Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Abituriyentlərin AzTU-ya infoturu təşkil olunub

Abituriyentlərin AzTU-ya infoturu təşkil olunub

18.03.2026     77     AzTU

“Master School” təhsil mərkəzinin abituriyentlərinin Azərbaycan Texniki Universitetinə (AzTU) infoturu təşkil olunub.

Əvvəlcə abituriyentlər AzTU-nun fakültələri ilə tanış olublar. Burada onlara fakültənin ixtisasları barədə məlumat verilib, tədris auditoriyaları təqdim olunub.

Abituriyentlər həmçinin laboratoriya və emalatxanalarda görülən işlər və aparılan tədqiqatlarla da tanış olublar.

İnfotur çərçivəsində abituriyentlər üçün kofe və çay masası təşkil olunub.  

Daha sonra AzTU-nun rektoru abituriyentlərlə görüşüb. Rektor AzTU-da görülən işlər, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində aparılan yeniliklər, universitet-sənaye əməkdaşlığı və beynəlxalq əlaqələr barədə məlumat verib. 

Qeyd edək ki, abituriyentlərin AzTU-ya infoturu mütəmadi olaraq davam etdiriləcək.


Digər xəbərlər