Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarımızı qürurla anırıq

2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı.  Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2016-cı il aprelin 2-də Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Ordumuzun qəti zərbələri nəticəsində Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Ordumuz Aprel döyüşlərində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.  Dördgünlük Aprel döyüşləri zamanı Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifi darmadağın edildi. Aprel döyüşləri Azərbaycanın işğalla heç vaxt barışmayacağını dünyaya göstərdi və 44 günlük müharibədə qazanılan Şanlı Qələbənin təməli oldu. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstərdilər. Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları - Mahir Quliyev, Əbdülməcid Axundov, Müşfiq Orucov və Elvin Mirzəyev də Aprel döyüşləri zamanı qəhrəmanlıqları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəldilər. AzTU şəhidlik zirvəsinə yüksələn tələbə və məzunlarını qürurla anır, onların xatirəsini ehtiramla yad edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Ermənistan ..

2024-04-02
AzTU

AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

Aprelin 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra AzTU THİK-in universitetdə gördüyü işlər, tələbələrin sosial və akademik həyatında oynadığı əhəmiyyətli roldan danışılıb.  İclasın gündəliyə uyğun olaraq əvvəlcə sədr Mirməhəmməd Ələkbərli THİK-in fəaliyyəti haqqında hesabat verib. THİK-in təftiş komisiyasının hesabatı dinlənildikdən sonra yeni tərkibin seçilməsi məsələsinə baxılıb. Açıq səsvermə formatında keçirilən seçkidə THİK-in yeni tərkibi seçilib. Gündəliyə uyğun olaraq THİK-in yeni sədrinin seçilməsi ilə bağlı yığıncaq iştirakçılarının təklifləri dinlənilib. Təkliflərə əsasən, THİK-in hazırkı sədri Mirməhəmməd Ələkbərlinin yenidən sədr seçilməsi ilə bağlı namizədliyi irəli sürülüb. Təklif iclasın sədri tərəfindən səsə qoyulub və yığıncaq iştirakçılarının yekdil səsi ilə növbəti müddətdə AzTU THİK-in sədri Mirməhəmməd Ələkbərli seçilib. Yığıncaqda AzTU THİK-in təftiş komisiyasının yeni tərkibi də təsdiq edilib.

Aprelin 2-də Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) hesabat-seçki yığıncağı keçirilib. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüy ..

2024-04-02
AzTU

AzTU kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. AzTU kollektivinə ermənilərin törətdikləri soyqırımı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib ..

2024-04-01
AzTU

AzTU-nun baş müəllimi Polşada mühazirə deyib

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Mehti Camalov “Erasmus+ KA171” çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində mübadilədə iştirak edib. Mehti Camalov Rzeszow Texniki Universitetində Elektrik və kompüter mühəndisliyi fakültəsi və müvafiq kafedraların akademik heyəti ilə görüşüb. O həmçinin laboratoriyalar və burada aparılan tədqiqat işləri ilə tanış olub, elektrik mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə deyib.

Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Mehti Camalov “Erasmus+ KA171” çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində mübadilədə ..

2024-03-29
AzTU

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehslat sahələrində səfərdə olub. Səfərdə həmçinin AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov və “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksinin direktroru Cəmil Səfərov da iştirak edib. AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində SOCAR-ın Türkiyənin İzmir şəhərindəki istehsalat sahəsində bərpa olunan enerjinin istifadə imkanlarının araşdırılması istiqamətində həyata keçiriləcək layihəsi üzrə Boğaziçi Universiteti və AzTU-nun tərəfdaşı olduğu tədbirdə iştirak edib.  Daha sonra Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun (İYTE) rektoru professor Yusuf Baran və nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində AzTU, İzmir Yüksək Texnologiya İnstitutu və “Azəralüminium” MMC tərəfindən Gəncənin boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların istehsalı ilə bağlı araşdırmaların nəticələri, bu istiqamətdə görülən işlər müzakirə olunub. Həmçinin indiyədək AzTU, “Azəralüminium” MMC tədqiatçıları və İYTE-nin professoru Mustafa Güdənin birgə rəhbərlik etdikləri tədiqat və praktiki işlər barədə də fikir mübadiləsi aparılıb. Hər iki universitetin rektorları birgə elmi-tədqiqat layəhələri, magistrant və doktorantlara birgə elmi rəhbərlik, maddi-texniki bazalardan və kadr potensiallarından qarşlıqlı istifadə ilə bağlı razılıqlarını bildiriblər. Nümayəndə heyətinin institutun laboratoriyaları, ən müasir cihazlarla təchiz edilmiş Tümləşik Araşdırma Mərkəzi ilə tanışlığı zamanı bu imkanlarından AzTU tədqiqatçılarının istifadəsi barədə razılıq əldə olunub. AzTU ilə sıx əməkdaşlıq edən İYTE-nin professoru Mustafa Güdənin rəhbərliyi ilə qurulmuş müasir laboratoriyalar və burada aparılan tədqiqat işləri ilə də tanışlıq olub. Səfər çərçivəsində qonaqlar İzmirin Torbalı sənaye zonasında müxtəlif qida tullantılarının təkrar emalından məhsul istehsal edən “Ilgınlar” şirkətinin istehsalat fabriki ilə tanış olub, bu istiqamətdə Azərbaycanda fəaliyyətlərin qurulması imkanları müzkirə edilib. Nümayəndə heyətinin Bilecik şəhərində yerləşən “Chemical Kimya Sənaye və Ticarət A.Ş.” şirkətinə səfəri zamanı Gəncə şəhərində mövcud olan boksit və alunit tullantılarının təkrar emalı və onlardan sənaye təyinatlı müxtəlif məmulatların, o cümlədən keramika sahəsində istifadə edilən boya istehsalı istiqamətində araşdırmaların nəticələri ilə tanışlıq olub. Həmçinin tədqiqatların nəticələri, gələcəkdə görüləcək işlər və Azərbaycanda bu məhsulların alınma texnologiyalarının qurulması üçün imkanlar müzakirə edilib. Nümayəndə heyəti eyni zamanda Ankara şəhərində “TMC Powder Metal” metallurgiya şirkətinə də səfər edib, müxtəlif tərkibli metal və ərintilərin ovuntularının (tozlarının) istehsal texnologiyası ilə tanış olublar. Azərbaycanda tədqiqat və istehsalat sahələrinin belə elmtutumlu texnologiyalarla təmin olunması üçün müəssisənin imkanlarından istifadə olunması vurğulanıb. Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) baş direktoru professor Temel Kotillə də görüş keçirilib. Görüşdə TUSAŞ-ın Mühəndis Gəlişdirmə Proqramı (MGP) əsasında AzTU, Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçirdiyi proqram, onun yekunları və proqramın davamı üçün görüləcək işlər müzakirə edilib. 

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir, Ankara və Bilecik şəhərlərinin universitet və bir sıra istehs ..

2024-03-28
AzTU

Azərbaycan Texniki Universitetində Novruz festivalı keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilib.  Festival çərçivəsində “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.  Festival iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev baharın gəlişi münasibətilə təbriklərini çatdırıb. AzTU THİK-in sədri Mirməhəmməd Ələkbərli və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı festivalla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.  Bir tərəfdə Kosa ilə Keçəlin şən zarafatları, digər tərəfdə isə tələbələrin hazırladığı Novruz xonçaları festivala daha da gözəllik qatıb.  Minlərlə gəncin iştirak etdiyi festival konsert proqramı ilə davam edib.

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə N ..

2024-03-19
AzTU

AzTU əməkdaşları DIRNA layihəsi çərçivəsində İtaliyada səfərdə olublar

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda  institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişaf etdirilməsi” (DIRNA) layihəsi çərçivəsində İtaliyanın L’Aquila Universitetinə səfər həyata keçirilib. Səfər çərçivəsində L’Aquila Universitetinin Akademik Kitabxanasının rəhbərliyinin keçirdiyi təlimlərdə AzTU-nu Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, kitabxana sitemləri və rəqəmsallaşdırma prosesləri üzrə baş məsləhətçi İltifat İbrahimov təmsil ediblər. Təlimlərdə İtaliya universitetlərində “Açıq elm” və “Açıq əlyetərlilik” təşəbbüslərinin həyata keçirilməsi, L’Aquila Universiteti kitabxanasının bu sahədə fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Həmçinin universitet kitabxanasının rəqəmsal repozitoriyası, onun texniki infrastrukturu və idarəetmə paneli, metaverilənlərin beynəlxalq standartlar və protokollar çərçivəsində idarə olunması ilə bağlı sessiyalar da təşkil edilib. Bundan başqa, layihə üçün repozitoriya sisteminin seçimi və infrastrukturunun qurulması, sistemin tətbiqi zamanı beynəlxalq protokol və standartlardan istifadə və metadatanın formalaşdırılması istiqamətlərində müzakirələr aparılıb. Proqram çərçivəsində iştirakçılar həm də universitetin humanitar elmlər və mühəndislik elmləri korpuslarının kitabxanalarını ziyarət ediblər. Sonda iştirakçılara sertifikat təqdim olunub.

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramı üzrə həyata keçirilən “Azərbaycanda institutsional repozitoriyalar (rəqəmsal arxivlər) şəbək ..

2024-03-19
AzTU

AzTU-nun yeni yeməkxanası istifadə verilib

Azərbaycan Texniki Universitetinin (AzTU) yeni yeməkxanası müəllim və tələbələrin istifadəsinə verilib. Müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana 300 yerlikdir. Burada əsasən milli mətbəxə xas olan yeməklər və şirniyyatlar təqdim olunur.  

Azərbaycan Texniki Universitetinin (AzTU) yeni yeməkxanası müəllim və tələbələrin istifadəsinə verilib. Müasir avadanlıqlarla təchiz olunmuş yeməkxana 300 yerlikdir. Burada əsasən ..

2024-03-18
AzTU

AzTU əməkdaşı Tbilisidə davamlılıq mövzusunda dəyirmi masada iştirak edib

Tbilisidə Qazaxıstan-Alman Universitetinin (DKU) “Mərkəzi Asiya və Qafqaz universitetlərində davamlı həyat tərzi” layihəsi çərçivəsində “Universitetlər üçün davamlı həyat tərzi” mövzusunda dəyirma masa təşkil edilib. Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Texniki Universitetini (AzTU) Davamlı İnkişaf İnstitutunun direktoru Natavan Namazova təmsil edib. Görüşdə iştirakçılar davamlı həyat tərzi ilə bağlı ən yaxşı beynəlxalq və regional təcrübələrini bölüşüblər. Müzakirələr həmçinin regionda davamlı həyat tərzinin inkişafını təşviq etmək məqsədi daşıyan potensial əməkdaşlıq fəaliyyətləri ətrafında da aparılıb. Məqsəd icma daxilində davamlı həyat təcrübələrinin inkişafına müsbət töhfə vermək idi. Burada aparılan təcrübə mübadiləsi Qafqaz universitetləri daxilində davamlılığın tətbiqi üçün innovativ strategiyaların tədqiqi üçün əsas platforma rolunu oynayıb.

Tbilisidə Qazaxıstan-Alman Universitetinin (DKU) “Mərkəzi Asiya və Qafqaz universitetlərində davamlı həyat tərzi” layihəsi çərçivəsində “Universitetlər üçün davamlı həyat t ..

2024-03-16
AzTU

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDTECH Academy ” MMC-nin direktoru Samir Nuriyev və “AVICOM” MMC-nin direktoru Rəşad Nəsirov imzalayıblar. Memoranduma əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə təcrübə keçməsi, onların məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub. Tərəflər həmçinin innovativ layihələrin hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər.

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDT ..

2024-03-15