Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri AzTU-da infosessiya keçirib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin nümayəndələri AzTU-da infosessiya keçirib

24.10.2024     594     AzTU

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) infosessiyası keçirib. İnfosessiya zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) təlimlərinin yeni V dalğası üçün qeydiyyat açıq elan olunub.

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin icma meneceri Leyla Kərimli dünyada və ölkədə mövcud kiber təhdidlər və onun zərərləri haqqında ətraflı məlumat verib. Bildirib ki, AKM təlimlərinin keçirilməsində məqsəd ölkədəki kibertəhlükəsizlik sahəsi üzrə kadrların ən yüksək səviyyədə bilik və bacarıqlarını formalaşdırmaqdır. Mərkəzin nümayəndəsi AzTU tələbələrini təlimlərin V dalğasına qoşulmağa çağırıb.

AKM-nin əməkdaşı Nemət Rəhimli bildirib ki, mərkəzin icra etdiyi təlimlər İsrailin “Technion” Texnologiya İnstitutunun təlim proqramına əsaslanır. Nemət Rəhimli qeyd edib ki, xarici təlimçilər komandası təlimlərə müraciət etmiş iştirakçıların həm İT biliklərini yoxlayır, həm də müsahibə bacarıqlarını testdən keçirir. Nəticədə hər iki mərhələdə uğur qazanmış namizədlərə “Blue team” (müdafiə) və “Red team” (hücum) istiqamətində 6 aylıq təlimlər keçilir. Təlimi uğurla bitirənlərə “Technion” İnstitutunun rəsmi sertifikatı verilir.  

İnfosessiya zamanı vurğulanıb ki, mərkəzin indiyədək 180-ə qədər məzunu olub və hazırda onlar həm dövlət qurumlarında, həm də özəl sektorda çalışırlar. Təlimlər üçün qeydiyyat noyabrın 8-də bitəcək.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Digər xəbərlər