Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU-nun kitabxana əməkdaşları üçün onlayn treninq keçirilib

AzTU-nun kitabxana əməkdaşları üçün onlayn treninq keçirilib

23.10.2024     299     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı, “Clarivate” şirkətinin təmsilçisi Anna Trifonovanın təşəbbüsü, Katarina Krsmanovicin təlimçiliyi ilə “ProQuest Dissertations & Theses Global” bazasının kitabxana əməkdaşları üçün onlayn treninqi həyata keçirilib.

Təlimdə müxtəlif ali təhsil müəssisəsindən 50-yə yaxın kitabxana nümayəndəsi iştirak edərək bazadakı tezis və dissertasiyalara çıxış imkanları ilə tanış olublar. Treninqdə “ProQuest” bazasının informasiya istifadəçilərinə təqdim etdiyi geniş resurslar və dünya elminə inteqrasiya imkanları barədə ətraflı məlumat verilib.  

Təlimdə iştirakçılar oxuculara keyfiyyətli xidməti artırmaq məqsədilə bazadan istifadəlilik, elmi məlumatların əldə edilməsi və tədqiqat prosesində məhsuldarlığı artırmaq üçün faydalı alətlər haqqında dəyərli biliklər qazanıblar.

Qeyd edək ki, PQDT bazası dissertasiya və tezisləri özündə cəmləşdirərək istifadəçilərə bilik sərhədlərini genişləndirmək üçün mükəmməl imkanlar təqdim edir. 

Treninqdən sonra 60 ölkədən 4100 universitetin 5 milyondan çox dissertasiya və tezisinin tam mətnini əhatə edən baza ölkəmizdə 20-dən çox ali təhsil müəssisəsinin kitabxanaları üçün 1 aylıq sınaq müddətinə istifadəsinə açılıb. 


Digər xəbərlər