20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyi, əməkdaşları və tələbələri Şəhidlər xiyabanını ziyarət edib.
Torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrundan canlarından keçən Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.