Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Professor-müəllim heyəti və tədqiqatçılar üçün təqaüd proqramı elan edilir

Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB) tərəfindən 2022/2023-cü illər üzrə professor-müəllim heyəti və tədqiqatçılar üçün Türk Dili Təqaüd Proqramı (KATİP) elan edilir. Təqaüd proqramında iştirak etmək istəyən və aşağıda qeyd edilən meyarlara uyğun olan namizədlər 26.07.2022-ci il tarixinədək AzTU-nun Təqdiqat və inkişaf şöbəsinə müraciət edə bilərlər.Məlumat üçün əlaqə: Tel: (012) 599-11-55 (daxili nömrə: 5267)E-poçt: [email protected]əqaüd haqqında ətraflı məlumat və qaydalar

Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsi (YTB) tərəfindən 2022/2023-cü illər üzrə professor-müəllim heyəti və tədqiqatçılar üçün ..

2022-07-22
AzTU

AzTU-da MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu aparılır

Azərbaycan Texniki Universitetində (AzTU) MBA proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Azərbaycan və ingilis bölməsi üçün müvafiq sahədə təcrübəsi olan müəllimlərin qəbulu aşağıdakı fənlər istiqamətində aparılır: Payız semestri: · Liderlik və təşkilati davranış · Menecment iqtisadiyyatı · Strateji risk çərçivələri · Risk, korporativ maliyyə və qiymətləndirmə · Biznes və iqtisadiyyat üçün statistika · Risklərin idarə edilməsinin əsasları · Maliyyə uçotu (FA-F3) · Relyasiya verilənlər bazalarını idarəetmə sistemləri · Biznes analitikasına giriş · Müasir təchizat zəncirinin idarə edilməsi -1 · Təchizat zəncirinin idarə edilməsində informasiya texnologiyalarının imkanlarından istifadə · Kibertəhlükəsizliyə giriş · Təhlükəsizlikdə liderlik və riskin idarəedilməsi · Şəbəkə və kommunikasiya təhlükəsizliyi · İdentifikasiyanın idarə edilməsi və girişə nəzarət · Tənzimləyici və qiymətləndirmə riskləri, müəssisə riskləri və korporativ idarəetmə · Korparativ cətinliklər, müflisləsmə ve yenidənqurma · İdarəetmə uçotu (MA – F2) · Biznesin davamlılığı riskləri və sığorta · SƏTƏM-in əsasları · Biznes hüququ (BL-F4) · Biznesin transformasiya və layihənin idarə edilməsi · Yeni texnologiyalar üzrə performans göstəricilərinin tətbiq edilməsi · İnsan resurslarının idarə edilməsi · İnnovasiya risklərinin idarə edilməsi · Beynəlxalq biznes etikası və korporativ idarəetmə · Beynəlxalq marketinq · Marketinq xidmətləri · İnsan resurslarının idarə edilməsi · Sahibkarlıq fəaliyyətinin  təşkili · Layihələrin idarə edilməsi · Beynəlxalq biznes etikası və korporativ idarəetmə · İdxal və  ixracın idarə edilməsi · Qlobal mühitdə biznes · Tədqiqat metodları · Kriptovalyuta və kiber risklər · Python ilə data analitikası · Maliyyə analitikasi · Marketinq və satış analitikasi · Təchizat zəncirinin analitikası · Rəqəmsal marketinq · Korporativ  sosial məsuliyyət · Rəqəmsal dünyada bazar · Beynəlxalq biznes hüququ · Quru, dəniz və dəmir yolu nəqliyyatı · Aviasiya nəqliyyatı · Python vasitəsilə informasiya təhlükəsizliyinin avtomatlaşdırılması əsasları · Təhlükəsizlik informasiyası və hadisələrin idarə edilməsi (TİHM-SİEM) ilə taktiki təhlil · Qabaqcıl müdaxilə testi, "Exploit"-lərin yazılması və Etik xakerlik · Müdaxilə testerləri üçün sosial mühəndislik · İnformasiya təhlükəsizliyində müdaxilə arxitekturası və mühəndisliyi · Veb tətbiqlərinin təhlükəsizliyinin əsasları · Enerji menecmenti · Enerji iqtisadiyyatı · Səhiyyənin idarə olunması Yaz semestri: · Təşkilatın innovasiya strategiyası · Risklərin idarə edilməsi konsepsiyaları: Statistik modellər · Kredit riskləri · Əməliyyatlar riski · Keyfiyyətin idarə edilməsi · Texnologiya və əməliyyatlar menecmenti · Sənayedə risklərin təhlili · İdarəetmə uçotu (MA – F2) · Marketinq strategiyası · Sosial media marketinqi · Korporativ maliyyə · Data-nın vizuallaşdırılması · İdarəetmə elmi · Böyük verilənlərin təhlükəsizliyi və gizliliyi · Biznes proseslərin idarə olunması · Müasir təchizat zəncirinin idarəedilməsi -2 (inteqrasiya və  ittifaqlar) · Liman və terminalların idarə edilməsi · Yaşıl təchizat zəncirinin idarəedilməsi və tətbiq olunan texnologiyalar · Yaşıl iqtisadiyyat · İnsidentlərə reaksiya və ekspert araşdırması · Təhlükəszilik əməliyyatları və idarəetmə · Təhlükəsizliyin qiymətləndirilməsi və müdaxilə testi · Təhlükəsiz "DevOps" · İnsan resurslarının idarə edilməsi · Sahibkarlıq fəaliyyətinin təşkili · Strateji menecment · Etibarlılıq ve təhlükəsizliyin təhlili · İdarəetmənin informasiya sistemləri · Rəqamsal marketinq · Korporativ maliyyə · E-Kommersiya · Qlobal mühitdə biznes · Texnologiya və qlobal rəqabət · Beynəlxalq marketinq · Təqdiqat metodları · R ilə data analitikası· Risk analitikası · Quru, dəniz və dəmiryolu nəqliyyatı · Aviasiya nəqliyyatı · Layihələrin idarə edilməsi · Biznes və iqtisadiyyat üçün statistika · İnsan resurslarının idarəedilməsi · Bulud təhlükəsizliyi · Müdaxilə testerləri üçün sosial mühəndislik · Kibertəhlükəsizliyə və riskin idarə edilməsinə praktiki yanaşma · Bulud təhlükəsizliyi və DevOpsun avtomatlaşdırılması · Enerji auditinin təşkili · Personalın seçilməsi, işə qəbulu və işlə tanışlıq Tələblər: · iqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələrində ən azı magistr dərəcəsinin olması; · ən azı 1 illik pedaqoji təcrübənin olması; · axşam saatlarında (18:30-21:30 aralığı) tədris aparmaq imkanının olması; QEYD: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.  Maraqlanan şəxslər CV, diplomun surəti və iddia etdikləri fənn yaxud fənlər üzrə yuxarıda təqdim olunan  nümunəyə uyğun sillabus hazırlayıb [email protected] və [email protected] elektron ünvanlarına göndərə bilərlər. Namizədlər iddia etdikləri fənn yaxud fənlərin adları və onları hansı dildə tədris etmək istəkləri barədə məktubda məlumat verməlidir.   Müraciət üçün son tarix: 15 avqust 2022-ci il, saat 17:00.

Azərbaycan Texniki Universitetində (AzTU) MBA proqramı çərçivəsində 2022/2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə müəllimlərin işə qəbuluna başlanılıb. Azərbaycan ..

2022-07-20
AzTU

AzTU ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və  Almetyevsk Dövlət Neft İnstitutunun rektoru Aleksandr Dyakonov imzalayıb. Sənədə əsasən, hər iki ali məktəb birgə elmi-tədqiqat işlərinin aparılması, innovativ texnologiyaların tətbiqi, həmçinin birgə təhsil layihələrində iştirakla bağlı əməkdaşlıq edəcəklər.  

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və  Almet ..

2022-07-20
AzTU

AzTU-da yeni tədris mərkəzinin açılışı olub

Azərbaycan Texniki Universiteti (AzTU), Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşkilatçılığı ilə AzTU-da yeni tədris mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Təhsil Komitəsinin sədri, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin İnsan Resursları İdarəsinin rəisi Tural Məmmədov və digər şəxslər iştirak edib. Bildirilib ki, tədris mərkəzi AzTU ilə Fransanın “Alstom” şirkətinin birgə həyata keçirdiyi pilot layihədir. Burada dəmir yolu sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlanacaq. Mərkəzdə dəmir yolu sahəsi üzrə Fransa şirkətlərindən dəvət olunan mütəxəssislər tədris aparacaq. Burada tələbələrin dünyagörüşünün artırılması, dil biliklərinin təkmilləşdirilməsi, mühəndislikdə idarəetmənin əsasları və digər istiqamətlərdə biliklər veriləcək. Tədris mərkəzində təhsilini yüksək nailiyyətlərlə başa vuran tələbələr Fransa şirkətlərində, eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-də işlə təmin olunacaq. O da qeyd olunub ki, AzTU-nun dəmir yolu sahəsi üzrə bitirən bir neçə məzunu artıq Fransa şirkətlərində işləmək üçün bu ölkəyə dəvət olunub. “Azərbaycan Dəmir Yolları” QSC-də isə hazırda AzTU-nun 400-e yaxın məzunu müxtəlif vəzifələrdə çalışır.  Çıxışlardan sonra tədris mərkəzinin açılışı olub. Qeyd edək ki, tədris mərkəzi tələbələrin istifadəsi üçün bütün lazımi avadanlıqlarla təchiz olunub.          

Azərbaycan Texniki Universiteti (AzTU), Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və “Azərbaycan Dəmir Yolları” QSC-nin birgə təşkilatçıl ..

2022-07-19
AzTU

CRENG layihəsinin yekun toplantısı keçirilib

“Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsinin yekun toplantısı keçirilib. Varşava Texnologiya Universitetinin təşkilatçılığı ilə onlayn keçirilən toplantıda Azərbaycan, Ukrayna və Türkmənistanı təmsil edən universitetlərin nümayəndələri iştirak edib. Tərəfdaş universitetlərdən olan Azərbaycan Texniki Universitetində (AzTU) CRENG layihəsi üzrə görülən işlərin nəticələri və layihənin faydaları geniş təqdimatla iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” üzrə Avropa tərəfdaşlarının bələdçiliyi ilə yeni məzmun hazırlanıb, magistr ixtisaslaşması açılıbvə dəsrlərin tələbə yönümlü təşkil olunması üçün metodoloji vasitələr işlənilib. Daha sonra universitetdə kompüter avadanlığı və proqram təminatı ilə təchiz olunan laboratoriya və bilik mərkəzi qurularaq tələbə və müəllim heyətinin istifadəsinə verilib. Hazırda laboratoriya və bilik mərkəzinin imkanlarından AzTU-nun Logistika və Nəqliyyat İnstitutunda müxtəlif layihələrin işlənilməsində istifadə olunur. Bundan başqa, yeni magistr ixtisaslaşması üzrə tədrisə cəlb olunan 9 müəllim təlimlərdə iştirak edib. Layihədən əldə olunan təcrübə əsasında universitetdə nəqliyyat sahəsinə aid digər tədris proqramlarına dəyişiklik edilərək layihələrin idarəolunması və nəqliyyatda riskin idarəolunması üzrə fənlər əlavə edilib.  

“Erasmus+” KA2 proqramı üzrə həyata keçirilən “Nəqliyyat xidmətləri üçün risk və böhran mühəndisliyi” (CRENG) layihəsinin yekun toplantısı keçirilib. Varşava Texnol ..

2022-07-18
AzTU

Daşkənd Dövlət Nəqliyyat Universitetinin əməkdaşları AzTU-da səfərdədir

Daşkənd Dövlət Nəqliyyat Universitetinin (DDNU) əməkdaşları Umudulla Abdurrozakov və Kamoliddin Ziyayev Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Səfər çərçivəsində qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin professor-müəllim heyəti ilə görüşüb. Görüşdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Nəqliyyat Agentliyinin nümayəndələri də iştirak edib. Qonaqları salamlayan rektor Vilayət Vəliyev ötən ay Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana tarixi səfərini xatırladıb. Bilirib ki, tarixi köklərə bağlı olan Azərbaycan və Özbəkistan əlaqələri Prezident İlham Əliyevin bu ölkəyə səfərindən sonra daha da möhkəmlənib və əməkdaşlığın inkişafında yeni hədəflər müəyyən olunub. Rektor deyib ki, Özbəkistan nümayəndələrinin AzTU-ya səfərinin məqsədi müasir proqram təminatınının köməyilə şəhərlərin baş planının və şəhərdaxili hərəkətlilik (mobillik) planının hazırlanması, o cümlədən elektromobillərin layihələndirilməsi ilə bağlı təcrübə mübadiləsi aparmaqdır. Daha sonra DDNU-nun əməkdaşları Umudulla Abdurrozakov və Kamoliddin Ziyayev təmsil etdikləri ali təhsil müəssisəsi haqqında geniş təqdimatla çıxış ediblər. Onlar Özbəkistan hökümətinə təqdim etdikləri Səmərqənd şəhərinin mobillik planı, həmçinin digər tədqiqat işləri ilə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Qeyd edək ki, Özbəkistan nümayəndələrinin AzTU-ya səfəri davam edir.       

Daşkənd Dövlət Nəqliyyat Universitetinin (DDNU) əməkdaşları Umudulla Abdurrozakov və Kamoliddin Ziyayev Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Səfər çərçivəsind ..

2022-07-15
AzTU

AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir. Qəbul yalnız elektron qaydada həyata keçirilir.  Təkrar ali təhsil almaq istəyənlər http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkinə daxil olub qeydiyyatdan keçərək aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər: · rektorun adına ərizə; · ali təhsil haqqında sənədin (diplomun və əlavəsinin) notarial təsdiqi; · 3x4 sm ölçüdə fotoşəkil; · şəxsiyyət vəsiqəsinin surəti. Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. Sənəd qəbulu üçün son tarix:  01.08. 2022. İXTİSASLAR Əlavə məlumat üçün:  Telefon: (050) 261-38-16                (012) 539-12-65 E-poçt: [email protected]

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir. Qəbul yalnız el ..

2022-07-14
AzTU

AzTU-da yeni kafedra və institut yaradıldı

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2021/2022-ci tədris ili üzrə sonuncu iclası keçirilib. İclasda yay imtahan sessiyasının nəticələri və tədris ilində universitetin fəaliyyəti barədə məlumat verilib. Həmçinin növbəti semestr üçün perspektiv inkişafla bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. İclasda dövlətin kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə prioritetləri nəzərə alınaraq AzTU-nun İKT yönümlü kafedralarının strukturunun təkmilləşdirilməsi və yeni Kibertəhlükəsizlik kafedrasının yaradılması qərara alınıb. AzTU-da xarici dil hazırlığının təşkili və xarici dil biliklərinin müasir standartlara uyğun tədrisinə yardım məqsədilə Xarici Dil Texnologiyaları İnstitutunun yaradılmasına qərar verilib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının 2021/2022-ci tədris ili üzrə sonuncu iclası keçirilib. İclasda yay imtahan sessiyasının nəticələri və tədris ilində universit ..

2022-07-14
AzTU

Rektor Vilayət Vəliyevin Qurban bayramı münasibətilə təbriki

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli professor-müəllim heyəti, əziz tələbələr!!  İnsanları xeyirxahlığa, birliyə, humanizmə, mərhəmətə, milli-mənəvi dəyərlərə sadiqliyə dəvət edən müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Müsəlman aləmi üçün əziz olan bu bayramda kəsdiyiniz qurbanların və etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını arzulayıram! Müqəddəs Qurban bayramı ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin! Bayramınız mübarək olsun!                   

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib. Paylaşımda deyilir: “Hörmətli professor-m ..

2022-07-08
AzTU

Kafedranın əməkdaşları yeni layihə çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Təhsil Nazirliyinin maliyyələşdirdiyi və AzTU tərəfindən icra edilən “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması” layihəsi çərçivəsində elmi-tədqiqat  potensialın artırılması üzrə təlimlərə start verilib.  "Elmi məqalə yazılması qaydaları" proqramı üzrə keçirilən ilk təlimdə iştirak edən İqtisadiyyat və statistika kafedrasının müəllimlərinə sertifikat təqdim olunub. Layihə çərçivəsində həmçinin "Elmi işlərin yazılmasında modern yanaşmalar", "Tədqiqat metodları: Kəmiyyət metodları", "Tədqiqat metodları: Keyfiyyət metodları", "Beynəlxalq indeksli jurnallarda məqalə nəşr edilməsi qaydaları” mövzusunda da təlimlər keçiriləcək.   

Təhsil Nazirliyinin maliyyələşdirdiyi və AzTU tərəfindən icra edilən “AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyininin səmərəl ..

2022-07-08