Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

AzTU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir

19.03.2026     41     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və Tədqiqat, inkişaf və reputasiya departamentinin direktoru Bəxtiyar Bədəlov Türkiyənin Ankara və İstanbul şəhərlərində yerləşən aparıcı universitetlərlə birgə tədqiqatlar sahəsində yeni əməkdaşlıqların qurulması və inkişaf etdirlməsi məqsədilə səfərdə olublar.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti Yıldız Texniki Universiteti, Gazi Universiteti, Qəbzə Texniki Universiteti, Çankaya Universiteti, İstanbul Ticarət Universiteti, İstinye Universiteti, Bağçaşəhər Universitetinin rəhbər heyəti və tədqiqatçıları ilə müzakirələr aparıblar.

Müzakirələr zamanı tədqiqat platformalarının birgə istifadə edilməsi, hər bir tədqiqatçının ən az bir partnyor tədqiqatçı ilə əməkdaşlığı üçün dəstək verilməsi işinin təşkili, birgə konfransların keçirilməsi və s. kimi məsələlər barədə müvafiq razılıqlar əldə edilib.

Qəbzə Texniki Universitetinin prorektorları Prof. Dr. Elif Damla Arısan, Prof.Dr. Hasari Çələbi ilə müzakirələr zamanı birgə daxili qrant layihələrinin həyata keçirilməsi, Qəbzə Texniki Universitetinin laboratoriya bazasından və TEXNOPARK-ının bazasından birgə istifadə barədə razılıq əldə olunub. Yıldız Texniki Universitetinin prorektoru Prof. Dr. Güleda Engin rəhbərlik etdiyi nümayəndə heyəti ilə müzakirələr zamanı birgə elmi konfransların təşkili barədə razılıqlar əldə edilib və professor-müəllim heyətinin qarşılıqlı mübadiləsinin dəstəklənməsi mexanizmi müzakirə olunub. İstanbul Ticarət Universitetinin prorektoru Prof. Dr. Berk Ayvaz və nümayəndə heyəti ilə görüş zamanı professor-müəllim heəyətinin qarşlıqlı mübadiləsi, birgə tədqiqat fəaliyyəti və doktorant hazırlığının aparılması barədə razılıq əldə olunub.

Müzakirələr zamanı birgə elmi araşdırmaların aparılması, beynəlxalq qrant proqramlarında ortaq iştirak, doktorant və gənc tədqiqatçıların mübadiləsi, elmi konfrans və seminarların təşkili kimi istiqamətlərdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Həmçinin innovasiya fəaliyyəti, texnologiya transferi və tətbiqi tədqiqatların inkişafı sahəsində təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub.

Görüşlərdə universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin elmi potensialın gücləndirilməsi, tədqiqat mühitinin inkişafı və beynəlxalq akademik əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Səfər çərçivəsində AzTU nümayəndələri universitetlərdə fəaliyyət göstərən tədqiqat mərkəzləri və innovasiya infrastrukturu ilə tanış olub, elmi fəaliyyətin təşkili və idarə olunması istiqamətində fikir mübadiləsi aparıblar.


Digər xəbərlər