Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

The competitions of the 10th Spartakiad dedicated to the 100th anniversary of the National Leader continue

The competitions of the 10th Spartakiad, dedicated to the 100th anniversary of national leader Heydar Aliyev’s birth, are ongoing at Azerbaijan Technical University (AzTU). 16 teams composed of faculty members, students, and staff are competing in the Spartakiad. The events include basketball, volleyball, futsal, freestyle wrestling, table tennis, and chess. The Spartakiad will conclude on May 5.

The competitions of the 10th Spartakiad, dedicated to the 100th anniversary of national leader Heydar Aliyev’s birth, are ongoing at Azerbaijan Technical University (AzTU). 16 teams composed of ..

2023-04-11
AzTU

AzTU-nun dosenti vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti, t.e.n. Fəxrəddin Əlizadə 71 yaşında vəfat edib. Fəxrəddin Əlizadə 1970-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) Nəqliyyat fakültəsində təhsil alıb. 1988-ci ildə universitetin Daxili yanma mühərrikləri kafedrasında işə başlayıb.     Coxsaylı elmi məqalə, metodik vəsait və fənn proqramlarının müəllifi olub.  AzTU-nun rəhbərliyi və kollektivi Fəxrəddin Əlizadənin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!  

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat texnikası və idarəetmə texnologiyaları kafedrasının dosenti, t.e.n. Fəxrəddin Əlizadə 71 yaşında vəfat edib. Fəxrəddin Əlizadə 1 ..

2023-04-11
AzTU

AzTU-nun şəhid məzunlarının doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Hacıəhməd Hacıəhmədli və İmran Əliyevin doğum günüdür. Hacıəhməd Hacıəhmədli AzTU-nun mexanika mühəndisliyi ixtisasını bitirib. Vətən müharibəsində iştirak edən Hacıəhməd Hacıəhmədli 7 noyabrda Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə Hacıəhməd Hacıəhmədli ölümündən sonra “Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Leytenant İmran Əliyev AzTU-nun kompüter mühəndisliyi ixtisasını bitirib. O, Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib. İmran Əliyev sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin sərəncamları ilə İmran Əliyev ölümündən sonra  “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.   Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!  

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Hacıəhməd Hacıəhmədli və İmran Əliyevin doğum günüdür. Hacıəhməd Hacıə ..

2023-04-07
AzTU

AzTU-nun dekanı beynəlxalq elmi-texniki jurnalın redaksiya heyətinə üzv seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev Rusiyanın “Электрические станции” adlı elmi-texniki jurnalının redaksiya heyətinə üzv seçilib. Qeyd edək ki, ayda bir dəfə nəşr olunan jurnalda elektrik stansiyalarının istehsal problemləri, eyni zamanda elektrik və istilik enerjilərinin istehsalı, ötürülməsi və paylanması zamanı yaranan bütün problemlər əks olunur.   Rusiya Energetika Nazirliyinin həmtəsisçisi olduğu jurnalda dərc edilən məqalələrdən seçmələr “Scopus” bazasına daxil olunur.

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev Rusiyanın “Электрические станции” adlı elmi-texniki jurnalın ..

2023-04-07
AzTU

AzTU students have successfully completed the "Manufacturing Technologies" training and internship program

The 3-week "Manufacturing Technologies" training and internship program organized by the "AzTU-InTech" team at the "CezeriLab" laboratory has been completed for students of the Azerbaijan Technical University (AzTU). During this period, students acquired skills in teamwork, the development of new products from scratch, familiarity with "CNC" technologies, the working mechanism of 3D printers, experience in the fields of mechanics and electronics, and knowledge on distinguishing themselves in startup competitions. Rəşad Aliyev, the Vice-Rector for Finance and Economy of AzTU, congratulated the students who completed the course, stating that the knowledge they gained at the "CezeriLab" laboratory would be beneficial for their careers. He mentioned that such internship programs would be organized regularly. It is worth noting that out of 40 students who participated in the training and internship program, 26 completed the course with distinction and earned the right to participate in the next program. Finally, certificates were presented to the students who participated in and successfully completed the course.

The 3-week "Manufacturing Technologies" training and internship program organized by the "AzTU-InTech" team at the "CezeriLab" laboratory has been completed for students of the Azerbaijan Technical Un ..

2023-04-07
AzTU

AzTU basketbol komandasının qalibiyyəti davam edir - VIDEO

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.   Liqanın 19-cu turunda AzTU komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 110:94 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.  Qeyd edək ki, liqanın oyunlarında AzTU, ADBTİA, ADAU, ADNSU, UNEC, BMU və Xəzər Universitetinin komandaları iştirak edir. Oyunları “AzTU TV” yutub kanalından canlı izləyə bilərsiniz.

Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir. ..

2023-04-06
AzTU

AzTU tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva bildirib ki, gənclər üçün antinarkomaniya mövzusunda seminarların, mühazirələrin keçirilməsi bu sahədə müsbət irəliləyişin olması baxımından çox faydalıdır. Qeyd olunub ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün üzvləri fəal olmalıdır.   Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev və Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Bəxtiyar Abbaszadə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın törətdiyi fəsadlar və ölkəmizdə bu istiqamətdə aparılan mübarizə tədbirlərindən danışıblar. Xatırladaq ki, AzTU-da antinarkomaniya mövzusunda seminar və mühazirələrin təşkili Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na əsasən həyata keçirilir.

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrinə antinarkomaniya mövzusunda seminar keçirilib. Tədbirdə çıxış edən AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr ü ..

2023-04-06
AzTU

AzTU-da Ulu Öndərin 100 illiyinə həsr olunan X Spartakiadanın açılışı olub

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş olunub. Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev spartakiadaya vəsiqə qazanan komandaları təbrik edib. Bildirib ki, sağlam həyat tərzinin təbliği, eləcə də idman yarışlarına marağın artırılması üçün belə yarışların keçirilməsi faydalıdır. Rektor X Spartakiadanın Ulu Öndərin 100 illik yubileyinə həsr olunmasını xüsusi əhəmiyyətini də qeyd edib. Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərik etdiyi bütün dövrlərdə idmanın inkişafını hər zaman diqqətdə saxlayıb. Bu gün Ümummili Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Rektor bir daha spartakiadaya vəsiqə qazanan komandalara uğurlar arzulayıb. Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək komandaları təbrik edib. Tədbir idmançıların nümunəvi çıxışları və konsert proqramı ilə davam edib.  Qeyd edək ki, X Spartakiada basketbol, voleybol, futzal, sərbəst güləş, stolüstü tennis, şahmat idman növü üzrə təşkil olunub. Mayın 5-də yekunlaşacaq yarışlarda müəllim və tələbələrdən ibarət 16 komanda iştirak edəcək.  

Azərbaycan Texniki Universitetində (AzTU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan X Spartakiadanın açılış mərasimi keçirilib. Əvvəlcə Az ..

2023-04-05
AzTU

Türkiyənin sənaye və texnologiya naziri AzTU-da görülən işlərlə tanış olub

Ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Texniki Universitetində (AzTU) görülən işlər və həyata keçirilən yeniliklərlə yaxından tanış olublar. Tanışlıq tədbirində AzTU-nun rektoru Vilayət Vəliyev, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Bilişim Vadisinin baş direktoru və idarə heyətinin üzvü Ahmet Serdar İbrahimcioğlu və universitet nümayəndələri iştirak edib. Rektor Vilayət Vəliyev qonaqları AzTU-da Universitet-Sənaye Əməkdaşlığı, “Bilişim Vadisi Bakı”, sahibkarlığın inkişafı istiqamətində KOBİA tərəfindən yaradılacaq mərkəz, o cümlədən müxtəlif sosial infrastrukturlarda aparılan yenidənqurma işləri ilə tanış edib. Həmçinin universitet haqqında qonaqlara ətraflı məlumat verib. Ahmet Serdar İbrahimcioğlu bildirib ki, Bilişim Vadisi tərəfindən AzTU-da qurulan “Bilişim Vadisi Bakı”da universitetin bütün strukturları ilə əlaqələndirilməklə beynəlxalq texnologiyalar üzrə marketinq, texnoloji tədqiqat və transfer fəaliyyətləri, proqram təminatı, dizayn, tədqiqat və inkişaf sahəsində layihələrin həyata keçirilməsinə dəstək göstəriləcək. “CezeriLab” laboratoriyası ilə tanışlıq zamanı qonaqlara burada görülən işlər, tələbələrin layihələri, startap üzrə beynəlxalq yarışlarda göstərdikləri yüksək nəticələr barədə məlumat verilib.    

Ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Texniki Universitetində (AzTU) gör ..

2023-04-04
AzTU

“Nokia” AzTU-da laboratoriya açacaq

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində "Nokia"nın tam təchiz etdiyi yeni laboratoriya açılacaq.   Tərəflər arasında baş tutan görüşdə qurumun sədr əvəzi İnarə Vəliyeva, AzTU-nun rektoru Vilayət Vəliyev, "Nokia" şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe, digər rəsmilər və qurum nümayəndələri iştirak edib. Görüşdə yeni laboratoriyanın ölkənin texnoloji inkişafında əhəmiyyətindən söz açılıb, burada yaradılacaq şərait, görüləcək işlərlə bağlı məlumat verilib. İRİA-nın sədr əvəzi İnarə Vəliyeva laboratoriyanın yaradılmasını irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirib: "Məqsədimiz ilk olaraq universitet daxili tədqiqat və inkişaf mərkəzlərin formalaşdırılması, eləcə də yeni növ tələblərə cavab verən texniki avadanlıqların iş prinsipi ilə tanışlıq və tətbiq imkanlarının artırılmasını təmin etməkdir. Ümid edirik ki, bu əməkdaşlığın nəticələri bütövlükdə cəmiyyətə fayda verə biləcək yeni həllərin və texnologiyaların inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaq". Rektor Vilayət Vəliyev AzTU-nun ölkənin qabaqcıl texnologiya universitetinə çevrilməsi üzrə görülən işlərdən danışaraq, açılacaq laboratoriyanın bu istiqamətdə yaradacağı fürsətlərə diqqət çəkib. “Nokia” şirkətinin Azərbaycan üzrə rəhbəri Massimiliano Volpe şirkətin ölkəmizdə gördüyü işlərdən danışıb, laboratoriyada istifadəyə veriləcək avadanlıqlar, tətbiq olunan texnologiyalar barədə məlumat verib. Qeyd edək ki, ilkin mərhələdə universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 800-ə yaxın tələbəsinə və müəllim heyətinə avadanlıqlardan düzgün istifadə qaydalarına dair təlimatlar veriləcək. “Nokia” şirkətinin ekspertlərinin iştirakı ilə mütəmadi olaraq təlimlər baş tutacaq. Eyni zamanda, istifadəyə veriləcək laboratoriya yerli şirkətlərə açıq olacaq ki, bununla da şirkətlər avadanlıqlar üzərində sınaq və təcrübə prosesləri həyata keçirə biləcəklər.  

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan Texniki Universiteti və "Nokia" şirkəti arasında yeni laboratoriyanın təsis olunmasına dair müqavilə imzalan ..

2023-04-04