Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər AzTU əməkdaşının növbəti master-klassı keçirilib

AzTU əməkdaşının növbəti master-klassı keçirilib

06.11.2024     667     AzTU

Azərbaycan Texniki Universitetinin (AzTU) Dayanıqlı İnkişaf İnstitutunun əməkdaşı İqor Nasirovun "Azərbaycanın Dünyanın Yaşıl Gələcəyinə Artan Töhfəsi” (Growing Contribution of Azerbaijan to Earth’s Green Future) adlı növbəti master-klassı onlayn formatda təşkil edilib. "Dekarbonizasiya dövründə Milli Enerji Şirkətlərinin (Böyük) Strategiyaları" ( "National Energy Companies (Major's) Strategies in the age of decarbonisation" ) adlanan beşinci hissə  ətraf mühitin qorunması məqsədilə sahibkarlıq layihələrinin ekoloji məqsədlər üçün məhsul istehsalı, onların bazarlara çıxarılması və satılması prorsesinə həsr edilib.

Tədbirin əsas məqsədlərindən biri COP29-un müxtəlif aspektlərini və onun qlobal iqlim gündəliyinə uyğunluğunu araşdırmaq üçün, həmçinin dünyanın iri enerji şirkətlərinin, strategiayalarının təhlilini elmi tədqiqatçıların, professor-müəllim heyətinin, tələbələrin diqqətinə çatdırmaq olub.

M
aster-klassda qlobal tendensiyalar və təcrübələr, Azərbaycanın yaşıl dünyaya verəcəyi töhfələr, COP29-da Azərbaycanda icra olunacaq layihələr, “yaşıl gələcəyə” verəcəyi töhfə haqqında bacarıqlarını inkişaf etdirmək istiqamətində geniş müzakirələr aparılıb.

Tədbirin qonağı Konstantin Kovalenko öz məruzəsi ilə çıxış edib.  


Digər xəbərlər