Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU ilə AzPMA arasında əməkdaşlıq genişləndirilir

AzTU ilə AzPMA arasında əməkdaşlıq genişləndirilir

07.07.2023     626     AzTU

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (AzPMA) arasında əməkdaşlıq inkişaf etdirilir. Əməkdaşlıq çərçivəsində təşkil edilən təlimlərdə AzTU tələbələri və əməkdaşları ICB®4 standartları üzrə beynəlxalq sertifikata layiq görülüblər. Belə ki, AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova ICB®4 standartları üzrə “Level B” sertifikatı alıb. Universitetin daha 5 əməkdaşı və 7 tələbəsi isə “Level D” sertifikatına layiq görülüb.

Qeyd edək ki, ICB®4 standartları layihələrin idarəedilməsi üzrə hazır dərslik və ya vəsait deyil. Bu standartlar layihələrin idarəedilməsi sahəsində bilik, təcrübə və fərdi mükəmməlliyə qapı açaraq bacarığın cilalanması, formalaşması üçün bələdçi rolunu oynayır.  

ICB®4 standartları Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası (IPMA) tərəfindən ratifikasiya edilmiş milli assosiasiyaların və onların sertifikatlaşdırma mərkəzlərinin bütün sertifikatlaşdırma proqramlarının əsasını təşkil edir.

Azərbaycanda 1999-cu ildən bu günə kimi 500-dən çox mütəxəssis ICB®4 standartları üzrə sertifikata yiyələnib.

Maraqlananlar beynəlxalq bazada identifikasiya barədə ətraflı məlumatı linkə daxil olaraq oxuya bilərlər.


Digər xəbərlər