Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Jeşuv Texnologiya Universitetinin əməkdaşı AzTU-da təlim keçib

Jeşuv Texnologiya Universitetinin əməkdaşı AzTU-da təlim keçib

23.10.2024     880     AzTU

Polşa Jeşuv Texnologiya Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Monika Stanisz "Erasmus+" mübadilə proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində Monika Stanisz bir həftə boyunca AzTU-nun Beynəlxalq əlaqələr şöbəsində təlim keçib və burada şöbənin fəaliyyəti, beynəlxalq əməkdaşlıqlar, həyata keçirilən layihələrlə yaxından tanış olub.

Həmçinin səfər müddətində iki universitet arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub. 

Monika Stanisz və AzTU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları gələcəkdə birgə layihələrin həyata keçirilməsi, yeni mübadilə proqramlarının təşkili və akademik təcrübə mübadiləsi kimi mövzularda fikir mübadiləsi aparıblar.


Digər xəbərlər