Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

Home page News Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU tələbələrini mükafatlandırıb

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti AzTU tələbələrini mükafatlandırıb

25.06.2023     929     AzTU

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında 2022-ci il 5 noyabr tarixində imzalanan əməkdaşlıq haqqında memorandumda nəzərdə tutulmuş müvafiq bəndin icrası ilə bağlı universitetin informasiya təhlükəsizliyi ixtisasında təhsil alan bakalavr və magistr tələbələri arasında müsabiqə keçirilib.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan iki mərhələli müsabiqədə tələbələrin kibertəhlükəsizlik sahəsində biliklərinin yoxlanılması və təqaüdlərin verilməsi nəzərdə tutulub.

Müsabiqənin nəticələrinə əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin (bakalavriat səviyyəsi) 2-ci kurs tələbəsi Tərlan Haqverdi və 4-cü kurs tələbəsi Samir Əbilhəsənli, “SABAH Magistratura” proqramının (kibertəhlükəsizlik ixtisası üzrə) 1-ci kurs tələbələri Sənan Vəlizadə və Aytac İbrahimova xüsusi fərqləniblər. 

Qaliblər Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən təqaüdlə mükafatlandırılıb.

Memorandum çərçivəsində növbəti semestrlərdə də xüsusi fərqlənən tələbələrə təqaüdlərin verilməsi üçün müsabiqələrin keçirilməsi nəzərdə tutulur.


Related news