“Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin “Code For Future” kurslarını bitirən Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən layihə meneceri Nəzrin Əliyeva tələbələri təbrik edib, layihənin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verib.
Daha sonra kursu bitirən tələbələr layihə haqqında öz fikirlərini bölüşüblər.
Tədbir çərçivəsində tələbələr üçün vorkşop keçirilib.