məşğul olan professor-müəllim heyətinin əməyindən səmərəli istifadə olunması ilə bağlı məsələyə baxılıb. Bildirilib ki, qocaman müəllimlər öz vəzifələrindən ayrılsalar da gənc müəllimlər hər zaman onların biliklərindən faydalanmalıdırlar. Bu mənada qocaman müəllimlərin universitetlə əlaqələri daim təmin edilməli, layihələrin həyata keçirilməsində onların məsləhətlərindən istifadə olunmalıdır. Müzakirələrdən sonra qərar şura üzvləri tərəfindən qəbul edilib.  

Daha sonra yeni tədris ilində görüləcək işlər və həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb.


Related news