Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




News

AzTU

“Teleradio” İB-də Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio” İB) olub. Qonaqlar “Teleradio” İB-nin baş direktor vəzifəsini icra edən Elman Həsənovla görüşüblər. Rektor Vilayət Vəliyev universitetdə görülən işlər və həyata keçirilən yeniliklərdən danışıb. Müvafiq ixtisaslarda təhsil alan tələbələrin “Teleradio” İB-də təcrübəyə cəlb olunması, birgə tədqiqatlarda iştirakla bağlı məsələlər müzakirə olunub. Elman Həsənov tələbələrin yüksəkixtisaslı kadr kimi yetişməsində birgə yeni tədris proqramının hazırlanmasının vacibliyini vurğulayıb. Daha sonra Bakı Teleqüllə Kompleksində yerləşən istehsalat sahəsinə baxış keçirilib. Əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə bu cür görüşlərin qarşılıqlı və davamlı olmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyində (“Teleradio ..

2024-06-06
AzTU

ENGAGE layihəsi çərçivəsində növbəti təlimlər İsveçin Kral Texnologiya Universitetində təşkil olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində növbəti təlimlər İsveçin Kral Texnologiya Universitetində keçirilib. Təlimlərdə tərəfdaş universitetlərdə sahibkarlıq fənnini tədris edən professor-müəllim heyəti iştirak edib.   AzTU-nu təlimlərdə İqtisadiyyat və statistika kafedrasının professoru Fuad Qənbərov təmsil edib. İştirakçılar həm təşkilati, həm də fənn səviyyəsində təhsilin keyfiyyətinin artırılması strategiyaları,  problem əsaslı öyrənmə imkanları kimi bir sıra mövzularla tanış olub və komanda işi təqdim ediblər. Proqrama uyğun olaraq təlimlərin sonunda iştirakçılara İsveçin Kral Texnologiya Universiteti tərəfindən sertifikat təqdim olunub.    Qeyd edək ki, layihənin 4-cü iş paketinə ali təhsil müəssisələrində intitusional səviyyədə davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi məqsədilə sahibkarlığın universitetlərin inkişaf strategiyalarına inteqrasiyası, sahə üzrə akademik kadrların təlimi və  sahibkarlığın seçmə fənn olaraq bütün ixtisaslarda tədrisi daxildir. İş paketi çərçivəsində sahibkarlığın konsepsiyası, maliyyələşdirilməsi və sosial sahibkarlıq kimi mövzular üzrə Bakı, Gəncə, Naxçıvan və Mingəçevir şəhərlərində təlimlər təşkil olunacaq.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçiv ..

2024-06-06
AzTU

AzTU-nun şəhid məzunu Raul Piriyevin doğum gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyya və logistika fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Raul Piriyevin doğum gününə həsr olunan “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Tədbirdə şəhid Raul Piriyevin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazilər, universitetin nümayəndələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsələndirilib. Daha sonra Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev çıxış edərək universitetdə şəhid məzunların xatirəsinin hər zaman yad olunduğunu bildirib. Raul Piriyevə dərs demiş müəllimi Anar İsmayılov çıxışında şəhid haqqında xatirələrini bölüşüb. Tədbir qəhrəmanlıq mövzusunda mahnı, şeir və kompozisiyalarla davam edib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyya və logistika fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Raul Piriyevin doğum gününə həsr olunan “Q ..

2024-06-05
AzTU

AzTU teachers participated in a one-week mobility in Poland

Within the framework of the Erasmus+ exchange program, Associate Professor Gunay Aliyeva and Senior Lecturer Aysel Qadirova from the Department of Economics and Statistics at Azerbaijan Technical University (AzTU) participated in a one-week mobility program for academic staff at Powislanski University in Poland. Gunay Aliyeva and Aysel Qadirova closely familiarized themselves with the activities of the Department of Economics and Management at Powislanski University, met with the academic staff, and provided detailed information about teaching and research activities in the field of economics and management at AzTU. They also delivered lectures on "Sustainable Development" and "Macroeconomic Models" to the students of Powislanski University and discussed potential collaboration opportunities between the two departments. AzTU staff represented AzTU, also participated in the “International Week 24” event organized at Powilanski University. During the event, they held various meetings with university representatives from 26 countries around the world.

Within the framework of the Erasmus+ exchange program, Associate Professor Gunay Aliyeva and Senior Lecturer Aysel Qadirova from the Department of Economics and Statistics at Azerbaijan Technical Univ ..

2024-06-04
AzTU

AzTU professoru Beynəlxalq Mühəndislik və Texnologiya Akademiyasının üzvü seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımova mühəndislik və texnologiya inkişafı sahəsində cəmiyyətə verdiyi əhəmiyyətli töhfəyə görə AET-in (Beynəlxalq Mühəndislik və Texnologiya Akademiyasının) üzvü seçilib. Qeyd edək ki, AET beynəlxalq səviyyədə nüfuzlu elmi tədqiqatçılar və sənye mütəxəssisləri arasında əlaqə yaradan akademiyadır. Bu akademiya tanınmış elmi tədqiqatçılar və sənye mütəxəssisləri arasında əlaqələri möhkəmlədirir, onların fikir və biliklərini bölüşməyə imkan yaradır.

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının professoru Sevda Qasımova mühəndislik və texnologiya inkişafı sahəsində cəmiyyətə verdiyi əh ..

2024-06-04
AzTU

AzTU-da yay imtahan sessiyası başlayıb

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya iyulun 4-də yekunlaşacaq. Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 5-11 iyun tarixlərini əhatə edəcək. İmtahanlar əyani təhsil alan I kurslar üçün test, yazılı-elektron, II, III və IV kurslar üçün şifahi (yazılı) və test üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib. Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçiriləcək. Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə iyulun 9-dan 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq. Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.

Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb. Sessiya iyulun 4-d ..

2024-06-03
AzTU

AzTU employee attended a master class on “Azerbaijan’s growing contribution to the green future of the world

Igor Nasirov, an employee of the Sustainable Development Institute at Azerbaijan Technical University (AzTU) conducted a master class on the topic “ Azerbaijan’s Growing Contribution to Earth’s Green Future.” The first part of the event was dedicated to the United Nations Framework Convention on Climate Change (UNFCCC). The aim of the event was to raise awareness among researchers, faculty, and students about the various aspects of  COP29 and its alignment with the global climate agenda. Comprehensive information was provided on global trends and experiences, Azerbaijan's contributions to a greener world, projects to be implemented in Azerbaijan under COP29, and other related matters in the event.

Igor Nasirov, an employee of the Sustainable Development Institute at Azerbaijan Technical University (AzTU) conducted a master class on the topic “ Azerbaijan’s Growing Contribution to Earth& ..

2024-06-03
AzTU

AzTU məzunları 30 il sonra doğma universitetlərini ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları universiteti bitirmələrinin 30 illiyini təhsil aldıqları ali təhsil müəssisəsində qeyd ediblər.    1994-cü ildə elektron hesablama maşınları, kompleksləri, sistemləri ve şəbəkələri ixtisasında təhsil almış məzunlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Rektor Vilayət Vəliyev məzunları görməkdən məmnunluğunu bildirib və bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb. Məzunların universitetin ictimai-sosial həyatında yaxından iştirak etmələrinin, təcrübələrini tələbələrilə bölüşmələrinin əhəmiyyəti də qeyd olunub.   AzTU-da həyata keçirilən yeniliklər haqqında məlumat verən rektor məzunların vahid platformada birləşmələri məqsədilə universitetdə qurulacaq Məzun Assosiasiyası haqqında da məlumat verib. Görüşün sonunda AzTU məzunları adından Məzun Assosiasiyasına universitetin fotosunun əks olunduğu xalça hədiyyə edilib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları universiteti bitirmələrinin 30 illiyini təhsil aldıqları ali təhsil müəssisəsində qeyd ediblər. 1994-cü ildə elektron hesablama ..

2024-05-31
AzTU

Rector met with the members of the AzTU basketball team, which became the champion of Tam Youth Basketball League

The Rector of Azerbaijan Technical University (AzTU), Vilayat Valiyev, met with the members of the AzTU basketball team. He congratulated the team on becoming the champions of the Tam Young Basketball League and wished them success in future competitions. The Rector also inquired about the students' academic progress and answered their questions. It should be noted that the AzTU team defeated the team from the Azerbaijan State Academy of Physical Education and Sports (ADBTISA) with a score of 85-73 in the final match of the Tam Young Basketball League and won the championship title.

The Rector of Azerbaijan Technical University (AzTU), Vilayat Valiyev, met with the members of the AzTU basketball team. He congratulated the team on becoming the champions of the Tam Young Basketball ..

2024-05-31
AzTU

Dünya Barış Universitetinin nümayəndələri AzTU-da olub

Şimali Kipr Türk Respublikasının Dünya Barış Universitetinin inzibati işlər üzrə prorektoru Behiyye Tüzel Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər. Rektor Vilayət Vəliyev AzTU-da görülən işlər və həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib. Prorektor Behiyye Tüzel Çavuşoğlu təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti barədə geniş məlumat verib. Görüşdə ortaq ixtisaslar üzrə tədris və tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Şimali Kipr Türk Respublikasının Dünya Barış Universitetinin inzibati işlər üzrə prorektoru Behiyye Tüzel Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çə ..

2024-05-30