Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib

Aprelin 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında “TamGənc” Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib. AzTU və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası arasında keçirilən final qarşılaşmasını elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının Rəyasət Heyətinin üzvü Elnur Əliyev, Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədr müavini Taleh Tahirli, AzTU rəhbərliyi və komandaların azarkeşləri izləyiblər. Gərgin mübarizə şəraitində keçən oyunda AzTU komandası 2-ci yerə layiq görülüb. Qeyd edək ki, ABB sponsorluğu ilə keçirilən oyunlarda AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edib. Final oyunu “CBC sport” televiziyasında, eləcə də “AzTU TV” yutub kanalında canlı yayımlanıb.  

Aprelin 23-də Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında “TamGənc” Basketbol üzrə Tələbə Liqasının final oyunu keçirilib. AzTU və Azərbaycan Dövlət Bədən Tərbiy ..

2023-04-24
AzTU

AzTU basketbol komandası finala yüksəldi - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tam Gənc Basketbol Liqasının yarımfinal mərhələsi başa çatıb.  Yarımfinalda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 114:60 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, AzTU komandası finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin qarşılaşmasını “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz. 

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tam Gənc Basketbol Liqasının yarımfinal ..

2023-04-19
AzTU

AzTU tələbələri üçün növbəti ustad dərsi keçirilib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Murad Balayev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri üçün “İnformasiya ekosistemində kibertəhlükəsizlik” mövzusunda ustad dərsi keçirilib. Əvvəlcə tələbələrə mövzu haqqında ətraflı məlumat verilib, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik anlayışları izah olunub. Dərs zamanı sosial mühəndisliyin növləri və hücum vektorları, sosial mediadan təhlükəsiz istifadə, fişinq hücumları və alətləri, faylların təhlükəsizliyi, casus proqramları, zərərverici proqramların yoluxma üsulları və onlarla mübarizə metodları haqqında ətraflı məlumat verilib. Həmçinin əsas və əlavə təhlükəsizlik tədbirləri, cert.gov.az saytından bir sıra təhlükəsizlik alətləri və xidmətləri də tələbələrin diqqətinə çatdırılıb. Ustad dərsi çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb.   Sonda tələbələr arasında təlim mövzusu üzrə bilik yarışı keçirilib və qaliblər mükafatlandırılıb. Xatırladaq ki, ustad dərsi XRİTDX ilə AzTU arasında 5 noyabr 2022-ci ildə imzalanmış memoranduma əsasən keçirilib. 

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşı Murad Balayev tərəfindən Azərbaycan Texniki Universitetinin (AzTU) tələb ..

2023-04-19
AzTU

AzTU-da ABB Tech Akademiyasının yeni proqramlarının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) ABB Tech Akademiyasının informasiya texnologiyaları sahəsi üzrə yeni proqramlarının təqdimatı keçirilib. Görüşdə ABB İnnovasiya Mərkəzinin daxili və xarici əlaqələr üzrə mütəxəssisi Azad Əliyev, tələbə və rezidentlərlə iş üzrə mütəxəssisi Aytac Rəcəbli ABB Tech Akademiyasında tədris prosesi, yeni proqramlara qəbul qaydaları və şərtlər barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, Akademiyada tədris beynəlxalq təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Tədris prosesi fərdi və qrup şəklində praktiki fəaliyyətləri əhatə edir. Proqrama yüksək göstəricilərlə qəbul olunan tələbələr ABB və "Technest" təqaüd proqramı çərçivəsində ödənişsiz təhsil imkanı əldə edəcəklər. Qeyd edək ki, ABB Tech Akademiyasının yeni proqramlarına “linux” idarəetmə sistemi, “full stack” tərtibatçılıq, QA avtomatlaşdırma və İT biznes analitika daxildir.  

Azərbaycan Texniki Universitetində (AzTU) ABB Tech Akademiyasının informasiya texnologiyaları sahəsi üzrə yeni proqramlarının təqdimatı keçirilib. Görüşdə ABB İnnovasiya Mərkəzini ..

2023-04-18
AzTU

AzTU-da “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Sumqayıt Texnologiyalar Parkının (STP) “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib.    Təqdimat mərasimində STP-nin İnsan resursları departamentinin aparıcı mütəxəssisi Tural Şahbazov, “Sabahın Gücü” layihəsinin meneceri Türkan Məmmədova və layihənin koordinatoru Günel Musayeva iştirak edib. Əvvəlcə STP Şirkətlər Qrupunun hədəfləri, həyata keçiriləcək yeni layihələri barədə tələbələrə ətraflı məlumat verilib. Daha sonra  “Sabahın Gücü” İnkişaf Proqramı haqqında geniş təqdimat olub. Qeyd olunub ki, “Sabahın Gücü” 6-12 aylıq müddəti əhatə edən ödənişli təcrübə proqramıdır. Proqramın məqsədi inkişafa meyilli, potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaq, mühəndisliyin müxtəlif istiqamətləri üzrə insan kapitalına olan ehtiyacın ödənilməsinə töhfə verməkdir. Tədbir çərçivəsində tələbələr arasında ümumi dünya görüşünə aid test keçirilib və yüksək nəticə göstərənlər mükafatlandırılıb. Təqdimatdan sonra inkişaf proqramı ilə maraqlanan tələbələr CV-lərini təqdim edib və onlarla müsahibə aparılıb.  

Azərbaycan Texniki Universitetində (AzTU) Sumqayıt Texnologiyalar Parkının (STP) “Sabahın Gücü” İnkişaf Proqramının təqdimatı keçirilib. Təqdimat mərasimində STP-nin İnsan r ..

2023-04-18
AzTU

AzTU-da DAAD-nin təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib. Tədbirdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov, elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov AzTU ilə DAAD-nin uzunmüddətli  əməkdaşlığından, təqaüd proqramlarının mühəndislik ixtisasları üzrə yaratdığı imkanlardan danışıblar. Daha sonra DAAD-nin AzTU-da alman dilini tədris edən müəllimi Klaudio Kasperl Almaniyada təhsil, DAAD-nin fəaliyyəti, magistratura və doktrantura səviyyələri üzrə təqaüd proqramları haqqında tələbələrə ətraflı məlumat verib. Sonda tələbələrin sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetində (AzTU) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında məlumatlandırma sessiyası keçirilib. Tədbirdə AzTU-nun beynəlxalq əlaq ..

2023-04-18
AzTU

AzTU komandası Basketbol üzrə Tələbə Liqasını qalibiyyətlə başa vurdu - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının sonuncu - 21-ci turunda AzTU komandası Bakı Dövlət Universitetinin (BDU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 73:22 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edib. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının sonuncu - 21-ci turun ..

2023-04-17
AzTU

AzTU əməkdaşı ABŞ-də beynəlxalq konfransda iştirak edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı İltifat İbrahimov ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərində keçirilən “Ellucian Live 2023” beynəlxalq konfransında iştirak edib. Konfrans çərçivəsində “Ellucian Experience” sistemindən istifadə edən universitet əməkdaşları ilə təcrübə mübadiləsi aparılıb, sistemin gələcək inkişafı haqqında məlumatlar əldə edilib. Səfər zamanı AzTU əməkdaşı Vaşinqton şəhərində yerləşən Amerika Universitetinin kitabxanasını ziyarət edib, kitabxananın rəhbəri və İKT departamentinin direktoru ilə görüşüb. Görüş zamanı Amerika Universitetinin kitabxanasında istifadə edilən menecment sistemi, rəqəmsallaşdırma texnologiyaları və standartları, rəqəmsal repozitariya sisteminin tətbiqi və informasiya resurslarının universitetin digər sistemlərinə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin əməkdaşı İltifat İbrahimov ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərində keçirilən “Ellucian Live 202 ..

2023-04-17
AzTU

UniClaD layihəsi çərçivəsində Litvanın klaster təcrübəsi öyrənilir

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Litvada səfərdə olub. “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi  çərçivəsində reallaşan səfər layihənin koordinatoru Kaunas Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil edilib. Səfərdə AzTU-nu Kibertəhlükəsizlik kafedrasının dosenti Milana Orucova, Kompüter texnologiyları kafedrasının baş müəllimi Natiq Qurbanov, Mexatronika və maşın dizaynı kafedrasının baş müəllimi Anar Hacıyev və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva təmsil edib. Səfərdə həmçinin AzTU-nun layihə çərçivəsində əməkdaşlıq etdiyi Aqrar İnnovasiya Mərkəzinin Texnoloji transfer və innovasiya şöbəsinin müdiri Nərmin Kərimli də iştirak edib. İştirakçılar səfər çərçivəsində Litvanın klaster təcrübəsi, onların fəaliyyəti, idarəetmə strukturları, maliyyələşmə mexanizmləri, yerli təsərrüfatçılarla əməkdaşlıq istiqamətləri və kommunikasiya üsullarının müzakirəsində iştirak ediblər. Daha sonra Litvanın Kənd Təsərrüfatı və Meşəçilik Tədqiqat Mərkəzi, eləcə də ekoloji məhsullar istehsal olunan emal fabriki, Litvada aqrar sahədə ən iri təsərrüfat hesab olunan “AQRO Konsern Qrup”da görülən işlərlə tanışlıq olub. Litva klaster şəbəkəsinin rəhbəri Kristina Sermuksnyte-Alesiuniene və Litva “AgriFood” Rəqəmsal İnnovasiya Habının üzvü olan “Xplicity” şirkətinin satış və marketinq meneceri Alina Laukiene ilə görüş zamanı nümayəndə heyətinə geniş təqdimatla müvafiq məlumatlar verilib. İştirakçılar Vytautas Magnus Universitetinin Kənd Təsərrüfatı Akademiyası və Kaunas Tətbiqi Elmlər Universitetində tədrisin keyfiyyəti, infrastruktur və digər layihələrlə yaxından tanış olublar.

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Litvada səfərdə olub. “Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməs ..

2023-04-13
AzTU

Basketbol üzrə Tələbə Liqasının 20-ci turu keçirilib - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 20-ci turunda AzTU komandası Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası ilə qarşılaşıb. Oyun 107:48 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb. Xatırladaq ki, liqanın oyunlarında AzTU, UNEC, ADBTİA, ADAU, ADNSU, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.  

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-04-13