Menu
Some text as placeholder. In real life you can have the elements you have chosen. Like, text, images, lists, etc.




Xəbərlər

Ana səhifə Xəbərlər Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd olunub

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd olunub

15.11.2024     372     AzTU

Azərbaycan Texniki Universitetində (AzTU) Humanitar fənlər kafedrasının və Tələbə Həmkaralar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd olunub.

AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev əsrlərdən bəri qorunub saxlanılan və bu gün də öz aktuallığını itirməyən şərqin dahi söz ustası Məhəmməd Füzuli yaradıcılığının Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə dəyərli töhfə olduğunu bildirib. O, yüksək bədii sənətkarlıq keyfiyyətləri ilə seçilən şairin öz qüdrətli sənət əsərləri ilə ədəbi məktəb yaratdığını, Azərbaycan ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu söz ustadının bədii irsinə bu gün də yüksək qiymət verildiyini, bu irsin müasir dövrümüzdə də insanların mənəvi kamilləşməsinə xidmət etdiyini deyib.

Həbib Mirzəyev öz çıxışında ulu öndər Heydər Əliyevin dahi şair haqqında dediyi dəyərli fikirləri də diqqətə gətirib, həmçinin Füzuli yaradıcılığının ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb.

 Daha sonra çıxış edən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev və Humanitar fənlər kafedrasının dosenti Afaq Zeynalova Füzulinin mənşəyinin azərbaycanlı, dilinin isə Azərbaycan-türk dili olduğunu xüsusi qeyd edərək, dahi şairin "Leyli və Məcnun" əsərinin ölkə ədəbiyyatının incisi olmaqla yanaşı, bütün müsəlman dünyasının ədəbi mühitində mühüm yer tutması, Məhəmməd Füzulinin qələmə aldığı əsərlərin təkcə Azərbaycan ədəbi-bədii fikrinin inkişafına deyil, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərdiyini vurğulayıblar.

Tədbirin bədii hissəsində ADMİU-nun tələbəsi Ceyran Abbaslı dahi şairin qəzəlləri əsasında bəstələnmiş məşhur “Füzuli” kantatasını, AzTU-nun tələbəsi Əli Əliyev isə “Əql yar olsaydı” əsərini çox ustalıqla ifa ediblər.

Daha sonra AzTU tələbələrinin Füzulinin lirikasından hazırladıqları kompozisiyalar, o cümlədən şairin həyatı və yaradıcılığına dair videoçarx nümayiş olunub.

Tədbir Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılmış “Leyli və Məcnun” operasından səsləndirilən musiqi sədaları altında yekunlaşıb.


Digər xəbərlər