Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU rektoru QS-in təşkil etdiyi beynəlxalq sammitdə çıxış edib

AzTU rektoru QS-in təşkil etdiyi beynəlxalq sammitdə çıxış edib

01.11.2024     988     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyinin təşkilatçılığı ilə Qazaxıstan Respublikasının Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilən Avropa və Asiyanın qabaqcıl universitetlərinin iştirak etdiyi “Ali Təhsil Pre-sammiti: Asiya regionu 2024”  sammitində iştirak edib. Nümayəndə heyətində elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov və Tədqiqat və inkişaf şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil olunub.

Rektor Vilayət Vəliyev sammitin “Beynəlxalq məqsədlərin təhsilə İnteqrasiyası” adlı panelində spiker qismində “Mühəndislik təhsilinin beynəlxalq çağırışlara uyğun dizaynı” mövzusunda məruzə ilə çıxış edib. 

O, AzTU nümunəsində yerinə yetirilən fəaliyyətlər və Dayanıqlı İnkişaf Məqsədləri (SDG) istiqamətində perspektivlər barədə fikirlərini bölüşüb.

Sammit çərçivəsində AzTU-nun elmi, tədris, tədqiqat sahəsindəki beynəlxalq reytinqinin yüksəldilməsi məqsədilə ikitərəfli əlaqələr qurulması üçün iştirakçı universitetlərlə görüş və müzakirələr həyata keçirilib.


Digər xəbərlər