Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da Telekommunikasiya və Radiotexnika Muzeyi açılıb

Azərbaycan Texniki Universitetində (AzTU) Telekommunikasiya və Radiotexnika Muzeyinin açılışı olub. Açılış mərasimində AzTU rektoru Vilayət Vəliyev, universitet nümayəndələri, müəllimlər və tələbələr, həmçinin sahə üzrə mütəxəssislər iştirak ediblər. Muzey telekommunikasiya və radiotexnika sahəsində əldə olunan nailiyyətlərin qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılıb. Burada sahənin inkişaf mərhələlərini əks etdirən unikal eksponatlar, müxtəlif dövrlərə aid rabitə cihazları, radio avadanlıqları və ölçü qurğuları nümayiş olunur. Muzey eyni zamanda tədris prosesində əlavə resurs kimi istifadə olunacaq. Tələbələr burada praktiki biliklərini təkmilləşdirə, real avadanlıqlarla tanış ola və ixtisasları üzrə daha dərin anlayış əldə edə biləcəklər. Bu təşəbbüs Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) də töhfə verir. Xüsusilə, Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü istiqaməti (Keyfiyyətli təhsil - SDG 4) çərçivəsində tələbələrin praktik biliklərinin artırılmasına, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin 9-cu (Sənaye, innovasiya və infrastruktur - SDG 9) istiqamətində texnoloji bilik və innovasiya potensialının inkişafına xidmət edir. Muzeyin gələcəkdə daha da zənginləşdirilməsi, yeni eksponatlarla təmin olunması və tələbələr üçün interaktiv imkanların artırılması planlaşdırılır. Tədbirdə bu kimi layihələrin universitetin elmi potensialının gücləndirilməsində və gənclərin texniki sahələrə marağının artırılmasında mühüm rol oynadığı qeyd olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) Telekommunikasiya və Radiotexnika Muzeyinin açılışı olub. Açılış mərasimində AzTU rektoru Vilayət Vəliyev, universitet nümayəndələri, mü ..

2026-03-19
AzTU

AzTU-da “Azersun Karyera Günü” adlı tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin karyera inkişafına dəstək məqsədilə "Azersun Holding" MMC-nin təşkilatçılığı ilə “Azersun Karyera Günü” adlı tədbir keçirilib. Tədbir çərçivəsində tələbələr “Azersun Holding”in təqdim etdiyi təcrübə və iş imkanları, karyera inkişafı perspektivləri və əmək bazarına hazırlıq mövzularında vacib məlumatlar əldə edib. “Çay saatı” formatında tanışlıq və ünsiyyət sessiyası isə tələbələrə şirkət nümayəndələri ilə ünsiyyət qurmaq və suallarını birbaşa ünvanlamaq imkanı yaradıb. Sonda tədbirin fəal iştirakçılarına şirkətin hədiyyələri təqdim olunub.

Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin karyera inkişafına dəstək məqsədilə "Azersun Holding" MMC-nin təşkilatçılığı ilə “Azersun Karyera Günü” adlı tədbir k ..

2026-03-19
AzTU

AzTU tələbələri üçün İnkubasiya Mərkəzi haqqında infosessiya keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə İnkubasiya Mərkəzi tərəfindən tələbələr və innovasiya ilə maraqlanan gənclər üçün infosessiya təşkil olunub. Tədbirdə AzTU İnkubasiya Mərkəzinin Məsləhət Şurasının sədri Osman Gündüz çıxış edərək startap ekosisteminin əhəmiyyəti barədə tövsiyələr verib. İnfosessiyada AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev çıxış edərək mərkəzin fəaliyyəti və təqdim olunan imkanlar barədə iştirakçılara ətraflı məlumat verib, tələbələrə innovasiya proqramlarında iştirak yollarını izah edib və mərkəzin yenilənmiş rəsmi saytını nümayiş etdirib. Tədbir çərçivəsində mərkəz tərəfindən həyata keçirilən layihələr və əsas fəaliyyət istiqamətləri barədə iştirakçılara geniş məlumat verilib. AzTU İnkubasiya Mərkəzinin əsas fəaliyyət istiqamətləri – inkubasiya proqramı, Startap Günləri, hakatonlar, startap yönümlü təlimlər və tələbələrin innovativ layihələrinin inkişafına göstərilən dəstək haqqında məlumat verilib. İnfosessiya çərçivəsində AzTU-nun beynəlxalq səviyyədə keçiriləcək yarışlarda iştirakı barədə də məlumat verilib. Həmçinin AzTU-nu Özbəkistanda keçiriləcək tədbirlərdə təmsil edəcək komandalar təqdim olunub. Mərkəzin fəaliyyəti çərçivəsində təşkil olunan təlim proqramları, mentor dəstəyi və startap komandalarının inkişaf mərhələləri barədə iştirakçılarla müzakirələr aparılıb. Tədbirdə müxtəlif innovasiya müsabiqələri və Startap Günləri layihəsi çərçivəsində formalaşmış startap komandalarının uğurları nümayiş etdirilib. Sonda iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, AzTU İnkubasiya Mərkəzinin əsas məqsədi tələbələrin ideyalarını real layihələrə və startaplara çevirməsinə dəstək göstərmək, texnoloji sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və universitet daxilində innovasiya yönümlü ekosistemin formalaşdırılmasına töhfə verməkdir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə İnkubasiya Mərkəzi tərəfindən tələbələr və innovasiya ilə maraqlanan gənclər üçün i ..

2026-03-19
AzTU

AzTU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Bədəlov Türkiyənin Ankara və İstanbul şəhərlərində yerləşən aparıcı universitetlərlə birgə tədqiqatlar sahəsində yeni əməkdaşlıqların qurulması və inkişaf etdirlməsi məqsədilə səfərdə olublar. Səfər çərçivəsində AzTU nümayəndə heyəti Yıldız Texniki Universiteti, Gazi Universiteti, Qəbzə Texniki Universiteti, Çankaya Universiteti, İstanbul Ticarət Universiteti, İstinye Universiteti, Bağçaşəhər Universitetinin rəhbər heyəti və tədqiqatçıları ilə müzakirələr aparıblar. Müzakirələr zamanı tədqiqat platformalarının birgə istifadə edilməsi, hər bir tədqiqatçının ən az bir partnyor tədqiqatçı ilə əməkdaşlığı üçün dəstək verilməsi işinin təşkili, birgə konfransların keçirilməsi və s. kimi məsələlər barədə müvafiq razılıqlar əldə edilib. Qəbzə Texniki Universitetinin prorektorları Prof. Dr. Elif Damla Arısan, Prof.Dr. Hasari Çələbi ilə müzakirələr zamanı birgə daxili qrant layihələrinin həyata keçirilməsi, Qəbzə Texniki Universitetinin laboratoriya bazasından və TEXNOPARK-ının bazasından birgə istifadə barədə razılıq əldə olunub. Yıldız Texniki Universitetinin prorektoru Prof. Dr. Güleda Engin rəhbərlik etdiyi nümayəndə heyəti ilə müzakirələr zamanı birgə elmi konfransların təşkili barədə razılıqlar əldə edilib və professor-müəllim heyətinin qarşılıqlı mübadiləsinin dəstəklənməsi mexanizmi müzakirə olunub. İstanbul Ticarət Universitetinin prorektoru Prof. Dr. Berk Ayvaz və nümayəndə heyəti ilə görüş zamanı professor-müəllim heəyətinin qarşlıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti və doktorant hazırlığının aparılması barədə razılıq əldə olunub. Müzakirələr zamanı birgə elmi araşdırmaların aparılması, beynəlxalq qrant proqramlarında ortaq iştirak, doktorant və gənc tədqiqatçıların mübadiləsi, elmi konfrans və seminarların təşkili kimi istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Həmçinin innovasiya fəaliyyəti, texnologiya transferi və tətbiqi tədqiqatların inkişafı sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub. Görüşlərdə universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin elmi potensialın gücləndirilməsi, tədqiqat mühitinin inkişafı və beynəlxalq akademik əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Səfər çərçivəsində AzTU nümayəndələri universitetlərdə fəaliyyət göstərən tədqiqat mərkəzləri və innovasiya infrastrukturu ilə tanış olub, elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində fikir mübadiləsi aparıblar.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Bədəlov Türkiyənin Ank ..

2026-03-19
AzTU

AzTU-nun əcnəbi tələbələri təqaüdlü təhsil hüququ qazanıb

Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr bir semestrlik təqaüdlü təhsil hüququ qazanıb. Belə ki, AzTU Elmi şurasının qərarı ilə təsdiq olunmuş qaydalara əsasən, hər əvvəlki semestrin nəticələrinə görə akademik göstəriciləri ən yüksək olan bakalavriat və magistratura səviyyələrində əyani təhsil alan əcnəbi tələbələr növbəti semestrdə təqaüdlü təhsil hüququ qazanır. Qaydalara uyğun olaraq, 2025-2026-cı tədris ilinin payız semestrini yüksək akademik göstəricilərlə bitiən 5 əcnəbi tələbə yaz semestrinin təhsil haqqından azad olunub. Bu təşəbbüs universitetdə təhsil alan əcnəbi tələbələrin akademik nailiyyətlərinin təşviq edilməsi və onların təhsil motivasiyasının artırılması məqsədi daşıyır.

Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr bir semestrlik təqaüdlü təhsil hüququ qazanıb. Belə ki, AzTU Elmi şurasının qərarı ilə təsdiq olunmuş qay ..

2026-03-19
AzTU

AzTU-da keçirilən Novruz şənliyində əcnəbi tələbələr də iştirak edib

Multikulturalizm prinsiplərinə önəm verən Azərbaycan Texniki Universitetində (AzTU) bütün tədbirlər AzTU-da təhsil alan əcnəbi tələbələrlə birgə keçirilir.  “Yurdumuza bahar gəlir” adlı Novruz tədbirində Türkiyə, Pakistan, Şri-Lanka, Somali, Çin, Liviya, Özbəkistan və Ukraynadan olan əcnəbi tələbələr təmsil etdikləri ölkələrin mədəniyyətini təqdim edib. Onlar milli mətbəxlərinə xas müxtəlif təamlar və bayram atributları ilə çıxış edərək, iştirakçılara fərqli mədəniyyətləri yaxından tanımaq imkanı yaradıb. Əcnəbi tələbələrin öz ana dillərində səsləndirdikləri musiqili çıxışlar isə, tədbirə xüsusi rəng qatıb.

Multikulturalizm prinsiplərinə önəm verən Azərbaycan Texniki Universitetində (AzTU) bütün tədbirlər AzTU-da təhsil alan əcnəbi tələbələrlə birgə keçirilir. “Yurdumuza bahar g ..

2026-03-18
AzTU

AzTU-da "Yurdumuza bahar gəlir" adlı tədbir keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir” adlı tədbir keçirilib.Əvvəlcə fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib. Tədbir torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Novruz bayramı münasibətilə təbriklərini çatdıran AzTU-nun rektoru Vilayət Vəliyev birlik və həmrəylik rəmzi sayılan bu əziz bayramın ənənələrindən danışıb. Baharın gəlişini müjdələyən Novruzun Azərbaycanda hər il təntənə ilə qeyd olunduğunu deyən rektor, bu tədbirlərin qədim adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsi baxımından önəmini bildirib. Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirmiş tələbələrə təşəkkürnamə təqdim olunib.Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib.

Azərbaycan Texniki Universitetində (AzTU) Həmkarlar İttifaqı Komitəsi (HİK) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə “Yurdumuza bahar gəlir ..

2026-03-18
AzTU

Abituriyentlərin AzTU-ya infoturu təşkil olunub

“Master School” təhsil mərkəzinin abituriyentlərinin Azərbaycan Texniki Universitetinə (AzTU) infoturu təşkil olunub. Əvvəlcə abituriyentlər AzTU-nun fakültələri ilə tanış olublar. Burada onlara fakültənin ixtisasları barədə məlumat verilib, tədris auditoriyaları təqdim olunub. Abituriyentlər həmçinin laboratoriya və emalatxanalarda görülən işlər və aparılan tədqiqatlarla da tanış olublar. İnfotur çərçivəsində abituriyentlər üçün kofe və çay masası təşkil olunub.   Daha sonra AzTU-nun rektoru abituriyentlərlə görüşüb. Rektor AzTU-da görülən işlər, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində aparılan yeniliklər, universitet-sənaye əməkdaşlığı və beynəlxalq əlaqələr barədə məlumat verib.  Qeyd edək ki, abituriyentlərin AzTU-ya infoturu mütəmadi olaraq davam etdiriləcək.

“Master School” təhsil mərkəzinin abituriyentlərinin Azərbaycan Texniki Universitetinə (AzTU) infoturu təşkil olunub. Əvvəlcə abituriyentlər AzTU-nun fakültələri ilə tanış olubl ..

2026-03-18
AzTU

AzTU-da yeni akademik idarəetmə modeli tətbiq edildi

Azərbaycan Texniki Universitetində (AzTU) beynəlxalq qabaqcıl universitetlərin (əsasən RWTH Aachen, ICL, MIT, ODTÜ və İTÜ) təcrübələri əsasında uzun müddət aparılan institusional islahatların ümumiləşmiş nəticəsi olaraq Universitetin Elmi şurasının qərarı ilə yeni hibrid akademik idarəetmə modeli tətbiq olunub. Bu model çərçivəsində: (1) bakalavr təhsil proqramlarının sahibliyi və  idarə olunması fakültələrə məxsusdur; (2) magistr və doktorantura proqramlarının akademik sahibiliyi və idarə edilməsi Yüksək Təhsil İnstitutudur (YTİ); (3) tədqiqat fəaliyyətinin koordinasiyası ixtisas klasterləri üzrə yaradılmış Tədqiqat İnstitutları (Tİ) vasitəsilə həyata keçirilir; (4) tədris və tədqiqat fəaliyyətinin əsas icra vahidi isə “Academic Department” modeli əsasında təşkil edilmiş kafedralardır. Yeni model Fakültə – YTİ – Kafedra – Tİ strukturuna əsaslanır və universitetdə tədris və tədqiqat fəaliyyətinin daha səmərəli təşkilinə, xüsusilə tədqiqat yönümlü təhsilin inkişafına, multidissiplinar elmi əməkdaşlığın genişlənməsinə, sənaye ilə universitet əməkdaşlığının güclənməsinə və beynəlxalq tədqiqat layihələrinin artırılmasına xidmət edəcək. Yeni akademik modeldə ilk dəfə olaraq Aparıcı Tədqiqatçı (AP) əsaslı tədqiqat qrupu sistemi tətbiq edilib. Bu sistem professor və tədqiqatçıların elmi fəaliyyətinin inkişafına, qrant layihələrinin artırılmasına və gənc tədqiqatçıların hazırlanmasına imkan yaradır. Bu islahat AzTU-nun tədqiqat universitetinə transformasiya strategiyasının mühüm mərhələsi hesab olunur.

Azərbaycan Texniki Universitetində (AzTU) beynəlxalq qabaqcıl universitetlərin (əsasən RWTH Aachen, ICL, MIT, ODTÜ və İTÜ) təcrübələri əsasında uzun müddət aparılan institusional i ..

2026-03-18
AzTU

AzTU tələbələri Xəzər dənizində sahə tədqiqatı aparıb

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllim və tələbələri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 14-cü istiqamətinə (Sualtı həyatın qorunması - SDG 14) üzrə Xəzər dənizi sahilində sahə tədqiqatı aparıblar. Səfər dəniz və okean ekosistemlərinin qorunması, dəniz mühitinin çirklənməsinin azaldılması və sualtı biomüxtəlifliyin mühafizəsi kimi istiqamətlərdə praktiki biliklərin artırılması məqsədilə təşkil olunub. Tədqiqat zamanı tələbələr Xəzər dənizinin müxtəlif nöqtələrindən su nümunələri götürüb. Toplanan nümunələr suyun keyfiyyətinin qiymətləndirilməsi, dəniz suyunda çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, su mühitinin ekoloji vəziyyətinin araşdırılması və dəniz ekosistemlərinin sağlamlığının qiymətləndirilməsi məqsədilə laboratoriya şəraitində analiz edilib. Sahə işi tələbələrə dəniz suyunun keyfiyyətinin monitorinqi, dəniz çirklənməsinin müəyyən edilməsi, sahilyanı ekosistemlərin qorunması, sualtı biomüxtəlifliyin mühafizəsi, dəniz resurslarının dayanıqlı istifadəsi və ekoloji monitorinq kimi mühüm istiqamətlərdə praktiki təcrübə qazanmaq imkanı yaradıb. Bu fəaliyyətlər SDG 14 çərçivəsində dəniz və okeanların qorunması, sualtı həyatın mühafizəsi, dəniz ekosistemlərinin bərpası, antropogen çirklənmənin azaldılması və su resurslarının dayanıqlı idarə olunması kimi əsas prioritetlərlə birbaşa əlaqəlidir.

Azərbaycan Texniki Universitetinin (AzTU) Kimya texnologiyası, təkrar emal və ekologiya kafedrasının müəllim və tələbələri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 14-cü istiqamət ..

2026-03-15