Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsinin layihələri beynəlxalq müsabiqədə Azərbaycana 3 medal qazandırdı

AzTU tələbəsinin layihələri beynəlxalq müsabiqədə Azərbaycana 3 medal qazandırdı

26.03.2026     51     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının məzunu və hazırda AzTU-da magistratura səviyəsində təhsil alan Səfərəli Səfərli dünyanın ən nüfuzlu innovasiya platforması hesab edilən 51-ci Cenevrə Beynəlxalq İxtiralar Sərgisində Azərbaycanı təmsil edən milli komandanın rəhbəri olmaqla beynəlxalq uğura imza atıb. 30-dan çox ölkənin, 1000-dən çox layihənin və 10 mindən çox ziyarətçinin iştirak etdiyi bu mötəbər sərgiyə Azərbaycandan 5 layihə təqdim olunub. Layihələrdən 3-nün müəllifi məhz Səfərəli Səfərli olub. Onun layihələri beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və medala layiq görülüb.

Beləliklə, Səfərəli Səfərlinin rəhbərlik etdiyi komanda onun müəllifi olduğu layihələrlə Azərbaycana 3 medal (qızıl, gümüş, bürünc) qazandırıb.

Qızıl medala layiq görülən “A.I.N.O.S” layihəsi kosmik cisimləri 16.3 parsek məsafəyədək real zamanda izləyən, lazer və yüksək həssaslıqlı optika ilə təchiz olunmuş inqilabi sistemdir.

Gümüş medalla mükafatlandırılan “Smart Bed System” layihəsi süni maqnit sahəsi texnologiyası ilə kosmosda əzələ itkisini önləyən və tibbi monitorinq aparan intellektual yataqdır.

Bürünc medala layiq görülən “S.O.N.I.A” layihəsi isə süni intellekt əsaslı, 2 saat avtonom rejimdə fəaliyyət göstərən axtarış-xilasetmə və relyef xəritəçəkmə sisteminə malik pilotsuz uçuş aparatıdır.


Digər xəbərlər