Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və şöbənin Əcnəbi tələbələrin qəbulu sektorunun baş mütəxəssisi Müşviq Mehbalıyev Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq təhsil sərgisində istirak edib.
Sərgi çərçivəsində Özbəkistandan olan iştirakçılara AzTU-nun təhsil imkanları və qəbul şərtləri haqqında məlumat verilib.