Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan əcnəbi tələbələr bir semestrlik təqaüdlü təhsil hüququ qazanıb. Belə ki, AzTU Elmi şurasının qərarı ilə təsdiq olunmuş qaydalara əsasən, hər əvvəlki semestrin nəticələrinə görə akademik göstəriciləri ən yüksək olan bakalavriat və magistratura səviyyələrində əyani təhsil alan əcnəbi tələbələr növbəti semestrdə təqaüdlü təhsil hüququ qazanır.
Qaydalara uyğun olaraq, 2025-2026-cı tədris ilinin payız semestrini yüksək akademik göstəricilərlə bitiən 5 əcnəbi tələbə yaz semestrinin təhsil haqqından azad olunub.
Bu təşəbbüs universitetdə təhsil alan əcnəbi tələbələrin akademik nailiyyətlərinin təşviq edilməsi və onların təhsil motivasiyasının artırılması məqsədi daşıyır.