Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU tələbəsi: "Milan Konqresində təqdim etdiyim layihə maraqla qarşılandı"

AzTU tələbəsi: "Milan Konqresində təqdim etdiyim layihə maraqla qarşılandı"

17.10.2024     635     AzTU

İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresinin geniş auditoriyası qarşısında öz layihəmi təqdim etmək qürurvericidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında konqresdə ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin tələbəsi Səfərəli Səfərli deyib.

“Ötən gün konqresin elmi sessiyasında layihəmi təqdim etdim. “Süni intellekt naviqasiya və müşahidə sistemi (A.I.N.O.S)” layihəsi fiziki formula əsasən işləyən süni intellektdir. Süni intellekt yer səthindən səmadakı göy cisimlərinin, ulduzların və peyklərin koordinatlarını müəyyən etmək, izləmək və onlar haqqında ekranda məlumat vermək qabiliyyətinə malikdir. Şadam ki, təqdimatım iştirakçılar tərəfindən maraqla qarşılandı. Belə böyük kosmik elmi platformada iştirak etdiyim üçün özümü xoşbəxt hiss edirəm”, - deyə “SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi bildirib.

Xatırladaq ki, Milan Konqresində ölkəmizi 50-dək tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda təmsil edir.


Digər xəbərlər