Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib - VİDEO

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi və kollektivi Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra AzTU-da anım tədbiri keçirilib. Əvvəlcə AzTU-nun foyesində 20 Yanvar faciəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. AzTU-nun rektoru Vilayət Vəliyev 33 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən faciədən danışıb. Bildirib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən Vətən övladları fədakarlıqları və qəhrəmanlıqları ilə tarix yazıblar. Həmin gün xalqımız öz milli ləyaqət hissi ilə sovet imperiyasının top-tüfənginə qalib gəlib. 20 Yanvar Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də hər birimiz üçün qürur, şərəf tarixidir. Daha sonra çıxış edən Azad Vətən Partiyasının sədri Akif Nağı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının əliyalın əhaliyə qarşı törətdiyi faciə ilə bağlı tarixi faktları dilə gətirib. Bildirib ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ulu öndər Heydər Əliyevin sayəsində həllini tapıb. Akif Nağı qeyd edib ki, gənclər xalqımızın qəhrəmanlıq tarixlərini dərindən öyrənməli və gələcək nəsillərə çatdırmalıdırlar. Tədbir tələbələrin ifasında 20 Yanvar faciəsinə həsr olunan kompozisiya ilə davam edib.   Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Qanlı 20 Yanvar faciəsindən 33 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi v ..

2023-01-19
AzTU

AzTU-da 20 Yanvar faciəsinə həsr olunan xüsusi dərs

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrasının müəllimləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunan xüsusi dərs təşkil olunub. Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev tələbələrə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilən faciə haqqında məlumat verib. O, sovet imperiyasının əliyalın əhaliyə qarşı törətdiyi qanlı qırğın zamanı Vətən övladlarının göstərdiyi qəhrəmanlıqlardan danışıb. Bildirib ki, hər il faciə qurbanlarının anım günündə Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhidlər xiyabanı hər bir azərbaycanlının and yerinə çevrilib. Xalqımız torpaqlarımız uğrunda azadlıq mübarizəsi aparan Vətən övladlarını heç zaman unutmur və unutmayacaq. Daha sonra çıxış edən kafedranın professorları Qabil Hüseynli və  Əyyub Kərimov də 33 il əvvəl baş verənləri qanlı yanvar gecəsinin şahidləri kimi tələbələrin diqqətinə çatdırıblar. Bildirilib ki, 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə verilib. Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 150 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!  

Azərbaycan Texniki Universitetinin (AzTU) Humanitar fənlər kafedrasının müəllimləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunan xüsusi dərs təşkil olunub. Humanitar fənlər kafedras ..

2023-01-19
AzTU

AzTU-nun məzunu, şəhid Bəhruz Hüseynovun doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bəhruz Hüseynov 1994-cü il yanvarın 17-də Salyan rayonunun 1-ci Varlı kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra AzTU-ya qəbul olunub. 2015-ci ildə universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Bəhruz Hüseynov 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində tankçı kimi Füzuli, Cəbrayıl və Hadrut istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıqlar nümayiş etdirib. Oktyabrın 19-da Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Bəhruz Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!  

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Bəhruz Hüseynov 1994-cü il yanvarın 17-də Salyan rayonunun 1-ci Varlı kəndində a ..

2023-01-17
AzTU

AzTU-nun əməkdaşı vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşı Məhərrəm Mehbalıyev vəfat edib. Məhərrəm Mehbalıyev 1952-ci ildə Bakıda anadan olub. O, 2016-cı ildən AzTU-nun Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasında tədris ustası vəzifəsində çalışıb.  AzTU-nun rəhbərliyi və kollektivi Məhərrəm Mehbalıyevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!  

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşı Məhərrəm Mehbalıyev vəfat edib. Məhərrəm Mehbalıyev 1952-ci ildə Bakıda anadan olub. O, 2016-cı ildən AzTU-nun Xüsusi texnologiya ..

2023-01-17
AzTU

ECAR layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib

Erasmus+ proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Onlayn keçirilən iclasda komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları müzakirə olunub. Daha sonra tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.   İclasda idarə heyətinin sədri vəzifəsinin tutulması üçün 5 nəfərin namizədliyi irəli sürülüb. 60,0% səs çoxluğu ilə Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dos. Elçin Süleymanov  idarə heyətinin sədri seçilib. Daha sonra sədr müavini vəzifəsinin tutulması üçün səsververmə keçirilib. Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor, əməkdar müəllim Sübhan Namazov və Lənkəran Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dos.Elvin Əliyev sədrin müavinləri seçiliblər. Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində Beynəmiləlləşmə, Tədris işləri və keyfiyyət təminatı, Elmi işlər, Strateji inkişaf və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

Erasmus+ proqramının “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Onlayn keçirilən iclasda ..

2023-01-17
AzTU

AzTU basketbol komandasının qalibiyyəti davam edir - VİDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. Liqanın 5-ci turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 84:51 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-01-12
AzTU

AzTU-nun tələbəsi, şəhid Ziyadxan Əliyevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2014-cü ildə AzTU-ya qəbul olunub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Ziyadxan Əliyev 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüş meydanında yaralı hərbçiləri təxliyə edən zaman şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ziyadxan Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!    

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində ..

2023-01-12
AzTU

AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) sədr müavini Mirzə Cəfərzadə bildirib ki, AzTU HİK-in sədri İlham Aslanzadə öz istəyi ilə vəzifəsindən ayrıldığı üçün iclasda yeni sədrin seçilməsi məsələsinə baxılacaq. İclasda yeni sədr vəzifəsinə AzTU-nun Mexatronika və maşın dizaynı kafedrasının müəllimi Elvin Bəxtiyarlının namizədliyi irəli sürülüb. Qeyd olunub ki, Elvin Bəxtiyarlı uzun illər AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb və onun bu sahədə kifayət qədər təcrübəsi var. Komitə üzvlərinin yekdil rəyi ilə Elvin Bəxtiyarlı AzTU HİK-in yeni sədri seçilib. AzTU-nun rektoru Vilayət Vəliyev yeni sədrə uğurlar arzulayıb. Bildirib ki, universitetin Həmkarlar İttifaqı fəaliyyətini sistemli şəkildə qurmalıdır. Əməkdaşların hüquqlarının müdafiəsi, onların asudə vaxtlarının səmərəli təşkili, əməyin və sağlamlığın mühafizəsi sahəsində işlərin müasir standartlar səviyyəsində aparılması dövrün tələbidir. Bu mənada Həmkarlar İttifaqının məsuliyyəti böyükdür. Rektor uzun illər bu sahədə təcrübəsi olan Elvin Bəxtiyarlının təyinatının təqdirəlayiq addım olduğunu qeyd edib.  

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbədənkənar iclası keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komit ..

2023-01-11
AzTU

AzTU-nun rektoru qış imtahan sessiyasının gedişini izləyib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. Rektor tələbələrin imtahanla bağlı fikirlərini öyrənib, onların hazırlıq səviyyəsi ilə maraqlanıb və tələbələrə uğurlar arzulayıb. Qeyd edək ki, AzTU-da 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası fevralın 1-də yekunlaşacaq. İmtahanlar şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 3-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.  

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qış imtahan sessiyasının gedişini izləyib. Rektor tələbələrin imtahanla bağlı fikirlərini öyrənib, onların hazırl ..

2023-01-10
AzTU

AzTU professorunun həmmüəllifi olduğu kitab ABŞ-da nəşr olunub

Azərbaycan  Texniki Universitetinin (AzTU) professoru, neft kimyaçısı Mir-Yusif Mirbabayev və amerikalı geofizik, “Neft sənayesinin tarixi lüğəti”nin müəllifi Marius Vasiliunun həmmüəllifi olduqları “XIX əsrdə ABŞ və Azərbaycan nefti: iki titan” kitabı ABŞ-da ingilis dilində nəşr olunub.  Kitab müxtəlif qitələrdə neftin sənaye üsulu ilə istehsalının tarixindən bəhs edir. Nəşrdə dünyada ilk dəfə sənaye üsulu ilə neft quyusunun 1846-cı ildə məhz Azərbaycanda qazıldığı, bunun Pensilvaniyanın məşhur Drake quyusunun qazılmasından 13 il əvvəl baş verdiyi qeyd edilib. Kitabda həmçinin ABŞ-da və Azərbaycanda neft hasilatının tarixi xronoloji ardıcıllıqla əks olunub. Amerikalı mütəxəssislər tərəfindən müsbət rəylər alan kitabın gələcəkdə Azərbaycan və rus dillərində də nəşr olunması nəzərdə tutulub.  

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, neft kimyaçısı Mir-Yusif Mirbabayev və amerikalı geofizik, “Neft sənayesinin tarixi lüğəti”nin müəllifi Marius Vasiliunun həmmü ..

2023-01-06