Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

AzTU

AzTU-da "Gələcəyin peşələri" mövzusunda təlim keçirilib

IDTECH Akedemiyanın təlimçiləri Azərbaycan Texniki Universitetində (AzTU) "Gələcəyin peşələri" mövzusunda təlim keçib. Təlimdə İT, kibertəhlükəsizlik və proqramlaşdırma ilə bağlı zəruri məlumatlar tələbələrin diqqətinə çatdırılıb.  Sözügedən sahələr üzrə iş imkanları, beynəlxalq sertifikaların əldə olunması və əhəmiyyəti haqqında da ətraflı məlumat verilib. Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

IDTECH Akedemiyanın təlimçiləri Azərbaycan Texniki Universitetində (AzTU) "Gələcəyin peşələri" mövzusunda təlim keçib. Təlimdə İT, kibertəhlükəsizlik və proqramlaşdırma ilə ba ..

2023-12-14
AzTU

AzTU-nun dosenti vəfat edib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Eldar Atayev vəfat edib. Eldar Atayev 1978-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb.                                    O, 4 dərs vəsaiti və 60-a yaxın elmi məqalənin müəllifi idi. AzTU-nun rəhbərliyi və kollektivi Eldar Atayevin vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin!

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının dosenti Eldar Atayev vəfat edib. Eldar Atayev 1978-ci ildən AzTU-da müxtəlif vəzifələrdə çalışı ..

2023-12-14
AzTU

AzTU-nun iki tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri Rəvan Əlizadə (Ankara Universiteti ilə ikili diplom proqramı, ixtisas: kompüter mühəndisliyi (tədris ingilis dilində)) və Selcan Kərimli (ixtisas: kompüter mühəndisliyi (tədris ingilis dilində)) “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb. Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Heydər Əliyev adına təqaüd” ali təhsil müəssisələrində bakalavriat  səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbəyə verilir. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.  

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin tələbələri Rəvan Əlizadə (Ankara Universiteti ilə ikili diplom proqramı, ixtisas: ..

2023-12-13
AzTU

İtaliyanın “Proges Engineering” şirkətinin rəhbəri AzTU-da olub

İtaliyanın “Proges Engineering” şirkətinin texniki direktoru Andrea İmbrenda və direktor müavini Asif Namazov Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər. Andrea İmbrenda rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verib. Bildirib ki, şirkət Azərbaycanın nüfuzlu universitetlərindən olan AzTU ilə İtaliyanın texniki sahə üzrə ixtisaslaşan ali təhsil müəssisələri arasında əlaqələrin qurulması, doktorant mübadiləsi və birgə tədqiqatların həyata keçirilməsi istiqamətində öz dəstəyini göstərə bilər. Görüş zamanı gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparılıb.  

İtaliyanın “Proges Engineering” şirkətinin texniki direktoru Andrea İmbrenda və direktor müavini Asif Namazov Azərbaycan Texniki Universitetini (AzTU) ziyarət edib. Qonaqlar AzTU-nun rekt ..

2023-12-13
AzTU

AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Texniki Universiteti (AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.  AzTU-nun Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib. AzTU-nun rektoru Vilayət Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələr kimi elmin, təhsilin, mədəniyyətin inkişafını hər zaman diqqət mərkəzində saxlayıb. Onun idarəçilik məktəbi bu gün də gənc nəslin formalaşmasında mühüm rol oynayır. Rektor bildirib ki, Ulu Öndərin siyasi kursunu onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev Ulu Öndərin bütün vəsiyyətini yerinə yetirib. Ali Baş Komandan həm siyasi arenada, həm də döyüş meydanında Azərbaycanın gücünü dünyaya sübut etdi. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin Azərbaycan tarixində oynadığı mühüm roldan söhbət açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev həyatını xalqın xoşbəxt gələcəyinə həsr edib. Onun azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü böyük işlər hər zaman qürurla xatırlanacaq. Daha sonra çıxış edən ADPU-nun kafedra müdiri professor Fərrux Rüstəmov da ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda tarixi xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib.

Azərbaycan Texniki Universiteti (AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr oluna ..

2023-12-11
AzTU

AzTU-nun ixtisaslarını Almaniyanın Beynəlxalq Akkreditasiya Agentliyi akkreditasiya edəcək

Almaniyanın Köln şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi (AQAS) arasında AzTU-nun 20 ixtisasının beynəlxalq akkreditasiyası üzrə müqavilə imzalanıb.   Müqaviləyə əsasən, 2024-2025-ci illərdə AQAS tərəfindən AzTU-nun bakalavriat (10 ixtisas) və magistratura (10 ixtisas) səviyyələrində beynəlxalq akkreditasiya prosesi aparılacaq. İmzalanma mərasimində AzTU-nun rektoru professor Vilayət Vəliyev universitet haqqında məlumat verib, beynəlxalq proqram akkredisiyasının keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bir ilə yaxın müddətdə Azərbaycanın Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə birgə AQAS-la aparılmış müzakirələr barədə də fikirlərini bildirib. Rektor vurğulayıb ki, AzTU-nun ixtisaslarının beynəlxalq akkreditasiyası “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, habelə AzTU-nun 2030-cu ilədək olan dövrü əhatə edən İnkişaf Strategiyasında beynəlmiləlləşmə ilə bağlı vəzifələrin icrası çərçivəsində həyata keçirilir. İxtisasların beynəlxalq akkreditasiyası AzTU-nun beynəlxalq miqyasda daha da tanınması və əcnəbi tələbə qəbulunun artırılmasına imkan verəcək. AQAS-ın İdarə Heyətinin sədri professor Mentz AzTU ilə əlaqələrə əhəmiyyət verdiyini bildirib. O, gələcək əməkdaşlıq imkanları və akkreditasiya proseduru barədə məlumat verib. Daha sonra müqavilənin təfərrüatları, proqramlar üzrə akkreditasiyanın keçirilmə qrafiki və digər məsələlər müzakirə olunub. İmzalanma mərasimində TKTA-nın İdarə Heyətinin üzvü, Keyfiyyət Təminatı Departamentinin direktoru İlham Hümbətov da iştirak edib. İlham Hümbətov AzTU və AQAS arasında imzalanan müqavilənin milli ali təhsil sisteminin dünya səviyyəsində qiymətləndirilməsi və tanınması baxımından əhəmiyyəti barədə fikirlərini bildirib və hər iki tərəfi təbrik etməklə uğurlar arzulayıb. O, TKTA tərəfindən AzTU və AQAS-a lazımi dəstək veriləcəyini də bildirib.

Almaniyanın Köln şəhərində Azərbaycan Texniki Universiteti (AzTU) ilə Almaniyanın Ali Təhsilin Qiymətləndirilməsi və Akkreditasiyası Agentliyi (AQAS) arasında AzTU-nun 20 ixtisasının ..

2023-12-11
AzTU

ENGAGE layihəsinin növbəti təlimi Polşada keçirilib

“Erasmus+” çərçivəsində həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi üzrə növbəti təlim Polşada keçirilib. Azərbaycanın 11 universitetinin nümayəndə heyətindən ibarət qrup təlimlərdə iştirak etmək üçün Polşanın Bydqoş şəhərində işgüzar səfərdə olub. Polşanın Bydgoszcz İqtisadiyyat Universitetinin (WSG) ev sahibliyi etdiyi təlimdə Azərbaycan Texniki Universitetini (AzTU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və beynəlxalq layihə qrupunun rəhbəri Mətanət Paşayeva təmsil edib. Təlim çərçivəsində WSG fəaliyyət modelləri və sahibkarlığın şaxələndirilməsi istiqamətində akademik heyət və tələbələr üçün yaradılan şərait və şərtlər barədə təcrübəsi öyrənilib. Səfər zamanı nümayəndə heyətinə sahibkarlıq universitetinin strategiyası, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi mövzularında ətraflı məlumat verilib. 

“Erasmus+” çərçivəsində həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi üzrə növbəti təli ..

2023-12-11
AzTU

AzTU ilə Özbəkistanın Cizzak Politexnik İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb. Rektor Vilayət Vəliyev AzTU-nun beynəlmiləlləşməsi istiqamətində müxtəlif ölkələr, o cümlədən Özbəkistanın texniki ali təhsil müəssisələri ilə əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb. Camşid Abdunazarov təmsil etdiyi ali təhsil müəssisəsində görülən işlər haqqında geniş məlumat verib. Görüşün sonunda hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Özbəkistanın Cizzak Politexnik İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Camşid Abdunazarov Azərbaycana səfəri çərçivəsində AzTU-nun qonağı olub. Qonaq AzTU-nun rektoru Vi ..

2023-12-07
AzTU

Azərbaycan Texniki Universitetinin bir qrup tələbəsi Bakı Limanına səfər edib

Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat texnlogiyaları mühəndisliyi ixtisasında təhsil alan bir qrup tələbə Bakı Limanına səfər edib. Səfər zamanı tələbələrə Bakı Limanının geostrateji yerləşmə mövqeyi, tarixi, texniki imkanları və burada yaradılan iş imkanları barədə məlumat verib həmçinin, liman haqqında videoçarxlar göstərilib. Qeyd edək ki, tələbələr Bakı Limanının terminallarını da gəzərək yükaşırma əməliyyatlarını izləyib və onların sualları cavablandırılıb.

Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat texnlogiyaları mühəndisliyi ixtisasında təhsil alan bir qrup tələbə Bakı Limanına səfər edib. Səfər zamanı tələbəl ..

2023-12-07
AzTU

AzTU-da “Nəqliyyatın planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın “Transproyekt” MMC şirkəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə "Nəqliyyat planlaşdırılması və nəqliyyat axınlarının modelləşdirilməsi" mövzusunda konfrans işinə başlayıb. İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb. Rektor konfransda əldə olunan nəticələrin nəqliyyat sektorunda yeni yanaşmaların tətbiqi baxımından faydalı olacağını qeyd edib. Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və AYNA-nın nümayəndələri çıxış edərək konfransın əhəmiyyətindən danışıblar. AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması istiqamətində görülən işlərlə bağlı geniş təqdimatla çıxış edib. Qeyd edək ki, konfransda Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Gürcüstandan olan ali təhsil müəssisələri və şirkətlərin nümayəndələri iştirak edirlər. İki gün davam edəcək konfransda nəqliyyat modellərinin inkişafı, ictimai nəqliyyatın inkişafı və planlaşdırılması, nəqliyyat sistemlərinin real vaxt rejimində idarə olunması, işıqforun tənzimlənməsinin optimallaşdırılması kimi bir sıra mövzularda məruzələrlə yanaşı, “PTV Visum 2024”, “PTV Vissim” və “PTV Viswalk 2024” proqram təminatlarının yenilənən imkanlarına dair təqdimatlar dinləniləcək.

Azərbaycan Texniki Universiteti (AzTU), Özbəkistanın “Transproyekt” MMC şirkəti və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə təşkilatçılığı ilə "Nəqliyyat planla ..

2023-12-06