Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Yasamal rayonunda yerləşən təhsil müəssisələrinin əməkdaşları arasında keçirilən minifutbol idman yarışının final mərhələsi, mükafatlandırma mərasimi və yarışın bağlanış mərasimi olub.
Mükafatlandırmadan öncə Azərbaycan Texniki Universitetinin (AzTU) komandası ilə Azərbaycan Milli Elmlər Akademiyasının komandası 1-ci yer uğrunda mübarizə aparıb. 2-1 hesabı ilə qalib gələn AzTU komandası minifutbol yarışının çempionu olub. 3-cü yerə isə Bakı Dövlət Universitetinin komandası layiq görülüb.
Sonra I, II və III yerlərə layiq görülmüş komandaların mükafatlandırma mərasimi keçirilib.