Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-da “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilib

AzTU-da “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilib

16.04.2026     59     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) “Metro Hackathon” layihəsi ilə bağlı infosessiya keçirilib.

AzTU İnkubasiya Mərkəzinin koordinatoru Azad Musayev infosessiya barədə tələbələrə məlumat verib. Bildirib ki, layihə “Bakı Metropoliteni” QSC və “SUP.VC” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək. İnfosessiya çərçivəsində hakatonun məqsədi, iştirak qaydaları, texnoloji çağırışlar və mükafat fondu barədə məlumatlar da tələbələrin diqqətinə çatdırılıb.

“Bakı Metropoliteni” QSC-nin Texnologiya və Data Analitika departamentinin rəis müavini Vüsal Əlizadə layihənin texnoloji istiqamətləri və əsas hədəfləri haqqında təqdimatla çıxış edib. Qeyd edib ki, süni intellekt (AI) əsaslı bu proqram metroda sərnişin axının səmərəli idarə olunması, sıxlığının azaldılması, balanslaşdırılma və bir çox məqsədi daşıyır və gənclərin innovativ ideyalarını real vəziyyətlərə tətbiq edilə bilən innovativ texnoloji həllərə çevirməyə yönəlib. Layihə çərçivəsində iştirakçılar Bakı Metropoliteninin real məlumat bazasından istifadə edərək 7 istiqamət üzrə süni intellekt əsaslı həllər hazırlayacaqlar: məlumatların proqnozlaşdırılması, “ağıllı keçid” idarəetməsi, eskalator yükünün balanslaşdırılması, platformalarda sərnişin paylanması, dinamik interval tənzimlənməsi, minmə-düşmə prosesinin optimallaşdırılması və metro şəbəkəsinin mini “rəqəmsal əkiz” (Digital Twin) modeli.

“Bakı Metropoliteni” QSC-nin İstedadların idarə edilməsi şöbəsinin əməkdaşı Eldar Əlizadə layihənin qeydiyyat və seçim mərhələləri barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, Bakı Metropoliteni tarixində ilk dəfə olaraq şəhərin tam mərkəzində – “İçərişəhər” stansiyasında təşkil ediləcək bu intensiv yarışma üç gün davam edəcək, final mərhələsi isə Metropolitenin Texnoloji korpusunda təşkil olunacaq. 
Layihə iştirakçılara real məlumatlarla işləmək, ölkənin qabaqcıl ekspertlərindən mentorluq almaq və innovativ layihələrini təqdim etmək imkanı üçün geniş fürsət yaradacaq.

Sonda tələbələrin sualları cavablandırılıb.


Digər xəbərlər